Çoxlarımızın bildiyi kimi fizika dəsrliklərində ilk radionun yaradıcısı kimi Markoni göstərilir. Baxmayaraq ki, bu tarixi səhvdir, bu yanlış bilgi nəticəsində 1909-cu ildə Markonu hətta Nobel mükafatına layiq görülmüşdür. Ancaq həqiqətdə ilk radionu 17 il əvvəl Nikola Tesla kəşf etmişdir. Marconi isə uzun müddət Teslanın yanında assistent vəzifəsində radio kabellərinə cavabdeh işçi kimi çalışmışdır.
Radionu kəşf etdiyini elm dünyasına bəyan edən Markoni Nobel mükafatı aldıqdan sonra Teslanın tələbələri bunun haqsızlıq olduğunu və müəllimlərinin bu ədalətsizliyə susduğunu soruşduqda isə Teslə onlara bu cür cavab verir:
Markoni əslində pis tələbə deyil, dostumdurş O radiodan savayı daha 17 patentimi öz adına çıxıb. Qoy işləsin və inkişaf etsin, onsuzda o kəşflərinin heç bir zaman tam izahını verə bilməyəcək.
Onu da qeyd edək ki, Markoninin kəşf etdiyi radio səsləri yox ancaq siqnalları göndərməyə qadir idi. Ondan 17 il sonra Teslanın kəşf etdiyi radio isə müasir radio kimi səsləri göndərirdi.
Markonun ölümündən sonra Ədalət Məhkəməsi Markonun radio patentini etibarsız hesab edir və radio patentini Teslaya məxsus olması barəsində qərar çıxarır. Beləliklə, ədalət öz yerini tapır.
ABŞ-da aparılan bir tətqiqat yolu ilə telefon istifadəçilərinin zəka səviyyələri ilə seçdikləri mobil telefon markası arasında bir əlaqə olub olmadığı araşdırıldı. Massachusetts Mərkəzli Tətqiqat bürosu Çitikanın apardığı araşdırma Alyaska, Montana və Vermont ştatlarında iPhone istifadə nisbətinin digər əyalətlərdən daha çox olduğunu göstərdi. Bu əyalətlərin bir başqa xüsusiyyəti ABŞ-ın ən yüksək universitet məzunu nisbətinə sahib olmaları oldu. Bu məlumatların nəticəsində iPhone istifadəçilərinin daha ağıllı olduğu nəticəsinə gələn Çitikaya görə iPhone istifadəçiləri yalnız zəka ilə deyil, eyni zamanda maddi olaraq da Android istifadəçilərindən qabaqlayır.
Çitikanın apardığı araşdırma bu sahədə tək deyil. Ağıllı telefon istifadəçiləri arasında aparılan digər araşdırmalarda da bənzər nəticələrə əldə edildi. Ladbrokes şirkətinin təşkil etdiyi araşdırmada 1000 ağıllı telefon istifadəçisinə bir zəka testi tətbiq etdi. iPhone istifadəçiləri sürət və beyin funksiyalarının ölçüldüyü testdə 94 saniyə ilə ən sürətli nəticəyə çatan qrup oldu. BlackBerry istifadəçilərinin isə 118 saniyə ilə ən yavaş qrup olduğu müşahidə edildi. iPhone istifadəçilərindən sonra Google Nexus istifadəçiləri 99 saniyə ilə 2-ci sırada qərarlaşdı.
Aljazeera'də yer alan xəbərə görə, Tokio Xəstəxanası Üniversitetinin professoru Tsuyoshi Takato liderliyindəki elmi tətqiqat qrupu biomaterial istifadə edən yeni nəsil bio 3D çapetmə cihazlarının vasitəsilə süni insan orqanı yaratmağı planladıqlarını açıqlandı. Takato'nun qrupu kök hüceyrələrlə proto hüceyrələrini bir arada istifadə edərək hər hansı bir orqanı hazırlamağı planlaşdırır. Yaradılacaq orqan zülallar tərəfindən inkişaf etdiriləcək və insan orqanlarından demək olar ki fərqlənməyəcək. Hələlik test mərhələsində olan elmi təcrübə işlərinin gələcək illərdə həyata keçirilməsi planlaşdırılır.
3D, yəni 3 ölçülü çapetmə ilk olaraq texniki cihazların parçalarının istehsalı üçün hazırlanmışdır. İlk nümunələri böyük, ağır və bahalı olan bu çapetmə cihazları inkişaf edən texnologiya ilə birlikdə kiçildi və qiymətləri daha da ucuzlaşdı. Elm adamları bu cihazları insan orqanlarının istehsalı üçün istifadə etməyi hədəfləyir.
Bildiyimiz kimi gəmilər su üzərində bir şəkildə səyahət etmək üçün, yüklərin və sərnişinlərin etibarlı bir şəkildə daşınması üçün istifadə edilir. Lakin, Amerika donanması tərəfindən 50 il əvvəl istehsal edilən “RV FLIP” gəmisi çox maraqlı bir xüsusiyyətə malikdir. Bu gəmi elmi tətqiqatların aparılması məqsədiylə batması üçün hazırlanmışdır.
Tərs Gəmi adı ilə də bilinən bu gəmi 1962-ci ildə “Amerika Donanma Ofisi” tərəfindən dəstəklənən və “Scripps Deniz Elmi İnstitutunun Marine Physical Laboratoriyas”ı tərəfindən inşa edilən okean gəmisidir.
108 metr uzunluğundakı gəmi qismən batması və 90 dərəcə geriyə doğru meyl etməsi ilə normal gəmilərdən fərqlənir. Gəmi batırıldığında yalnız 17 metrlik arxa hissəsi suyun üzərində dayanır. Gəmi döndüyündə üzmə qabiliyyətinin çox hissəsi səth dalğalarının təsiri ilə deyil, okeanın dərinliyindəki su axını hesabına təmin edilir.
Gəmi dalğa yüksəkliyini, akustik siqnalları, suyun istiliyini, sıxlığını yoxlamaq və meteoroloji məlumatlar toplamaq məqsədi ilə hazırlanmışdır. Səslə əlaqədar cihazların problem yaratmaq riski olduğundan gəminin mühərriki və digər hərəkətverici qüvvələri ixtisar edilmişdir. Bu səbəblə açıq dənizlərə römorkörler köməyi ilə aparılır və sonra açıq dənizdə sərbəst buraxılır.
711 ton ağırlığındakı gəmi 11 elm adamı və 5 nəfərlik gəmi ekipajına ev sahibliyi edir. Elm adamları açıq dənizdə həftələrcə elmi tətqiqatlar aparır. Gəmidəki kameralarda 2 qapı var və kameraların içindəki mebellər, yataqlar, mətbəx, hətta tualet belə 90 dərəcə istiqamət dəyişdirə bilir. Bunun nəticəsində gəmi su üzərində olan zaman və ya 90 dərəcə yan dönmüş vəziyyətdə dayandıqda insanlar həyatlarına normal bir şəkildə davam edə bilirlər.
Gəminin tam olaraq dönməsi isə 28 dəqiqə davam edir.
Təyyarə qəzalarında təyyarə parça-parça olsa, dənizin dibinə getsə də, dərhal pilot kabinəsindəki son danışıqları yazan qara qutular axtarılır. Əksəriyyətlə qorxunc qəza xarabalığı arasından sağlam tapılan bu qutular sayəsində qəzanın səbəbləri araşdırılır. Qara qutunun ilk prototipi David Varren tərəfindən yaradılmışdır. Bu ixtiranın əsas yaranış səbəbi isə Davidin atasını 1934-cü ildə baş vermiş Bass Strait təyyarə qəzasında itirməsi olmuşdur.
Qara qutu bu qədər möhkəmdirsə, niyə təyyarənin bütün hissələri bu materiallardan hazırlanmır? Təyyarənin havada rahat uça bilməsi, uzaq məsafələrə az yanacaqla gedə bilməsi mümkün olduqca yüngül materialdan hazırlanması ilə əlaqədardır. Bu materiallar daha çox aluminium və plastikdir.
Kabinədəki səsləri və uçuş məlumatlarını yazan hər iki qutu da paslanmayan poladdan düzəldilir. En və uzunluqları təqribən 25 santimetr, dərinliyi 12-13 santimetrdir. Qutuların kənar qalınlıqları 6-7 mm-dir. Qutular bundan başqa istiyə və yanğına dözümlü olmaqla birlikdə plastiklə əhatə olunmuş və maye köpüklə də təchiz edilmişdir.
Hesabın yaranma tarixi: Hesab rəqəmlərin adlandırılmasından əvvəl yaranmışdır. İnsanlar saymaq üçün eyni tipli əşyalardan istifadə etmişlər: barmaqlar, daşlar, divarda çəkilən xətlər, düyünlər, taxta və ağaclar üzərində çapıqlar və s.
Kompüter – informasiyanın avtomatik emal olunması üçün elektron qurğular kompleksidir.
Hazırda beynəlxalq termin kimi işlədilən “kompüter” ingilis sözü olub (“computer”) “hesablayıcı” (maşın dilində) deməkdir. Bu söz dilimizə gəlməzdən əvvəl onun yerinə “rəqəm hesablama maşını” (rusca “цифровая вычислительная машина”), “Elektron Hesablama Maşını — EHM” (rusca “Электронная Вычислительная Машина” — ЭВМ) və ya “hesablama maşını — HM” söz birləşmələrindən istifadə olunurdu.
Kompüter texnikasının yaranma tarixi proqramla idarə olunan ilk universal kompüterin yaradıldığı vaxtdan (1946-cı il) başlanır. Bundan xeyli əvvəl isə hesab əməllərinin yerinə yetirilməsi üçün texniki və elektrotexniki qurğular yaradılmışdır.
Bildiyimiz kimi hal-hazırda informasiya cəmiyyətində yaşayırıq və informasiya texnologiyaları, proqramlar, smart cihazlar artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Bir çoxlarımız isə ailə üzvüləri və dostlarımızdan daha çox məhz bu texnologiyalarla zaman keçiririk. İnsanların bu cür smart cihazlara, informasiya texnologiyalarına və həmin cihazlarda tətbiq edilən proqramlara olan tələbatının ödənilməsi üçün dünyanın tanınmış firmaları qızğın rəqabət içindədirlər.
Bu cür smart cihazların son zamanlar yaranan və istifadəçilər arasında tez bir zamanda məşhurlaşan yeni bir növü də smart biləkliklərdir. Bu sahədə Apple, Sony, Samsung kimi tanınmış elektron cihaz istehsalçıları arasında rəqabət daha da artmaqdadır. Hər bir firma yeni inovasiyanı tətbiq edib bazarı tez bir zamanda tutmaq arzusandadır.
“Apple”nin yeni nəsil smart saatı Fitbit geyilə bilən cihazlar bazarında mübarizəyə qatılmaq ərəfəsində olan zaman gözlənilmədən yeni bir rəqiblə qarşılaşıb. Belə ki, “Cicret” adı verilən inanılmaz bir biləklik layihəsi bazara fantastika filmlərində atılmış kimi gəlir. Bu biləklik sayəsində dəriniz asanlıqla saniyələr ərzində ekrana çevrilir. Cicret biləkliyin köməyi ilə emailərinizi qolunuza projeksiyonla əks etdirərək nəzarət edə bilər, ya da film və video faylları izləyə bilərsiniz. Cihazın istehsalçıları davamlı olaraq yeniliklər edərək cihazı inkişaf etdirir. Bu sayədə Cicret biləkliklər bir tabletin, ya da smart telefonun malik olduğu hər bir texniki funksiyaları icra edə biləcək. Biləklikdə olan kiçik proyektorun köməyi ilə dəriniz üzərində görüntü yaradılarkən, səkkiz uzun mənzilli yaxınlıq sensoru sayəsində hər toxunuş, klik və scrollinq cihaz tərəfindən qəbul ediləcək. Ayrıca biləklik bir USB port və impuls ölçən ilə təmin edəcək. Təbii ki Wi-Fi və Bluetooth dəstəyi də olacaq. Ayrıca bu cihazın iPhone ilə sinxronizasiya edilə biləcəyi deyilsə də, tək başına işləyə biləcək müstəqil bir cihaz olaraq hazırlanır. Tanıtım videosunda görüldüyü kimi qolunuzun bir hərəkətiylə asanlıqla açıla bilir.
Populyar “WhatsApp” messencerinin yeni versiyasının ekran görüntüləri “Android World” texnologiya bloqunda dərc edilib. İCTnews elektron xəbər xidmətinin məlumatına görə, nəşr “Android” mobil əməliyyat sistemi ilə işləyən smartfonlar üçün “WhatsApp” messencerinin yeni versiyasının interfeysinin ekran görüntülərini dərc edib.
Bu görüntülərə əsaslanaraq demək olar ki, səsli danışıq zamanı ekranın mərkəzində abunəçinin avatarı, yuxarı hissədə cari zəngin davametmə müddəti və bu zəngin “WhatsApp” üzərindən edildiyi haqda informasiya qeyd ediləcək. Aşağıdakı düymənin köməyilə zəngi başlatmaq və bitirmək mümkün olacaq.
Messencerdə səsli zəng funksiyasının istifadəyə veriləcəyi tarix isə hələ bəlli deyil. Çox güman ki, 2015-ci ilin əvvəllərində istifadəyə veriləcək bu funksiya ila WhatsApp istifadəçi sayını artırmağı planlaşdırır.
«The Washington Post» qəzetinin verdiyi məlumata əsasən Massaçusets Texnologiya İnstitutunun mühəndisləri quruluşca balıqa bənzəyən, balıq kimi hərəkət edən robot hazırlayıblar. Bu yumuşaq robotu yaradan dahilər mühəndislər Andryü Marçese, Kagdas Onal və Rus Danieladır. Onların yaratdıqları qeyri adi elastik və çevik robot real qaçış rejimində olan balıq kimi «C-dönüşü» etmək bacarığına malikdir. Real balıq kimi saniyənin onda biri müddətində qaçış manevri etməyə qadir olan bu robot balıqlar 1,5 metr uzunluğa və 45 kiloqram çəkiyə malikdirlər. Zahiri görünüşcə balıqa bənzəyən robotlar balıqların hərəkətini ustalıqla yamsılayır və səssiz rejimdə üzürlər.
Digər robotlardan fərqli olaraq bu robotlar yumuşaq olduqlarından qəza əsnasında sizə çırpılarsa o zaman sizə heç bir zərər yetirməyəcək. Massaçusets Texnologiya İnstitutununda Kompüter Elmləri və Süni İntellekt laboratoriyasının direktoru Elektrik Mühəndisliyi və Kompüter Elmləri üzrə professor Daniela Rus bildiri ki, bu yumuşaq robotlar mahiyyət etibarilə təhlükəsizdirlər. Bu robotlar heç bir reaktiv motorlar və ya pərlə təchiz edilməyiblər və üzən zaman yalnız quyruqlarından istifadə edirlər.
İqlim dəyişikliyi üzrə hökumətlərarası şuranın noyabrda dərc edilmiş son hesabatında parnik effekti yaradan qazların havaya atılmasının kəskin surətdə azaldılması məqsədi ilə təxirəsalınmaz tədbirlər görülməsinin vacibliyi vurğulanıb.
Bədbin proqnozlar fonunda alimlər və Fortune 500 reytinqli nəhəng kompaniyalar bu problemin həlli istiqamətində iş aparırlar. Bu işlərin bəziləri fantastik görünsə də, heç biri əlçatmaz deyil.
Enerji sahəsinə böyük gələcək vəd edən innovasiyalar isə bunlardır:
1. Karbon qazının tutularaq ləğv olunması
Bu, energetikanın inkişafına təkan verəcək texnologiya olmasa da, havada zərərli qazın miqdarının azalmasına kömək edə bilər. Texnologiya kömürlə işləyən elektrik stansiyalarında karbon qazının yığılaraq yeraltı anbarlarda saxlanılmasına hesablanıb. Onun Avstraliya və ABŞ-ın elektrik stansiyalarında nümayiş etdirilən sınağı bu texnologiyaya marağı xeyli artırıb.