Antarktika (yunan “anti” – “əks” deməkdir) – yəni Yer kürəsinin Şimal qütbü ətrafının – Arktikanın əksi mənasındadır. Antarktida – üç yarımkürədə yerləşən, sahəsi 14 milyon km2 olan, üç okeanın suları ilə əhatələnən cənub materikidir. Materik bütün coğrafi uzunluqlarda yerləşir, onun sahilləri hər tərəfdən şimala istiqamətlənmişdir ki, bu da onun coğrafi mövqeyi ilə əlaqədardır.
Antarktida – cənub materiklərinin əvvəllər daxil olduğu Hondvananın tərkib hissəsidir. Materik eyniadlı litosfer tavasında yerləşir, qərb tərəfdən And dağlarının davamı kimi Sakit okeanın “Odlu həlqə”sinə daxildir. Antarktidada hələ də vulkanik proseslər (burada fəaliyyətdə olan Erebus vulkanı püskürür) davam edir. Materikin buzaltı relyefi (sıra dağlar, platolar, çökəkliklər və s.) mürəkkəbdir.
Şimal materiklərinin insan təsirinə daha çox məruz qalan təbii zonaları, əsasən, dəyişmişdir. Bu, əhalinin daha sıx məskunlaşdığı – Şərqi Çin, Qərbi Avropa, Dekan, Mərkəzi düzənliklər və ABŞ-ın Atlantiksahili ərazilərində müşahidə olunur. Təbii zonalardan meşә, meşә-çöl vә çöllәr, codyarpaqlı hәmişәyaşıl meşә vә kolluqlar, savanna, seyrәk vә musson meşәlәri daha çox mənimsənilmişdir. Bu, təbii zonaların yerləşdiyi ərazilərdə relyefin mənimsənilmə üçün yararlı, iqliminin əlverişli olması, torpaqların münbitliyi, ərazinin bioloji ehtiyatlarının zənginliyilə əlaqədardır. Bioloji ehtiyat – insanların istifadə edə biləcəyi bitki və canlı aləmə deyilir.
Antarktida istisna olmaqla cənub materiklərinin – Cənubi Amerika, Afrika və Avstraliyanın ekvatora yaxın yerləşməsi onların təbii zonalarında öz əksini tapır. Materiklərin oxşar iqlim göstəriciləri – günəşli saatların miqdarının çoxluğu, vegetasiya müddətinin uzunluğu və mövsümlər üzrə dəyişməsi bioloji ehtiyatların növlərində və miqdarında, eləcə də onların istifadəsində oxşarlıq yaratmışdır.
Cənubi Amerika və Afrikanın ekvatorial meşələri Avrasiyanın ekvatorial meşələri ilə müqayisədə çox zəif mənimsənilmişdir. Bataqlıqların geniş yayılması, keçilməz meşələr, ifrat rütubətlilik, müxtəlif həşəratlar, tropik xəstəliklər bu ərazilərdə əhali məskunlaşmasına maneçilik yaradır. Burada daimi yaşayanlar yerli qəbilələrdir.
XX əsrdə elm və texnikanın, sənaye və kənd təsərrüfatının intensiv yollarla inkişafı, həmçinin dünya əhalisinin sayının kəskin artması insanın təbiətə təsirini gücləndirmişdir. Bir çox ekoloji problemlər kəskinləşmiş, bəziləri isə ekoloji böhran xarakteri almışdır.
Ekoloji böhran – ətraf mühitin böhran vəziyyətində nəzərəçarpacaq dərəcədə dəyişməsidir ki, nəticədə təbii komplekslər, oradakı canlı orqanizmlərin gələcək mövcudluğu təhlükə altında qalır. Yer kürəsində ekoloji vəziyyətin dərəcələri müxtəlifdir. Ətraf mühiti ekoloji vəziyyətinə görə 5 qrupa ayırmaq olar: