Biosfer kateqoriyası üzrə məqalələr

Dünyanın təbii zonaları

Dünyanın təbii zonaları cədvəl şəklində

Davamı →

Təbii ərazi kompleksi və təbii zonalar

Təbii ərazi kompleksi — Yer səthində relyefi, süxurları, torpaq və bitki örtüyü eyni olan və ətraf sahələrdən fərqlənən ərazilərdir. T.Ə.K-nin əsas komponentləri — relyef, iqlim, süxurlar; törəmə komponentləri – torpaq, bitki və heyvanlar aləmidir. T.Ə.K-da bütün komponentlər bir-biri ilə sıx əlaqədardır. Onlardan birinin məhvi digərlərinin məhvinə səbəb olur. Məsələn: meşənin qırılması — heyvanların məhvinə, şoranlıq və ya bataqlığın yaranmasına, bulaqların qurumasına, torpaq eroziyasına səbəb olur. Ən iri T.Ə.K-i coğrafi təbəqədir. Coğrafi təbəqənin özü də — okean və materiklər kimi T.Ə.K-nə ayrılır. T.Ə.K-i anlayışı ilə yanaşı coğrafiyada landşaft anlayışı da mövcuddur ki, məzmununa görə bu anlayışlar fərqlənmirlər. Oxşar əlamətinə görə landşaftların qruplaşdırılmasına — landşaft təsnifatı deyilir və sinif → yarımsinif → tip → yarımtip → növ təsnifatı ilə qruplaşdırılır. Göründüyü kimi ən böyük landşaft vahidi sinifdir. Qurunun landşaftları 2 sinifə ayrılır: dağlıq və düzənlik. Düzənlikdə landşaftlar üfüqi zonallıq qanununa, dağlarda isə landşaft şaquli qurşaqlıq qanununa tabedir. Landşaft — ərazinin fiziki-coğrafi rayonlaşdırılması üçün istifadə olunan əsas amildir. Landşaftlar təbii və antropogen olur. Təbii landşaftlar yalnız Arktika və Antarktida da dəyişməmiş qalıb. Çünki sərt təbiətə malik olan arktik səhra və tundra zonası insanın yaşaması üçün yararsızdır. Antropogen landşaft — insan tərəfindən bu və ya digər dərəcədə dəyişdirilmiş ərazidir. Məsələn: şəhər, tarla, su anbarı və s. Elm və texnikanın inkişafı insanların təbiətdən asılılığının azalmasına səbəb olmuşdur. Landşaftlar üzərindəki komponentlərin adı ilə adlandırılır. Məsələn: tayqa, səhra, çöl, çəmən və s.

Davamı →

Torpaq

Yer səthinin üst münbit, mineral maddə və üzvi qalıqlardan ibarət yumşaq qatına torpaq deyilir. Torpağın 90-95%-ni aşınma nəticəsində qırıntı halına çevrilmiş ana süxurlar təşkil edir. Digər 5-10%-i isə məhv olmuş canlı orqanizmlərin qalıqlarından-hümusdan (yəni çürüntüdən) ibarətdir. Hümusun miqdarı torpağın münbitliyini müəyyən edən əsas göstəricidir. Hümus nə qədər çox olarsa, torpağın rəngi bir o qədər tünd və məhsuldarlığı çox olar. Məhsuldarlığına görə torpaqlar:
a) münbit (qara, qonur, qəhvəyi) — hümusun miqdarı 5-I5%, məsaməli, qalınlığı 1 m-dək:
b) qeyri-münbit (boz, sorakət) — hümus 2-5%, məsaməsiz, kəsəkli, suvaşqan.

Davamı →

Biosfer

Biosfer (bio-canlı, sfera-təbəqə) — Yerin 4 xarici təbəqəsindən biri olub, canlıların yaşadıqları təbəqədir. Maksimum qalınlığı 36 km-dir. Biosfer atmosferin alt 2 km-lik, litosferin üst 3-4 km-lik və bütün hidrosfer (11 km) qatını əhatə edir. Yaşı 3,5 mld. il olub, təkhüceyrəli → çoxhüceyrəli → bitki → onurğalılardan ibarətdir. Ilk canlıların okeanda yaranması güman edilir. Müəyyən ərazidə formalaşan və bir-biri ilə sıx əlaqədə inkişaf edən bitki, heyvan və mikroorqanizmlərin davamlı qrupuna biosenoz deyilir. Tərkibinə görə biosenozlar: a) fitosenoz (bitki): b) zoosenoza (heyvan) ayrılır.
Davamı →
Top