Dünya ağalığı iddiasında olan və ildırım sürətilə hücuma keçən Hitler orduları özlərinin məğlübedilməzliyi haqqında əfsanəni bütün Avropaya yayaraq elə güman edirdilər ki, onlara qarşı müqavimət göstərə biləcək qüvvə yoxdur. Ancaq Hitler və onun generalları yanılmışdı. Faşistlər müharibənin ilk günlərindən sovet xalqlarının yetişdirdiyi əsgərlərin, ölümü gözünün altına alan və vətən torpağı uğrunda inadkar savaşa qatılan igid bahadırlarının sərt müqaviməti ilə qarşılaşdılar.
Müharibənin elə ilk dəqiqələrində faşist ordularının basqınına məruz qalmış əfsanəvi Brest qalasının müdafıəsində 40 nəfərdən çox həmyerlimiz iştirak etmişdi.
Mövcud nüfuz dairələrini, xammal və satış bazarlarını yenidən bölüşdürmək uğrunda mübarizə güclənmişdi. Versal-Vaşinqton sisteminin sərt, ağır və ədalətsiz şərtlərindən narazı olan Almaniya və Yaponiyada millətçilik, irqçilik və qisasçılıq, İtaliyada revanşizm meyli şiddətlənmişdi. SSRİ Şərqi Avropanı ələ keçirməyə, Qara dəniz boğazlarında, Ön və Cənubi Asiyada, Uzun Şərqdə nüfuz dairəsini genişləndirməyə çalışırdı. Böyük Britaniya, Fransa və ABŞ öz xammal və satış bazarlarını, nüfuz dairələrini qoruyub saxlamaq əzmində idilər. İkinci Dünya müharibəsinin səbəblərindən biri də liberal-demokratik dövlətlərin totalitar rejimləri – faşizmi və kommunizmi, nasizmi və bolşevizmi bir-birinə qarşı qoyub zəiflətmək və məhv etmək cəhdi idi.
Böyük Vətən müharibəsinin başlandığı ilk gündən Azər- baycan xalqı ayağa qalxdı, səfərbər edildi, müsəlləh əsgər kimi döyüşə atıldı və SSRİ-nin başqa xalqları ilə çiyin-çiyinə almanfaşist işğalçılarına qarşı mübarizəyə başladı. Azərbaycan K(b)P MK 1941-ci il iyunun 28-də bütün partiya komitələrinə, yerli təşkilatlara və hakimiyyət orqanlarına məktub göndərdi. Məktubda bütün iş formalarını və hərəkət mexanizmini müharibənin tələblərinə uyğun yenidən qurmaq, xalqın sayıqlığını yüksəltmək, ehtiyat qüvvələrini səfərbər etmək barədə ciddi tapşırıqlar verildi.
7 iyul tarixində aqressiv yönələnmiş Yaponiyanın hakim qüvvələri müharibəyə təkan vermək məqsədilə Çin və Yaponiya arasında atışmalara başladırlar.
İkinci dünya müharibəsi müharibələr tarixində ən dəhşətli və dağıdıcı müharibə olmuşdur. Onun müxtəlif mərhələlərində hər iki döyüşən tərəfdən eyni zamanda 8 milyondan — 12,8 milyona kimi insan, 84 mindən -,163 minə qədər top, 6,5 mindən — 18,3 minə kimi təyyarə iştirak etmişdi. Hərbi əməliyyatların əhatə etdiyi ərazi I dünya müharibəsindəkindən 5,5 dəfə çox idi. Müharibəyə sərf edilən xərclərin miqdarı 4 trilyon ABŞ dolları olmuşdu. Onların 1 trilyon 117 milyardını sırf hərbi xərclər təşkil etmişdi. Müharibə zamanı 60 milyondan çox adam tələf olmuşdu. Ondan 27 milyonu SSRİ-nin, 13,6 milyonu Almaniyanın, 6 milyonu Polşanın, 5 milyonu Çinin, 2,5 milyonu Yaponiyanın, 1,7 milyonu Yuqoslaviyanın, 600 mini Fransanın, 370 mini İngiltərənin, 300 mini ABŞ-ın və s. payına düşmüşdü.
Müharibənin gedişində sonrakı mərhələ (1944-cü il yanvar-1945-ci il sentyabr) Almaniya faşizminin və Yaponiya militarizminin darmadağın edilməsi uğrunda mübarizə ilə səciyyələnir. Bu dövrdə müttəfiq ölkələrin bütün səyləri tezliklə müharibəyə son qoyulmasına yönəldilmişdi.
1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində almanlar tərəfindən zəbt edilmiş sovet əraziləri tamamilə azad edildi, döyüşlər Avropa ölkələrinə keçirildi. 1944-cü ilin yanvar-fevralında Leninqrad-Novqorod vilayətləri, martda sağ sahil Ukraynası, aprel-mayda Krım-Odessa vilayətləri, iyunda Kareliya, iyun-iyulda Belarusiya, iyul-avqustda Qərbi Ukrayna, avqust ayında Moldaviya, sentyabr-oktyabrda Baltikyanı respublikalar almanlardan xilas olundular. 1944-cü ilin oktyabrı üçün SSRİ-nin keçmiş sərhədi bərpa olundu. Sovet orduları Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin ərazilərinə daxil oldular. Onların faşistlərdən azad edilməsi və sovet nüfuz dairəsinə keçirilməsi uğrunda mübarizə başlandı.
1942-ci ilin yayından müharibənin gedişində yeni mərhələ başlandı. 1942-ci ilin iyunu-1944-cü ilin yanvarını əhatə edən bu dövr II dünya müharibəsi tarixinə əsaslı dönüş mərhələsi kimi daxil olmuşdur. Belə ki, bu mərhələdə faşist bloku ölkələri cəbhələrdə strateji təşəbbüsü itirmişdilər, iqtisadi, hərbi, siyasi və mənəvi üstünlük antihitler koalisiyasının əlinə keçmişdi. Müttəfiqlər bütün cəbhələrdə təşəbbüsü öz əllərinə almışdılar. 1942-ci ilin mayın 7 — 8-də ABŞ orduları Korolin dənizindəki döyüşdə Yaponiyanı məğlubiyyətə uğratdı. Müharibənin gedişində əsaslı dönüşün ilk tutarlı addımı 1942-ci ilin iyununda Sakit okeanın mərkəzində yerləşən mərcan adası Miduey yaxınlığındakı döyüşdən başlamışdı. Həmin döyüşdə yaponlar ciddi məğlubiyyətə düçar olmuş və bundan sonra Sakit okeanda müdafiə mövqelərinə keçmişdilər. 1943-cü ilin noyabrında Gilbert adalarında da yaponlar ciddi məğlubiyyətə uğradılar.
Sözügedən mərhələ 1939-cu il sentyabrın birindən 1942-ci ilin iyununadək olan dövrü əhatə edir. Bu mərhələdə Almaniya sentyabrın 17-də Molotov-Ribbentrop paktına gizli protokolda müəyyən edilmiş sərhəddə (Lvov, Vladimir-Volınski, Brest-Litovski) çatmaqla Polşanın qərb hissəsini zəbt etdi. Polşanın hökumət üzvləri, hərbi komandanlıq ölkəni tərk etdilər. Mühasirəyə alınmış Varşava sentyabrın 28-ə kimi müqavimət göstərdi. Oktyabrın 2-də Polşa ordularının mühasirə olunan hissələri təslim oldular. 1939-cu il sentyabrın 30-da general V.Sikorski başda olmaqla Anjeredə (Fransa) mühacir Polşa hökuməti yaradıldı. 1940-cı ilin iyunundan hökumət Londonda sakinləşdi.