Ozonoterapiya geniş təsir diapazonuna malik olaraq, dünya klinikalarında geniş istifadə olunur. Təbabətin bütün sahələrində istifadə olunduğu kimi ozonoterapiya kosmetologiyada da tətbiq olunur. Ozonla müalicə metodikalarında hüceyrə və toxumaların oksigenasiyasının, mikrosirkulyasiyasının yaxşılaşmasına, dərinin qidalanmasına və müdafiəsinə diqqət yetirilir.
Xarici görünüş qadınlar üçün vacib rol oynayır. Bunun üçün xoşagəlməz tüklərdən xilas olmaq əsas amillərdən biridir. Bu proses epilyasiya adlanır.
Saçlarınız nazik və həcmsizdir? Yuduqdan bir gün sonra saçlarınız yıpranır və dibləri yağlanırmı?
Bu gün təqdim edəcəyimiz xardallı maska saç tökülməsinin qarşısını alınmasında, yeni saçların bitməsində ən effektiv maskalardan biridir, belə ki, xardal saç bitirmə və tökülmənin qarşısını alan mükəmməl vasitədir.
Orqanizmin qocalması təbii prosesdir. Bu prosesi dayandırmaq mümkün olmasa da, xeyli ləngitmək mümkündür. Qadınları ən çox narahat edən problemlərdən biri üz dərisinin qocalmasıdır. Lakin dərinin qocalmasını ləngidən ən effektli maddələrdən istifadə etməklə daha canlı dəriyə sahib olmaq mümkündür.
Mərmər kimi tərtəmiz, şəffaf bir dəri üçün kartof suyu çox təsirli bir vasitədir. Evdə təbii kartof suyu maskası hazırlamaq üçün iki kartof götürün, onları sürtgəcin ən xırda gözündən keçirin. Sonra suyunu sıxın və bu su ilə üzünüzü yuyun. Kartoflari isə göz altınıza və bütün üzünüzə çəkin.
Botoks Clostridium Botulinum bakteriyasından alınan botulinum toksin adlanan neyrotoksindən hazırlanır. Çox güclü bir zəhər olmasına baxmayaraq düzgün istifadə olunduqda botoksun bir çox yerlərdə tətbiqi mövcuddur.
Təbii gül yarpaqlarından hazırlanan və hər hansı bir kimyəvi maddədən istifadə edilmədən hazırlanan gül suyunun faydası olduqca çoxdur. Qızılgül dünya üzərindəki bir çox millət üçün sonsuz gözəlliyi və eşqi təmsil edən müqəddəs bir çiçək hesab olunur. Qırmızı və ya sarı, çəhrayı və ya ağ olan bütün güllər çox zərif görünür və xoş bir ətir yaymaqdan əlavə, gözəlliyi qorumağa da xidmət edir.
Məlumdur ki, hialuron turşusu dərinin əsas tərkib hissələrindən biri olub dəriyə həcm verir və onun hidratasiyasını (mayeni ozündə saxlama qabilliyətini) təmin edir. O, orqanizmdə hialuronidaza fermentinin və sərbəst radikalların təsiri altında metobolizmə uğrayanda karbon qazı və suya parçalanır.
Sağlam, parlaq və hamar bir dəriyə sahib olmaq istəyirsinizsə; dərinizi təmiz tutmaq ilk növbədə olmalıdır. Bunun sayəsində dəri məsamələri nəfəs alar, sızanaq və qara nöqtələrə səbəb olan bakteriyalar ortadan qalxar və dəri yaşlanmasının qarşısı alınar.