Dərman maddələri orqanizmə həm yerli, həm də ümumi təsir edir. Dərman maddələrinin yeridilməsinə olan reaksiya orqanizmin fərdi xüsusiyyətlərindən, onun toxuma və üzvlərinin həssaslığından asılıdır.
Dərman preparatlarını insanın orqanizminə müxtəlif yollarla yeridirlər. Onların ağzından (oral metod) və ya düzbağırsaqdan (rektal metod) yeridilməsinə enteral metod deyilir.