Texnologiya kateqoriyası üzrə məqalələr

Texnoloji tərəqqinin digər üzü

Daha rahat həyat, yoxsa tam nəzarət altında?
“Bəşəriyyətin tarixi böyük ölçüdə texnikanın tarixidir. Bu səbəbdən yaxın 50 ilin tarixi Banqalorda müdriklərin və ya Nyu-Yorkda intellektualların nələri kəşf etmələrindən asılı olacaq. Daha dəqiq ifadə etsək, inkişafımızın əsas istiqamətlərini cəmiyyətin bu elmi və texniki kəşflərdən necə yararlanacağı müəyyən edəcək. Düzdür, başqa faktorların da rolu olacaq, məsələn, təbiət dəyişiklikləri, yaxud qlobal kapitalizmə meydan oxuya biləcək ideologiyaların peyda olması. Ancaq məhz texniki tərəqqi bütün yeniliklərin başlıca mühərriki olaraq qalmaqda davam edəcək”. “Qarşıdakı 50 ilin tarixi” kitabının müəllifi Riçard Uotson hesab edir ki, texniki yeniliklər cəmiyyətin aparıcı amili olaraq həm müsbət, həm də mənfi rol oynaya bilər. Vəziyyət hətta o həddə çata bilər ki, insan texnikaya qarşı qiyam da qaldırar…
Davamı →

Tarixə qovuşan, unudulmaqda olan peşələr

Zaman keçdikcə, texnika təkmilləşdikcə artıq bir çox sənət və peşə sahələri öz aktuallığını itirərək, tarixə qovuşub. Bir vaxtların ən önəmli tələbatı olan bu sahələr haqqında indi demək olar ki, gənc nəsil ümumiyyyətlə xəbərsizdir.
Maraqlıdır, əvvəllər böyük ehtiyac duyulan, indi isə adı unudulmaqda olan peşələr hansılardır?
Qırçı - Ələxsus ötən əsrin ortaları və sonları insanlar evlərinin üstünü qırlatmağa xüsusi önəm verirdilər. Çünki qırlanmış ev yayda istidən, payızda yağışdan qorunmaq üçün əla vasitə idi.
Davamı →

İnformasiyanın ölçülməsi

Rəvayətə görə, Lakoniyanın Sparta şəhərinə yaxınlaşan Makedoniya çarı II Filipp spartalılara belə bir müraciətnamə göndərir:
“Mən bütün Yunanıstanı fəth etmişəm, dünyanın ən yaxşı qoşunu məndədir. Təslim olun, çünki əgər şəhərin darvazalarını sındırsam, əgər qala divarlarını dağıtsam, əgər Spartanı zorla alsam, onda heç kəsə aman verilməyəcək və şəhər yerlə yeksan olunacaq!”
Bu müraciətnaməyə spartalıların cavabı çox qısa olmuşdur – “Əgər”.
Davamı →

Multimedia qurğuları

Tətbiqi proqramların ən geniş yayılmış növlərindən biri kompüter oyunlarıdır. Bu oyunların əksəriyyəti qrafika ilə yanaşı, səs, animasiya və video effektlərlə zəngin olur. Belə effektlər oyunları həm maraqlı edir, həm də gerçəkliyə daha da yaxınlaşdırır.
Bir neçə növ informasiyadan eyni zamanda istifadə edən informasiya texnologiyalarına multimedia deyilir. Başqa sözlə, multimedia dedikdə qrafika, mətn, video, fotoqrafiya, animasiya, səs effektləri kimi informasiyaların bir neçəsinin kombinasiyası nəzərdə tutulur. Müasir kompüterlərin proqram və aparat resursları çox geniş çeşidli multimedia fayllarına qulaq asmağa, baxmağa, onları yaratmağa və redaktə etməyə imkan verir.
Davamı →

Məişət tikiş maşınının quruluşu

Tikiş maşınları iki cür olur: sənaye və məişət tipli.
Məişət tikiş maşınları əl, ayaq  və elektrik ötürücülü olurlar.
Məişət tikiş maşınları quruluşlarına, texniki imkanlarına və xarici görünüşlərinə görə müxtəlifdir. Amma buna baxmayaraq, onların quruluşunda, təmir və istismar qaydalarında bənzərliklər çoxdur.
Məişət tikiş maşınları parçanın kənarlarını kəsib düzəltmək, ilmələri və detalları ilməkləmək, dekorativ tikişləri yerinə yetirmək və həmçinin naxışvurma və gözəmə üçün nəzərdə tutulmuşdur.
Davamı →

Yarmadan, paxlalı bitkilərdən və makaron məmulatlarından yeməklərin hazırlanma texnologiyası

Yarmalar və paxlalılar qidalanmada vacib əhəmiyyətə malikdir. Onlar yaxşı həzm olunur, qidalı və yüksək kalorilidirlər. Onların tərkibi nişasta, zülal (xüsusən paxlalılarda), B qrupu vitaminləri ilə zəngindir.
Yarmaları taxıl bitkilərini emal etməklə əldə edirlər. Ən geniş yayılmış yarmalar bunlardır: buğdadan — manna; düyüdən — cilalanmış, pardaxlanmış, xırdalanmış düyü, yulafdan — herkules, yulaf unu; arpadan — arpa yarması; qarabaşaqdan — iridənəli qarabaşaq. Yarmalar dənlərin rənginə, formasına, bütövlüyünə və ölçüsünə görə fərqlənirlər.
Davamı →

Tərəvəz yeməklərinin hazırlanma texnologiyası

İnsanın sağlam qidalanmasını tərəvəzsiz təsəvvür etmək mümkün deyil. Tərəvəzlərin tərkibində orqanizmin normal həyat fəaliyyəti üçün böyük miqdarda zəruri vitaminlər, mineral maddələr var.
Sarımsaq, soğan və turp kimi tərəvəzlərin tərkibində xəstəliktörədən bakteriyaların, göbələk və virusların inkişafını ləngidən maddələr var.
Davamı →

Südlü yeməklərin hazırlanma texnologiyası

Süd çox qiymətli qida məhsuludur. Onun tərkibində orqanizmin həzm prosesini qaydaya salan qidalı maddələr var. Südü müxtəlif yaş qruplarında olan insanlar qida rasionuna daxil etməlidirlər. Süd, xüsusən uşaqlar və yaşlılar üçün çox qiymətli qida məhsuludur. Təbii inək südünün tərkibinə zülal, A, B, B2, PP, C, D vitaminləri daxildir. Süd təkcə gözəl içki deyil, ondan həm də yağ, kəsmik, xama, qatıq, şirin kəsmik və s. qidalı ərzaqlar hazırlamaq olar.
İnsanlar təkcə inək südündən deyil, keçi, qoyun, camış, at, dəvə, maral kimi digər ev heyvanlarının südlərindən də istifadə edirlər.
Davamı →

Mexanikləşdirilmiş mətbəx avadanlığının quruluşu və iş prinsipi

Ən geniş yayılmış mətbəx avadanlıqlarına mexaniki və elektrik ətçəkən maşın, qəhvəüyüdən, mətbəx kombaynı, blender və s. aiddir.
Aşpazlıqda qiymə və ya çəkilmiş ətdən hazırlanmış yeməklər çoxdur və onlardan hər biri olduqca iştahaçan, dadlı və gözəl görünüşlüdür. Bu yeməklərin hazırlanması üçün ilk növbədə, çəkilmiş ət, yəni qiymə lazımdır. Qiyməni isə yalnız ətçəkən maşının köməyi ilə hazırlamaq olar.
Davamı →

Mexanikləşdirilmiş əl alətləri

Hər birimizin mənzilində qarşıya çıxan məişət nasazlıqlarını təmir edib aradan qaldırmaq üçün alətlər dəstinin olması vacibdir. Drel də belə alətlərdən biridir. Drel deşiklərin açılması üçün nəzərdə tutulmuş, mexanikləşdirilmiş əl və ya elektrik alətidir. Dreldən tikintidə, xarrat və çilingər işlərində istifadə edilir
Əl dreli insanın sərf etdiyi güc vasitəsilə istənilən sahədə burğulamaqla deşik açan əl alətidir. Müxtəlif materiallarda deşiklərin burğulanması üçün istifadə edilir.
Davamı →
Top