Bu maddələr qan damar mərkəzinə təsir edərək və qan damarlarının spazmını aradan qaldiraraq qan təziqini aşağı salır.Bunlar eləcə də saya əzələli üzvilərin spazmını aradan qaldıraraq hipotenziv və spazmolitk təsir göstərirlər.Preparatları:
Nitroqliserin-Nitoglyserinum.Rəngsiz şəffaf yağa bənzər mayedir,suda çətin,sipirtdə asan həll olur.Stenokardiyada və beyin qan damarlarıspazmada qəndin üstünə 1-2 damcı damızdıraraq ,dilin altına qoyulur.2-3 dəqiqə sonra təsir göstərir və təsiri 30-40 dəqiqə çəkir.1%-li spirt məhlulu 5-10ml kiçik şüşə qablarda buraxılır.Dilin altına təyin edilir.
1.Əczaçılığın inkişafında əsas tarixi dövrlər. Dərmanşünaslığın bir elm kimi yaranma qaynaqları,onun meydana gəlməsini şərtləndirən zərurət və şərait.
2. Dərmanşünaslığın və əczaçılığın inkişafında xalq təbabətinin və baytarlığının rolu. Müxtəlif tarixi dövrlərdə əczaçılığın inkişafında səciyyəvi cəhətlər. Qədim Yaxın Şərq xalqlarının (şumerlər, assiriyalılar, babilistanlılar və s.) dərmanşünaslığın və əczaçılığın inkişafında rolu.
3. Dərmanşünaslığın inkişafında qədim Misir dövrü və bu dövrün dərmanşünaslığının xüsusiyyətləri. Dərmanşünaslığa aid Misirdə aşkar edilmiş qədim tarixi tibb abidələri (“Ebers papirusu” və s.).
4. Qədim Yunanıstanda dərmanşünaslığın və əczaçılığın inkişafının xüsusiyyətləri. Bu sahədə Hippokratın, Feofrastın, Dioskoridin və digərlərinin nailiyyətləri və xidmətləri. Xəstəliklərin baş vermə səbəbləri və buna müvafiq dərman vasitələrinin və müalicə üsullarının seçilməsinə dair Hippokratın nəzəriyyələri, alimin “Corpus Hippocratica” əsəri. Feofrastın “Bitkilər haqqında tədqiqatlar” və Dioskoridin “Materia medica” əsərlərinin dərmanşünaslığın inkişafında rolu.
5. Dərmanşünaslığın və əczaçılığın inkişafında qədim Roma dövrü. Bu sahədə Klavdi Qalenin xidmətləri, qalen preparatları, bu preparatların hazırlanma üsullarınının prinsipləri.
6. Qədim skif tayfalarının dərmanşünaslığın inkişafında rolu.
Müasir tərəqqi xalqların tarixinə və onların keçmişdə qazandığı və hazırda əldə edə bildiyi nailiyyətlərə söykənməlidir.Bu qanunauyğunluq təkcə cəmiyyətin tarixinin öyrənilməsi və əks etdirilməsi üçün deyil, həm də hər hansı bir elm və texnika sahəsinin tarixinin öyrənilməsi üçün zəruridir.Bu baxımdan baytarlıq və baytarlıq dərmanşünaslığını, eləcə də baytarlıq elminin tarixinin öyrənilməsi özü–özlüyündə həm maraqlıdır, həm də baytarlıq təbabətini öyrənən mütəxəssislərin, o cümlədən əczaçılıq ixtisası üzrə təhsil alan tələbələrin biliyini zənginləşdirməklə, baytarlıq təbabəti və dərmanşünaslığının keçmişi barədə daha düzgün, daha dolğun və təhrif olunmamış təsəvvür yaratmağa imkan verir. Çünki baytarlıq təbabəti cəmiyyət üçün olduqca bacib və zəruri peşədir. Belə ki, insanların həyatında əvəzsiz, zəruri yeri və rolu olan heyvandarlıq sahəsini baytarlıq xidməti olmadan təsəvvür etmək mümkün deyil. Bu barədə məşhur bir kəlamı yada salmaq yerinə düşərdi: “ Tibb həkimi insanları, baytar həkimi isə bəşəriyyəti müalicə edir”.
Amerikadan olan tibb mütəxəssisləri təyin etmişlər ki, B3 vitamininin yüksək dozası antibiotikədavamlı olan stafilokokk bakteriyalarına qarşı mübarizədə kifayət qədər effektivdir.Tədqiqat zamanı aydınlaşdırılmışdır ki, tibbi ədəbiyyatda PP vitamini və nikotinamid kimi də tanınan B3 məhz neytrofillərin kəmiyyət və keyfiyyət tərkibini zənginləşdirməklə təsir gücünə malikdir.
Dərmanşünaslığın tarixi ilə tanışlıq göstərir ki, qədim xalqlar, onları əhatə edən təbiətlə tanış olarkən bir çox faydalı bitki, mineral və heyvani mənşəli maddələri aşkar edib bu maddələrdən ən muxtəlif məqsədlərlə, о cümlədən müalicəvi məqsədlərlə istifadə edirmişlər. Zaman zaman aşkar etdikləri maddələr maddələrə rast gəlinirdi və tədricən dərman vasitələrinin sayı çoxalırdı.Bununla əlaqədar məlum olan dərman maddələrinin sistemləşdirmək, eləcədə bunların haqqında toplanmış məlumatları gələcək nəsillərə ötürmək zərurəti yaranırdı.Bununla əlaqədar olaraq insanlar dərmanlar haqqında topladıqları məlumatları, bu sahədə əldə edilmiş bilik və təcrübəni ümumiləşdirib xüsusi yazılar, kitablar vasitəsi ilə sonrakı nəsillərə çatdırmağa çalışmışlar.Həmin kitablarda dərmanlar haqqında toplanmış bütün əsas məlumatları əhatə etməyə çalışırdılar.Tədricən dərmanşünaslıqla məşqul olan adamlar bu kitablardan rəhbərlik kimi istifadə etməyə başlayırlar.Beləliklə, müasir dövlət farmakopeyalarının müəyən mənada xatırladan əsərlər meydana gəlir.
Əczaçılığın təşkili və iqtisadiyyati–əczaçılıq ixtisasinin vacib tərkib hissəsi olmaqla, fənnin əsas məqsədi gələcək mütəxəssisləri dərmanşünaslıq sahəsinin əsas prinsipləri və funksiyaları ilə tanış etməkdən və əczaçı mütəxəssislərin fəaliyyətinin təşkilinin mütərəqqi metodlarını və formalarını öyrətməkdən ibarətdir.
Əczaçılıq etikası və deontologiyası
Ümumiyyətlə tibbidə, o cümlədən əczaçılıqda hələ qədim zamanlardan başlayaraq bu sahənin adamlarının öz peşəsinə mənəvi baxımdan münasibət məsələləri həmişə mühüm əhəmiyyət kəsb etmiş və hazırda da çox vacib əhəmiyyət kəsb edir. Haqqında söhbət gedən məsələ öz əksini həkimlik və əczaçılıq etikası və deontologiyası təlimində tapmışdır.
Mənəviyyat və etika cəmiyyətin müəyyən tarixi inkişaf mərhələsində yaranmış dəyərlərdir ki, bu da insanlar arasında qarşılıqlı münasibətləri tənzim edən müəyyən qaydaların yaradılması zərurətindən irəli gəlmişdir.
Azərbaycan xalqının dərman vasitələrindən istifadə etməsi tarixi ən qədim
dövrlərdən başlayır. Dərman vasitələrinin müxtəlif xəstəliklərdə işlədilməsi, yeni
müalicə vasitələrinin axtarışı və aşkar edilməsi, xəstəliklərə qarşı dərmanlarla mübarizə üsullarının müəyyənləşdirilməsi və s.bu kimi məsələlər uzun müddət sufi fikirlərin və baxışların təsiri altında olmuşdur. Lakin bu maneələrə baxmayaraq təbiətdə yeni müalicə vasitələrinin və eləcədə onların daha əlverişli dərman formalarının və tətbiq üsullarının axtarışı davam edirdi.
Öz coğrafi yerləşməsinə və mövqeyinə görə Azərbaycan tarix boyu başqa xalqların və dövlətlərin,xüsusilə işğalçı dövlətlərin mədəniyyəti, elmi,eləcə də təbabəti ilə təmasda olmaq məcburiyyətində qalmışdır.Bu isə öz növbəsində Azərbaycanda təbabətin inkişafına öz təsirini göstərməyə bilməzdi.