Hər bir qadın yanında güclü, diqqətli, xeyirxah və anlayışlı kişi görmək istəyir. Qadınlar zəif kişilərə dözümsüz yanaşırlar. Hətta münasibətin ilkin çağlarında təbiətcə hikkəli və hökmranlığa meyilli qadın kişi üzərində ağalıq etməyə başlasa belə, bir müddət sonra o, bu vəziyyətdən bezməyə başlayır. Bəzən elə olur ki, bunu özünə etiraf etməsə belə, yanında özündən qat-qat güclü kişi görmək və onun ədalətli hökmranlığının enerjisini hiss etmək istəyir.
Kişilərin qadınların hansı xüsusiyyətlərini sevib-sevmədikləri haqda çox yazılır. Bəs qadınlar kişilərdə nələri xoşlamır?
Ağızdan bir anda çıxan sözlər, əsəblə yazılan mesaj və ya arxasınca çırpılan qapılar… Ayrılıq bir anda gələ bilər. İnsan elə əsəbiləşər ki, hər şey bitdi deyər. Qadınlar ayrılmaq istədiyini bildirib, buna peşman olduqlarında “elə demək istəmirdim” deyə bilərlər. Ancaq kişilər üçün bu, hər zaman asan olmaya bilər. Bəs kişilər peşman olduqlarını necə bəlli edir? 
Bütün kişilər kimi siz də qadınların sevimlisinə çevrilmək istəyirsinizsə, ilk növbədə bilməlisiniz ki, xanımlar dolu və qarınlı kişiləri bəyənmir. Belə olmağımız bizə pis görüntü verməklə yanaşı bizim sağlam qidalanmadığımıza işarədir.
Kişilər də ən az qadınlar qədər çətin varlıqlardır. Söhbət sevgi münasibətlərindən gedirsə, bu vəziyyət iki qat artır.
Mütəxəssislər bildirir ki, kişiləri yaxşı müşahidə etməklə onların düşüncələrini oxumaq mümkündür. Tərəf müqabilinizin düşüncələrini anlamaq üçün sadəcə olaraq bəzi məqamlara diqqət yetirməniz kifayətdir.
Uşaq sahibi olmaq istəyən cütlüklərin qarşılaşa biləcəyi bir problem olan sperma sayında və keyfiyyətində azalma gündən-günə artmaqdadır. Kişilərin bilmədən etdiyi bəzi hərəkətlər də buna səbəb olur.
Kişilər də bəzi zamanlar ən xırda şeylərdən xoşbəxt ola bilirlər. Bəlkə də o kiçik şey sizin üçün əhəmiyyətsiz görünə bilər, ancaq kişini xoşbəxt edir. Əgər kişinin gözlədiyi kimi olmursa, araya məsafə qoyar, hətta mübahisə də edə bilər.