Kişilər, yəqin, siz də qəbul edərsiniz ki, bizim ən böyük problemlərimizdən biri saqqal və bığdır. Hər gün təraş etmək dərini qıcıqlandırır, qızartlara səbəb olur. Həmçinin üzdə civzələri varsa, təraş problemlərə yol açır.
Bəzən üzqırxmadan sonra dərimizdə müxtəlif problemlər meydana gəlir: dəri qızarır və qaşınmalar yaranır və.s. Əgər siz də bu kimi problemlərdən əziyyət çəkirsinizsə o zaman bu məqaləni diqqətlə oxuyun. Çünki bu dəfəki məqaləmiz ülgüclə üzqırxmadan sonra yaranan problemlərin həlli haqqındadır.

Kişinin zövqü həm də onun istifadə etdiyi aksesuardan bilinər. Bu dəfəki məqalədə isə biz sizə kişinin saatı ilə onun xasiyyəti arasındakı əlaqədən söhbət açmaq istəyirik.
Dördkünc saat sevənlər
Bu tip insanlar rəhbərlik etməyi və plan qurmağı çox sevirlər. Onun dediyi bütün sözlər, hətta bütün həyatı belə əvvəlcədən düşünülmüş, planlaşdırılmışdır. Qeyri-adi hadisələri, sürprizləri və sirləri xoşlamazlar. Müşahidəçidirlər, tələbkardılar və təşkilati işləri sevirlər. Belə kişilərin öhdəsindən yalnız işgüzar qadınlar gəlir.
Dairəvi saat sevənlər
Mehriban və sakitdir. Şirin dili ilə ilanı yuvasından çıxarar. Bu şəxslər başqalarına qulaq asıb onların problemlərini həll etməyə can atar. Belə insanlar çox romantik olur və onları ələ almaq üçün sadəcə bir-iki xoş söz kifayət edər.

Qadının ruhundan anlayan, qadını xoşbəxt etməyi bacaran kişiylə birlikdə olmağın müsbət tərəflərini qadınlar çox yaxşı bilir. Amma çox təəssüf ki, belə şansa çox az qadın sahib olur. Qadını başa düşən kişiylə birlikdə olmağın 10 üstünlüyü:
1. Qadın olmağın ləzzətini sonuna qədər yaşayırsınız.
2. Heç bir xüsusi gün yaddan çıxmır, balaca sürprizlərlə ağlınızı başınızdan alıb sizə yaşam enerjisi verir.