Düşündürücü hekayələr kateqoriyası üzrə məqalələr

Qırılmış qəlb

Tərəddüddə idim...Bir ağırlıq çökmüşdü ürəyimə. Unutmaq istəyirdim. Zamanın axışına buraxmaq istəyirdim özümü. Ancaq alınmırdı… Vicdan əzabı deyəsən bu idi. İştaham qaçmışdı. Yemək belə yeyə bilmirdim. Düşüncələr və xəyallar gedərək məni əsir etmişdi. Artıq ruhumun düz ortasında məhkəmə salonu qurulmuşdu.
Nəfsim vəkil, vicdanım hakim, müttəhim mən, zərərçəkən bir Qırıq Qəlb...
Davamı →

5 dollarlıq həqiqət

May ayı idi.Bir gilassatandan gilas alırdım.Bu vaxt yanımıza yaşlı bir qoca gəldi.Əynində köhnə bir paltar var idi.Qoca yarısına qədər dolu torbanı gilassatana uzatdı və: “Oğlum,dünən axşam bu gilasları səndən aldım.Gözümün qarşısında yaxşılarını qoymuşdun,ancaq evə aparanda yarısı çürük çıxdı”,-dedi.

Davamı →

Balaca itdən alınacaq dərs

Günlərin bir günü təcrübəli ovçu Afrikada ov etməyə gedərkən yanında balaca ov itini də aparmışdı. Balaca it bir gün ovçunun yanından ayrılıb, meşədə gəzib qaçarkən itdiyini fərq etmişdi. Nə edəcəyini düşünərkən bir də baxıb görmüşdür ki, qarşıdan böyük bir bəbir gəlir. Bəbir çox ac idi və gündəlik yeməyini axtarırdı. Bunu görən it “Başım bəlada”  deyə düşünmüşdü.

Davamı →

Elan

Xorxe İspaniyanın kiçik bir qəsəbəsində yaşayırdı.Bir gün Xorxe kiçik oğlu Pako ilə mübahisə etdi.Ertəsi gün yuxudan oyananda oğlunun yatağının boş olduğunu gördü.Bəli,Pako evdən qaçmışdı.Xorxe vəziyyətdən çıxış yolu tapmaq istəyirdi ki,birdən ağlına parlaq bir fikir gəldi.

Davamı →

Təkəbbür,səmimiyyət,sevgi

Bir çəlləyin içinə bir qarışqa düşür...
Bir insan gəlir bu çəlləyin yanına.Qarışqanı görür. “Nə işin var sənin burada”,-deyir və qarışqanı öldürür...
Bir insan gəlir bu çəlləyin yanına.Qarışqanı görür. “Onsuz da heç kimə bir zərərin yoxdur.İstədiyin qədər bu çəlləkdə yaşa...” deyir...
Bir insan gəlir bu çəlləyin yanına.Qarışqanı görür.Və yesin deyə çəlləyin içinə bir çimdik şəkər tozu tökür…
Davamı →

Vicdan əzabı...

1993-cü ilin mart ayında Cənubi Afrikalı fotomüxbir Kevin Karter Sudanda vətəndaş müharibəsinin gətirdiyi aclığı çəkmək üçün bu ölkəyə getdi. İlk şəkillərini Ayod adlı bir kənddə çəkdi. Mənzərə həqiqətən də çox dəhşətli idi. Hər saatda orta hesabla 20 adam ölürdü.


Kevin Karter şəkil çəkəndə birdən bir kolluğun dibində yatan balaca qız gördü. «Qarnı kürəyinə yapışan» bu balaca qız ölümünü gözləyirdi. Bu əlbəttə ki, bir fotomüxbir üçün «qeyri-adi» fürsət idi.

Davamı →

Daha bir təcrübə haqqında...

Bir qurbağanı götürüb qaynar suya atanda xilas olmağa çalışır.Ancaq bir qurbağanı götürüb ilıq suya atanda xilas olmaq barədə düşünmür.Üstəlik suyun temperaturu artdıqca çox qəribə bir şey baş verir.

Davamı →

İnsanlıq dərsi

Sinif səs-küydən dağılarkən, bir sərt görünüşlü müəllim içəri girir, sinifə bir qaş-qabaqlı baxış keçirib kürsüyə keçir. Təbaşirlə löhvəyə «1» rəqəmi yazır.
«Baxın» — deyir: «Bu insanlıqdır. Həyatda sahib ola biləcəyiniz ən dəyərli şey.»
Davamı →

Uşaq ağlı (İbrətamiz kiçik hekayə)

Böyük bir yük maşını kiçik bir körpünün altında ilişib qalmışdı.Polis “problemi həll etməkçün” şəhərin ən təcrübəli mühəndislərini çağırdı.Mühəndislər nə qədər ölçüb biçsələr də,yük maşınını körpünün altından çıxarmaq üçün bir qərara gəlmədilər.Bu vaxt kənardan tamaşa edən yeddi yaşlı bir uşaq onlara yaxınlaşdı və məsum bir ifadə ilə: “Bəlkə təkərlərin havasını çıxarasınız”-dedi...




Beləliklə “böyük bir problem” “kiçik bir ağılla” həll olmuşdu...

Davamı →

Bu yazını oxuduqdan sonra düşünün...

İlk dəfə idi ki, yolu bu incəsənət mərkəzindən düşürdü. Bir az gəzmişdi ki, salonlardan birində çox gözəl bir tablo gördü. Tablo çox bahalı idi. Balaca oğlan onu böyük qardaşının ad günü üçün almaq istəyirdi. Buna görə də bir işə girmək və bir ildə yığdığı pulla bu tablonu almaq qərarına gəldi. Bir ildən sonra yığdığı pullarla həmin salona getdi. Xoşbəxtlikdən tablo hələ satılmamışdı. İçəri girdi. Tabloya bir qədər də baxdıqdan sonra bu rəsmi çəkən rəssamı tapdı. 

— Bu rəsmi qardaşımın ad günü üçün almaq istəyirəm, ancaq olan pulum budur.

Rəssam bir qədər düşündükdən sonra razılaşdı və rəsmi bükərək oğlana verdi. Bu vaxt salonda rəssamın dostları da var idi. Dostlarından biri təəccüblə ona: “Sən nə etdin? O rəsmin qiyməti milyonlar edərdi”, — dedi. Rəssam cavab verdi: “Haqlısan, bəlkə də, mən bu rəsmə milyonlarını verə biləcək yüzlərlə adam tapa bilərdim, ancaq bütün var-dövlətini verə biləcək bir nəfər də tapa bilməzdim”…

P.S. Bu yazını oxuduqdan sonra düşünün və bəzən kiçik gördüyümüz şeylərin belə, əslində nə qədər qiymətli olduğunu unutmayın!
Davamı →
Top