Ömrünün 60 ildən çoxunu səhnəyə həsr etmiş və 200-dən artıq obraz yaratmış məşhur teatr və kino aktyoru Ağahüseyn Cavadov… Onun ustalıqla yaratdığı obrazlar uzun illərdir hafizələrdə yaşayır. Mübaliğəsiz demək lazımdır ki, bu aktyorun oynadığı rollara baxdıqca baxmaq istəyirsən...
“Görüş” filmində suçu Əbülfəz, “Sehirli xalat”da vəzir, “Bəxtiyar”da Rza, “Əhməd haradadır?”da usta Əhməd, “Bir qalanın sirri”ndə falçı-rəmmal, “Şərikli çörək”də İsmayıl baba, “Qızmar günəş altında”da Pirioğlu… İstedadlı aktyorun yaratdığı həm baş rollar, həm də epizodik rollar illər keçsə də, bu gün də böyük maraqla izlənilir.