Dmitri Mendeleyevin kim olduğunu izah etməyə ehtiyac yoxdur. Onun portretinə və tərtib etdiyi kimyəvi elementlərin dövri cədvəlinə hər bir orta məktəbin kimya kabinetində rast gəlmək olar. Maraqlıdır ki, o, özünün elementlər cədvəlini yuxuda görmüş və bunu öz dostuna danışmışdı: “Yuxuda bütün elementlərin lazımi qaydada düzüldüyü cədvəl gördüm. Oyanan kimi, gördüklərimi bir parça kağıza köçürdüm. Yalnız bir yerdə düzəliş etmək lazım gəldi”.
Cabir ibn Həyyanın elmi əsərlərindən danışarkən qeyd edək ki, onun tədqiqatlarının arxasında konkret bir elm sahəsi dayanır və bu müstəvidə də alim özünəməxsus olan şəkildə olduqca yüksək səviyyədə mövzunu tam şəkildə açaraq, mükəmməl bir elmi iş ortaya çıxarır. Əlbəttə Cabir ibn Həyyanın elmi sahədə ona xas olan kəşflər etməsini yalnız alimin fitri istedadında deyil, həm də onun o dövrün elmlərinə dərindən yiyələnməsində axtarmaq lazımdır. Çünki hər hansı bir elmi iş boş yerdə yaranmır və o uzun illərin axtarışlarının, məşhur alimlərin bununla bağlı yazdıqlarının tam şəkildə araşdırılmasından sonra ortaya çıxır. Bu baxımdan Cabir ibn Həyyanın elmi yaradıcılığı çoxşaxəlidir və demək olar o üz tutduğu bütün sahələrdə özünü sübuta yetirə, bu sahənin əsl bilicisi kimi göstərə bilib. Bir Şeydən Hər Şey: Hidrogen
“Hidrogen”, eyni Ərəb dilindəki qarşılığı olan “muvellidul-ma” (su meydana gətirən) kimi Yunan dilində də “su əmələ gətirən” mənasını verir (“su” mənasına gələn “hydro”, “əmələ gətirən” mənasında “genes”). İlk dəfə 1776-cı ildə Henri Kavendiş tərəfindən izolyasiya edilən, 1784-cü ildə su buxarını qızdırılmış metal üzərindən keçirərək hidrogen və oksigenə ayıran Anton Laurent de Lavoiser tərəfindən adlandırılan hidrogen; Kainatda ən çox və ən yayğın olan elementdir. Digər bütün elementlər başlanğıcdakı hidrogenin üzərinə bina edilən digər elementlərdən yaradılmışdır. Bu günkü məlumatımıza görə hidrogen kainatdakı bütün atomların %90-dən çoxunu və ümumi kütlənin dörddə üçünü təşkil edir. Ulduzları əmələ gətirən əsas elementdir. Günəşdəki bitişmə prosesi ilə birləşərək helium atomlarının nüvələrini əmələ gətirən hidrogen atomları çox miqdarda enerji meydana gətirir.
+n ionun yüküdür.
– m ionun yüküdür.
bir-birinin izotopudur.
atomlarının hər ikisində 16 neytron olub izoton atomlardır.
atomları izobardır.
ionları izoelektrondur.
Təbiətin ən böyük sirlərindən biri də neftin və qazın yaranmasıdır. Hər gün milyardlarla insan bu təbii sərvətlərdən istifadə edir. Neft və təbii qaz bizim üçün yalnız işıq, istilik vasitəsi deyil, istifadə etdiyimiz hər bir əşyanın hazırlanmasında onların müəyyən rolu var. Ancaq həyatımız üçün bu qədər əhəmiyyətli olan neft və qaz sərvətlərinin əmələ gəlməsinin tam şəkildə elmi izahı hələ də tam başa çatmayıb. Alimlər əsrlərdən bəridir bu istiqamətdə araşdırmalar aparırlar. Onların gəldikləri nəticələr müxtəlifdir. Bu gün onları ümumiləşdirərək neftin yaranması barədə irəli sürülən fikirləri elmi cəhətdən iki əsas hissəyə ayırırlar. Birincisi neftin üzvi yolla — heyvan və bitki qalıqlarından (biogen), ikincisi isə mineral əsasında (abiogen), yəni neftin təbiətdə qeyri-üzvi birləşmələrlə sintezi ilə yaranmasıdır.