Həyatınıza yön verəcək ibrətli hekayələr.
Hökümdarın başmağı
Belə rəvayət edirlər ki, böyük bir məmləkətə başçılıq edən bir hökümdar var imiş. Bir gün hökümdar qərara gəlir ki, piyada uzun bir səfərə çıxısın. Belə də edir. Məmləkətini qarışbaqarış gəzir. Geri qayıtdıqdan sonra görür ki, daş-qalaqlı yolda gəzməkdən ayağı şişib.
Qonşularının bir gün əvvəlki toy «atəşfəşanlığından» sonra onun həyatı alt-üst olmuşdu.Artıq o nə bu evdə,nə bu küçədə,nə də bu şəhərdə dayana bilərdi.Hətta,neçə il bir yerdə yaşadığı həyat yoldaşı ilə belə sağollaşmadan evindən səssizcə çıxdı.Həyat yoldaşı isə yanıqlı bir səslə yalvarırdı:
-Getmə!..Getmə!..Getmə!..Nə olar,məni tək qoyub getmə!..Nə olar məni başsız qoyub getmə!..Getmə!..Getmə!..Sonra bu yanıqlı səs yanıqlı hıçqırığa qarışdı.Ancaq həyat yoldaşı ona baxmaq bir tərəfə dursun,ona qulaq asmaq istəmirdi.Bu vaxt balaca qızı da anasının yanına gəldi və anasının əlindən tutaraq:
Ailənin ilk və tək uşağı idi.İlk yaşına çatanda danışmağa başlamış,dediyi ilk söz isə həyatda ən çox sevdiyi adamın adı olmuşdu:Ana! Uşaq anası ilə eyni candan olduğunu bilməsə də,onu canı qədər sevdiyini çox yaxşı bilirdi.Südünü içdikdən sonra onun isti qolları arasında yatmaq və oyananda yenə onu başı üstündə görmək nə böyük səadət idi.Ancaq uşağın bu sevinci çox da uzun sürmədi.Anası onun «xərclərini» bəhanə edərək atasının müdir olduğu bir şirkətdə işləməyə başladı.Qısa bir vaxtda isə kişilərə göz dağı verən bir «iş qadını» oldu.
Bir gün heyvanlar öz aralarında söhbət edirdilər və nə qədər çox bala doğduqlarını deyirdilər.Biri bir dəfəyə üç bala doğduğunu dediyi halda,o biri isə bir dəfəyə beş bala doğduğunu deyirdi.Hətta bir dəfəyə on-on beş bala doğduğunu deyənlər də var idi.
Bir çörəkçi istifadə etməkçün kərə yağını qonşu kənddə yaşayan bir südçüdən alırdı. Bir gün çörəkçi südçüdən 3 kq yağ aldı. Ancaq bu yağ ona çox yüngül gəldi. Və o gündən aldığı bütün kərə yağlarını çəkməyə başladı. Qəribə də olsa da, kərə yağları get-gedə yüngülləşirdi. Nəhayət, çörəkçi özündən çıxdı və südçünü məhkəməyə verdi. Artıq iş hakimin qarşısında idi.
Makedoniya kralı Filip bütün Yunanıstanı ələ keçirmək üçün böyük bir müharibəyə başlamış və qısa bir vaxtda böyük bir ərazini ələ keçirmişdi.Ancaq hələ də ələ keçməyən ərazilər var idi və bu ərazilərdən biri də İsparta idi.İsparta Yunanıstanın cənubunda yerləşir və Lakoniya deyilən ərazini əhatə edirdi.Buna görə də,bəzən ispartılalılara lakoniyalılar da deyirdilər.
İki qardaş atalarından qalan torpaqlarda taxıl əkirdilər.Qardaşlardan biri evli idi.Üstəlk,ailəsi də böyük idi.O biri qardaş isə evlənməmişdi.Onlar hər gün axşama qədər əkində işləyir,yığdıqları taxılı yarı bölürdülər.
Yaşlı bir şəxs çayın kənarında gəzərkən qiymətli bir daş tapmışdı.Səhəri gün o, bir səyyahla qarşılaşdı. Səyyah çox ac idi. Qocadan yemək üçün bir şey istədi. Qoca ona yemək vermək üçün çantasını açanda səyyah qiymətli daşı gördü. Mütləq o daşa sahib olmaq istəyirdi. Qocadan o daşı ona verməyi xahiş etdi. Qoca ona diqqətlə baxdı və heç bir tərəddüdsüz daşı götürüb səyyaha verdi.