Yerin kürə formasında olmasını ilk dəfə Pifaqor söyləyib. Erotosfen isə Yerin kürə olmasını sübut etmişdir. Yerin kürə formasında olmasını – gəmilərin sahildən uzaqlaşarkən üfüq arxasında tədricən yox olması, Ay tutulması zamanı Yerin Ay üzərində dairəvi kölgəsi və Yer səthindən yuxarı qalxdıqca üfüq dairəsinin genilənməsi sübut edir. N.Gəncəvi öz «Isgəndərnamə» əsərində Yerin əmələ gəlməsi, onun forması, hərəkəti və s. xüsusiyyətlərinə aid fikirlər söyləyib.
Yerin ölçülərini ilk dəfə Eratosfen hesablayıb. O, yerin radiusunu, diametrini, 10-lik meridian qövsünün uzunluğunu və s. hesablayıb.
Üfüqün 4 əsas (şimal, cənub, qərb, şərq) və 4 aralıq (şimal- şərq, cənub-şərq, şimal-qərb, cənub-qərb) cəhətləri var. Dənizçilər üfüqün cəhətlərini rumb adlandırırlar. Məhəldə cəhəti günəşə, ulduzlara, qnomona, kompasa, yerli cisimlərə və plana əsasən təyin edirlər. Bu üsullarla əvvəlcə şimal, sonra isə qalan cəhətlər təyin olunur. Məs: günorta vaxtı cisimlərdən düşən kölgə və ya ağacların gövdəsində bitən mamır şimalı göstərir. Gecə ən parlaq ulduz olan Qütb ulduzu da daima şimal qütbünün üzərində dayanır. Qarışqa yuvasının ağzı, tənha ağacın ən çox qol-budağı cənubda olur.