Texnologiya kateqoriyası üzrə məqalələr

Santexnika sistemi elementlərinin təmiri texnologiyası. Sifon

Mənzilə su kəməri xətlərinin köməyi ilə içməli su daxil olur, kanalizasiya vasitəsilə çirkab suları axıdılır.
Vanna otağında, mətbəxdə və ayaqyolunda çanağın altındakı boru çirkab sularını kanalizasiyaya axıdır. Bu boru elə qatlanıb ki, tökülən su əvvəlcə aşağı enir, sonra bir qədər yuxarı qalxır və yalnız bundan sonra yenidən kanalizasiyaya axır. Məhz elə bu, əyilmiş borusu olan qurğu sifon adlanır.
Davamı →

Su təchizatı sistemi elementlerinin təmiri texnologiyası. Axıdıcı çən

Müasir mənzil rahat və bütün avadanlıqlarla təchiz olunmuş yaşayış yeridir. Mənzilin elektrik və havatəmizləmə sistemləri ilə yanaşı, su təchizatı və kanalizasiya (çirkli suların axıb getməsi üçün boru və yeraltı kanallar sistemi) sistemləri də hər bir yaşayış yerinin vacib elementlərindən biridir .
Mənzilin su təchizatı və kanalizasiya sistemi olduqca mürəkkəb mühəndis qurğuları və sanitariya tədbirləri kompleksidir.
Mənzilin su təchizatı suyun su istifadəçilərinə lazım olan miqdarda verilməsidir.
Kanalizasiya sistemi vasitəsilə mənzilin çirkab suları bir mərkəzə yığılır və xaric edilir.
Davamı →

Divar kağızlarının çəkilmə texnologiyası. Divar və tavanların rənglənməsi

İstənilən mənzilin gözəlliyi, əsasən, onun divarlarının tərtibatından asılıdır
Mənzilin interyerini çox əmək və vəsait sərfetmədən, yalnız divar kağızlarını dəyişməklə, gözəlləşdirmək olar.
Divar kağızları zövqlə seçilmiş mənzildə yaşamaq rahat və zövqvericidir.
Divar kağızlarının hansı növləri var?
Müasir inşaat bazarı alıcılaramüxtəlifnövdə divar kağızları təklif edir: kağız əsaslı, velür, tekstil, şüşəlifli, vinil və s. Divar kağızlarının rəng və forma müxtəlifliyi insanı valeh edir. Divar kağızı mənzilin xarakterinə uyğun seçilməlidir, otağın və bütün mənzilin ümumi ahənginə cavab verməlidir.
Davamı →

Tavanın təmiri texnologiyası

İstənilən binanın təmiri məhz tavandan başlayır. Təmir üçün hansı materialların seçilməsindən asılı olmayaraq, hazırlıq işləri eynidir. Yalnız asma və qurulma konstruksiyalı tavanlardan başqa, bütün digər növ tavanlarda təmir aparılanda malalama tələb olunur.
Tavan təmirə necə hazırlanır?
tavanı təmirə hazırlamaq üçün əvvəlcə onu köhnə dekorativ materialların qalıqlarından təmizləmək lazımdır. Bunun üçün tavanın səthi dəmir rəngsaz malası ilə qaşınır, suvanır və son malalama aparılır. Sonrakı işlər təmirin növündən asılı olaraq dəyişir.
Davamı →

Mənzildə aparılan təmir işlərinin texnologiyası. Divarların işlənməsi

Mənzilin təmirində əsas yeri rəngsaz işləri tutur. Təmir zamanı aparılan rəngsaz işləri səthin işlənməsi, divar kağızlarının yapışdırılması və rəngləmədən ibarətdir.
Divarların və tavanın işlənmə texnologiyası hansı mərhələlərlə aparılır?
Divarların işlənməsi bir neçə mərhələdə aparılır: köhnə rəngin və divar kağızlarının təmizlənib çıxarılması, malalama və son malalama.
Təmir işləri aparılarkən divarlardan, qapı və pəncərə çərçivələrindən köhnə yağlı boyanı qaşıyıb təmizləmək lazımdır. Təmir işinə bərkiyib qalmış rəng qatlarının çıxarılması ilə başlamaq lazımdır. Müxtəlifmateriallardan hazırlanmış məmulatlardan rəngin çıxarılması bir neçə üsulla aparılır. Bu üsullar materialın növündən asılı olaraq seçilir.
Davamı →

Elon Musk

Elon Musk 28 iyun 1971-ci ildə Cənubi Afrika Respublikasında, inzibati paytaxt olan Pretoriyada dünyaya gəlib.

O bütün dünyada yalnızca Tesla Motors şirkətinin yaradılmasında iştirakına görə məşhur deyil. Bu insan daha əvvəllər demək olar ki, bütün dünyanın hazırda istifadə etdiyi bir xidməti yaratmışdır ki, bu nəhəng elektron ödəniş operatoru olan PayPal-dur.

Tesla Motors Elon Musk-ın yeganə texnoloji şirkəti deyil və o 2002-ci ildə yaradılan daha bir nəhəng Space-X şirkəti də ona məxsusdur.

Elon Musk-ın ideyaları bir çox ürəkləri fəth edir. Onu çox zaman Steve Jobs ilə müqayisə edirlər.

Yuxarıda qeyd etdiyimiz kimi gələcək Tesla Motors şirkətinin yaradıcısı Cənubi Afrika Respublikasının paytaxtında böyüyüb.
Davamı →

Robot - Kəpənəklər

Almanlar tərəfindən düzəldilmiş və canlı kəpənəklərdən heç də fərqlənməyən mini robotlar yaradılıb nəhayət ki. Nəinki onlar öz canlı oxşarlarından fərqlənmir, hətta davranışlarını da təkrarlaryırlar. Uçuş zamanı «GPS- senor» və «infraqırmızı- kameraların» köməyi ilə maneələrdən qaçına bilərlər. Uçuş zamanı bir-birlərinə belə toxunmurlar.
  Bu kəpənəklər cəmi 32 qramdır. Onu hərəkətə «servmotor» və «mini-batereyalar» gətirir. Qanadlarının hərəkəti 50sm-ə qədər çata bilir, bu robotların uçuşunu izləmək sadəcə həzzdir. Yeri gəlmişkən, 4 dəqiqə uça bilirlər bu kəpənəklər və yenidən batereyaları doldurmaq elə də vaxt almır.






{ Bircə bizim də belə bir nüsxəmizi düzəldən olsaydı :) }
Mənbə: naked-science.ru
Davamı →

Ev şəraitində plastik tullantını necə benzinə çevirmək olar?

Bildiyimiz kimi plastik kütlə nəhəng müəssisələrdə təkrarən neftə çevrilir, lakin Yapon ixtiraçı eyni vəzifəni təhlükəsiz və mükəmməl yerinə yetirə bilən stolüstü cihaz inşa etmişdir.

Blest Machine adlanan bu cihaz Akinori İto tərəfindən ixtira edilmişdir. Akinori bildiri ki, bu cihazı yaratmaq fikri uşaq olarkən oynadığı sahələrin yavaş-yavaş yoxa çıxdığını görüməyi olmuşdur. Xüsusilədə Yaponiya kimi əhalisinin sayı çox, lakin ərazi qıtlığı olan bir ölkədə Akinori plastikin təkrar emal prosesini insanlar üçün daha əl çatan etmək qərarına gəlmişdir.

Cihazı işlətmədən öncə plastik tullantıları maşına daxil edib, qapağını kip şəkildə bağlamaq lazımdır. Daha sonra cihazı işə saldıqda temperatur artaraq plastik maddələrin əriməsinə, maye halına və daha sonra isə qaz halına keçməsinə səbəb olur. Yanmadan yaranan qaz borudan keçərək içi maye dolu konteynerə daxil olur. Burada qaz soyudularaq yenidən neftə çevrilir. Daha sonra alınmış neft parçalanmaq üçün yenidən qızdırlaraq benzin, dizel və kerosinə çevrilir. Bir litr benzin almaq üçün bir kiloqram plastik tullantıya ehtiyac vardır.

Davamı →

Mikrodalğalı soba necə hazırlanıb?

Mikrodalğalarla bişirmə fikri ilk dəfə Percy Spencer tərəfindən, radar olaraq istifadə edilməsi planlaşdırılmış «magnetron»un kəşf edilməsiylə 1945-ci illərdə başladı. Percy Spencer, radar dalğaları ilə təcrübə aparan zaman cibindəki şokoladın əriməsini gördü, beləcə mikrodalğa enerjisinin yeməkləri isidə bildiyini kəşf etdi. 1947-ci ildə bu icadın patentini aldı və1.8 metr hündürlüyündə, 340 kq ağırlığında olan mikrodalğalı sobanı hazırladı.
Davamı →

Buz içində 230 ölü dirilməyi gözləyir - "Crynonics"

Bütün dünyadan 230 cansız bədən içi maye azot dolu böyük metal silindirlər içərisində, mənfi 196 dərəcədə tibbin irəliləyib özlərini yenidən dirildəcəyi günü gözləyir. İnsanların bu cür dondurulmasına elmdə «Cryonics» deyilir. Kayzen.az saytı olaraq bu elmi prosesi sizlərə təqdim edirik.

Mənası insanların bilinməyən bir gələcəkdə dirildilmək üçün dondurulmaq olan cryonics termini ilk olaraq 1965-ci ildə istifadə edildi. Ancaq ilk dəfə Neil R. Jones 30-cu illərdə yazdığı bir romanda insanların dondurulmasından söz edirdi. Məşhur fizik Robert CW Ettinger də 1964-cü ildə yayımlanan "Ölümsüzlük Ehtimalı" adlı kitabında insanların gələcək illərdə canlandırılmaq üzrə dondurulması fikrinin ağla batan olduğunu irəli sürürdü. Dünyada dondurulan ilk adam 73 yaşında ağciyər xərçəngindən ölən amerikalı psixoloq James Bedforddı.

James 1967-ci ildən bəri buzlar içində dirildiləcəyi günü gözləyir. Bəziləri hesab edir ki, nano texnologiyanın və tibbin çox irəlilədiyi, hər xəstəliyə çarə tapıla, tək bir hüceyrədən belə bir insanın yenidən yaradıla bildiyi bir dövrdə oyandırılmaq üzrə dondurulmaq ticarətdən başqa bir şey deyildir. Ancaq aparılan bir təcrübə heç də elə demir. Dr. Paul Segalin 1992-ci ildə «Amerika Cryonics Society»nin sponsorluğunda Kaliforniya Universitetinde apardığı məşhur təcrübədən söz edirik. Dr. Segal beagle cinsi sevimli iti Miles'ı dondurub yenidən diriltməyi bacarmışdır və bu təcrübə cryonicsist elm insanları üçün o gündən bəri böyük bir sübut sayılır. Miles qanı çəkildikdən sonra doldurularaq öldürülmüş, 70 dəqiqəlik klinik ölümün ardından qanı təkrar damarlarına enjekte edilərək otaq temperaturuna geri qaytarılmışdır. Üç yarım yaşındakı it həyata geri döndüyündə bütün xarakteristik xüsusiyyətlərini olduğu kimi daşıyırdı, vərdişləri və xasiyyəti dəyişməmişdi. Bu, dondurulan insanların bir gün yenidən canlandırıldığında yaddaşlarının yerində olacağına sübut olaraq göstərilir.

Davamı →
Top