daxili sekresiya xəstəlikləri kateqoriyası üzrə məqalələr

Hipoqlikemiya. Hipoqlikemik sindromlar

Hipoqlikemiya – qanda şəkərin normadan az olmasıdır. Sağlam insanda sutka ərzində qanda şəkər acqarına 3,3-5,5 mmol/l arasında dəyişir. Qanda şəkərin miqdarı 3,3 mmol/l-dən (60 mq %) az olduqda hipoqlikemiya yaranır. O bir neçə səbəbdən yarana bilər:

1.karbohidratların kifayət qədər istifadə olunmaması
2.insulinin yüksək dozada vurulması
3.böyük fiziki aktivlik
4.alkoqolun qəbulu
Bundan başqa hipoqlikemiya qanda şəkərin səviyyəsinin kəskin düşməsindən də yarana bilər. Hiperqlikemiyadan fərqli olaraq hipoqlikemiya qəfildən və çox kəskin şəkildə başlayır.Qanda şəkərin miqdarı tədricən düşərsə o hətta 3 mmol/l-dən aşağı olduqda belə xəstə ozünü yaxşı hiss edir.

Davamı →

Zob xəstəliyini yarada bilən faktorlar

Qalxanvari vəzin böyüməsinə zob deyilir. Bu xəstəliyin yaranma səbəbləri müxtəlifdir. İlk növbədə, havada, torpaqda, suda və məişətdə istifadə edilən duzda yodun çatışmazlığıdır. Digər amillər kimi stress, radiasiya və birtərəfli qidalanmanı göstərmək olar. Arıqlama preparatlarından istifadə etmək də insanda zob xəstəliyi törədə bilər.Naxçıvan, Şəki-Zaqatala, Quba-Qusar və cənub bölgələrində zob xəstəliyi geniş yayılıb. Qoz ağacının yayıldığı ərazilərdə zob xəstəliyinə tutulanların sayı daha çox olur. Çünki qoz ağacı yodun hamısını özünə çəkir, Zob xəstəliyinin iki forması var: düyünlü və düyünsüz. El arasında bunlara zəhərli və zəhərsiz zob da deyirlər.

Ürəyin tez-tez döyünməsi, titrəmə, tərləmə, arıqlama, tez yorulma, gözlərin qabağa çıxması, boynun ön səthində qabarıqlığın olması və digərləri bu xəstəliyin əlamətləridir. Zəhərli zobun müalicəsinə uzun zaman tələb olunur. Təxminən 12-18 ay. Lakin zob xəstəliyini tam şəkildə müalicə etmək olmur.

Davamı →

Özünü yeniləmə bacarığına malik yeganə orqan: Qaraciyər

500 müxtəlif funksiyanı eyni anda yerinə yetirən qaraciyər hüceyrələri enerji üçün ehtiyacları olan şəkər olmadıqda hansı metoddan istifadə edirlər?

İnsan orqanizmi öz-özlüyündə bir aləm, sanki bir şəhərdir. Bu şəhərin içində nəqliyyat yolları, binalar, fabriklər, kanalizasiya sistemləri, üstün texnologiyalardan daha mükəmməl cihazlar, şüurlu davranan hüceyrələr, öz sahəsində peşəkarlaşmış mütəxəssislər (hüceyrələr, hormonlar, ifrazat vəziləri), tam təchizatlı əsgərlər və s. mövcuddur. Bu qüsursuz yaradılmış aləmin içində Allah bir-birindən möcüzəvi yüzlərlə sistem və orqanlar yaratmışdır. Sağlam bədənə sahib olmağımıza səbəb olan bu orqanlardan biri də qaraciyərdir.

 Qaraciyərin təqlidedilməz funksiyaları

Qan dövranı sistemində mükəmməl filter funksiyasını yerinə yetirir: suda həll olan, orqanizmin tullantıları olan sadə maddələr böyrəkdə təmizlənir, dərmanlar və hormonlar kimi mürəkkəb kimyəvi quruluşlu tullantıları isə ancaq qaraciyər təmizləyir. Qaraciyər olmasaydı və ya bu xüsusiyyətindən məhrum olsaydı, sözügedən kimyəvi tullantılar orqanizmdə ciddi zəhərlənmələrə səbəb olardı.

Davamı →

Gizli kimyaçı

mədəaltı vəziGizli kimyaçı adlandırdığım varlıq sizcə kim ola bilər? Hər hansı şəxsi nəzərdə tutduğumu düşünə bilərsiniz. Amma, xeyr. Bu, bədənimizdəki çox möcüzəvi orqanlardan biri olan mədəaltı vəzidir. Bu orqanı niyə belə adlandırdığımı indi izah edim:

Mədəaltı vəzi həzm prosesinin başladığını bilməklə kifayətlənmir, bir də yediyiniz yeməklərin növlərini anlaya bilir və yediyiniz fərqli yeməklərə görə fərqli həzm fermentləri istehsal edir. Məsələn, vermişel, çörək kimi karbohidratlı qidalar yeyərkən, mədəaltı vəzinin ifraz etdiyi ferment karbohidrat parçalayıcı xüsusiyyətə sahibdir. Bu qidalar onikibarmaq bağırsağa çatanda, mədəaltı vəzi karbohidrat parçalayıcı xüsusiyyəti olan “amilaza” adlı ferment istehsal edir.

Əgər ət, balıq və toyuq kimi qidalar yesəniz, mədəaltı vəzi zülallı yemək yediyinizi dərhal bilir. Yəni bu qidalar onikibarmaq bağırsağa çatanda bu dəfə zülalları parçalayan fərqli fermentlər- tripsin, ximotripsin, karboksipeptidaza, ribonükleaza və deoksiribonükleaza istehsal edir və bu fermentlər zülal molekullarına hücum edir. Əgər yeməyinizin yağ nisbəti normadan çoxdursa, bu fermentlərlə bərabər lipaza adlı yağları həzm edən bir ferment də hərəkətə keçir.

Davamı →

Epifiz və mədəaltı vəzi

Epifiz-bu vəz sinir mənşəli olub, hipofizin, cinsiyyət vəzilərinin və qan-damar sisteminin niyyətinə təsir göstərir. Epifizdə başlıca olaraq melatonin, serotonin, noradlinalin və digər bioloji aktiv maddələr sintez olunur. Alimlər müşahidə etmişlər ki, epifiz vəzi gecə vaxtı fəallığını artırır. Insan orqanizmində epifizin istər birbaşa, istərsə də dolayısı yolla təsirini aşağıdakı kimi qruplaşdırmaq olar.

Davamı →

Boğaz uru

Boğaz uru (adi insanlar ona “zob” deyirlər) ilk mərhələdə özünü büruzə vermədiyinə görə xəstə uzun müddət heç bir narahatlıq hiss etmir və həkimə də müraciət etmir.Xəstəlik inkişaf etdikcə qalxanvari vəzi böyüyərək nəzərə çarpır (boğazın ön səthinin yoğunlaşması, şişkinliyi), ətrafda yerləşən orqanlara (nəfəs yolu, qida borusu, damarlar və sinirlərə) təzyiq edir və bu da xəstələrin müəyyən şikayətlərinə səbəb olur.

Davamı →

Şəkərli diabet

Şəkərli diabet – endokrin sisteminin xroniki xəstəliyi olub, qanda şəkərin səviyyəsinin xroniki olaraq yüksəlməsi ilə muşayiət olunur. Xəstəlik orqanizmdə (mədəaltı vəzidə) insulin istehsalının azalması və ya orqanizmdəki hüceyrələrin insulinə olan həssaslığının azalması nəticəsində inkişaf edir.

Qlükoza orqanizm üçün çox vacib kimyəvi birləşmə olub, muxtəlif proseslərdə “yanacaq” kimi istifadə olunur. Qlükoza yoxdursa – enerji də yoxdur, enerji yoxdursa – həyat da yoxdur. İnsulin hormonu qlükozanı orqanizmdəki hüçeyrələrə çatdırır. İnsulin hormonu mədəaltı vəzidəki xüsusi hüceyrələrdə istehsal olunur.

Davamı →

Plastik qab-qacaq hormonal fonu poza bilər

Plastik qab-qacağın insan orqanizminə təsiri ilə əlaqədar olduqca müxtəlif fikirlər mövcuddur.Müxtəlif zamanlarda aparılan tədqiqatların nəticələrinə görə heç də hmı tərəfindən birmənalı qarşılanmır.Britaniya alimlərin apardığı təcrübələrin nəticəsində məlum olmuşdur ki,plastik qab-qacaq və süfrə üçün lazımi əşyalar qadınların hormonal-cinsi həyatında mənfi “izlər” buraxır.Vəziyyətin gərginliyi özünü hirsutizm kimi hormonal tip dəyişkənliyin nəticəsi olan xəstəliklərin yaşanması ilə büruzə edir.
Davamı →

Endokrin xəstəliklər

Bazedov xəstəliyi

Bazedov xəstəliyi (tireotoksikoz, diffuz toksik/tireotoksik ur, ekzoftalmik ur, Qreyvs xəstəliyi) geniş yayılmış endokrin xəstəliklərdən olub, qalxanabənzər vəzinin hiperfunksiyası nəticəsində sekresiyası artmış tiroksinin və triyodtironinin orqanizmə göstərdiyi toksik təsirlə əlaqədardır.

Xəstəliyə çox vaxt psixi travmalar, həmçinin infeksiyalar, hipofizin ön payında tireotrop hormonun sekresiyasının artması səbəb olur; irsi amillərin əhəmiyyəti vardır. Ən çox 20-50 yaşlarda, xüsusən qadınlarda təsadüf edir.

Davamı →

Bazedov xəstəliyi

Xəstəlik qalxanabənzər vəzinin hipertrofiya, hiperplaziya və hiperfunksiyası ilə müşayiət olunub qana tiroksin və triyodtironin hormonunun artıq miqdarda daxil olması ilə xarakterizə olunur. Xəstəliyə qadınlarda kişilərə nisbətən çox təsadüf edilir. Əsasən 20-50 yaşlarda baş verir.
Etiologiyası. Xəstəliyin etiologiyasında sinir-psixi faktorlar əsas rol oynayır. Kəskin psixi gərginlik xəstələrin 80%-də qeyd edilir. Zobun əmələ gəlməsində kəskin və xroniki infeksion xəstəliklərin də rolu böyükdür. Məsələn, qrip, angina, qızılca, revmatizm və s. Bəzən isə xəstəlik endokrin vəzilərin fəaliyyətinin pozulması fonunda da inkişaf edə bilər (hipofiz, cinsiyyət vəziləri və s.)
Davamı →
Top