Düzgün təraş olmaq üçün hər şeydən əvvəl cildimizə uyğun təraş bıçağını və köpüyünü seçməliyik. Eyni zamanda üz qırxmaq üçün düzgün texnikadan istifadə etməyimiz təraşdan sonra üzümüzdə batıqların və müxtəlif səpkilərin meydana gəlməsinə də mane olacaq. Bunun üçün etməli olduqlarımızı aşağıdakı kimi sıralaya bilərik:
1. Hazırlanmaq
Təraş olmazdan əvvəl bütün üzünüzü ilıq su ilə yuyun, daha sonra təmizləyici gel ilə yaxşıca silin. Bununla siz əgər üzünüzdə hansısa yara varsa, ora müxtəlif mikrobların keçməsinin qarşısını alacaqsınız.
2. Saqqalı yumuşaltmaq
Kiçik bir dəsmalı isti suda isladıb 30 dəqiqə müddətində üzünüzdə saxlayın. Beləcə saqqalınız yumuşalacaq və onu qırxmaq daha da asanlaşacaq. Əgər duşdan yeni çıxmısınızsa, bu qədər uzun yoldan keçməyiniz lazım deyil. Bu zaman saqqalınız onsuzda islanır və onun kökləri daha yumuşaq olur.
3. Təraş köpüyündən istifadə edin
Su dərinizin üst hissəsini yumuşaldacaq, amma o cildinizin temperaturuna görə tez zamanda buxarlanacaq və daha dərin qatların yumuşalmasına mane olacaq. Buna görə də daha yaxşı olar ki, təraş köpüyündən istifadə edəsiniz, çünki o dərinizi əhatə edərək suyun tez zamanda buxarlanmasının qarşısını alır.