Kərim baba həyatı boyu yaşayışı ilə insanlara nümunə olan ibadət həyatına ən incə təfərrüatına qədər diqqət edən bir insan idi.Özü kimi yaşlı həyat yoldaşı ilə bir yerdə kiçik və gözəl bir qəsəbədə yaşayırdılar.Bu iki yaşlı çinar həyatlarını uşaqlarına həsr etmiş onları oxutmuşdular.Uşaqlqrından biri həkim biri din xadimi digəri də müəllim olmuş və hər biri ölkənin müxtəlif yerlərinə getmişdilər.Onlar ata-analarını öz yanlarına aparmaq istəyirdilər lakin Kərim baba ilə xanımı Səma nənə yaşadıqları yerdən ayrılmaq istəmirdilər.
Uşaqlarından uzaq olmaları onları bir-birinədaha da bağlamışdı.Hətta Kərim baba bəzən xanımına :
-sən məndən əvvəl vəfat etsən mən nə edərəm -deyir və gözləri dolurdu.Səma nənə də eyni narahatlığı keçirir və:
-Bəs sən məndən əvvəl getsən mən nə edərəm-deyib ağlayırdı.
Bir həftə idi ki, anası bərk naxoşlamışdı. Son üç gün isə, ümumiyyətlə, qızdırması düşmürdü. Bütün günü anasına qulluq edir, gecələr də yanından çəkilmirdi. İmtahana elə bu səbəbdən hazırlaşa bilməmişdi. Stress, gərginlik, anasının xəstəliyi onu bərk sarsıtmışdı, fikrini toplamağa mane olurdu. Bu gün isə imtahan günü idi.