Bankinq sisteminin tamamilə avtomatlaşdırılması və sürətli işləməsi üçün bir çox proqram təminatlan (software) işlənib hazırlanıb. Bu proqram təminatları biznes əməliyyatlarının aparılmasını sürətləndirir və müştərilərin tələblərinə cavab verməyə imkan verir, Geniş yayılmış bankinq proqram təminatlarına BankONet, Macrobank4, PowerCard, [email protected], FinnOne və s misal göstərmək olar.
BankONet proqramı bankın müştərilərini effektiv onlayn bankinq xidmətləri ilə təmin edir. Bu proqram təminatı müştərilərə xidməti bankın internet saytı vasitəsilə təmin edir. Bankonet proqramı hesab sahiblərinə fərdi kompüterləri vasitəsilə əməliyyatları aparmağa imkan verir. BankONet xidmətlərinə aşağıdakılar daxildir: köçürmələrin aparılması, balans haqda məlumat, kartlarla xidməti təmin edir və s. Bu sistemin başqa bir xidməti BankOLine adlanır, bu xidmət də istifadəçilərə fərdi kompüterlər vasitəsilə əməliyyatlar aparmağa Imkan verir. BankOline xidmətinin fərqli cəhəti odur ki, bu xidmət bankın məhsul və xidmətləri, filial və ATM şəbəkələri, investisiya imkanları, ssuda və faiz haqda məlumatı e-mail və ya ismarıc vasitəsilə təmin edir. BankONet bankinq proqram təminatının funksiyalarını 2 qrupa bölmək olar: fiziki şəxslərə göstərilən bankinq xidməti və korporativ bankinq. Fiziki şəxslərə göstərilən xidmət vasitəsilə istifadəçi hesabını yoxlaya, ssuda üçün müraciət edə, Kredit/Debet kartları əldə edə, depozit aça, qəbzləri ödəyə bilər. Korporativ bankinq funksiyası ödənişin statusunu yoxlamağa, balans haqda məlumat almağa, akkreditiv açmağa imkan verir. BanONet aşağıadakıları təklif edir:
Ticarət və iqtisadiyyatda baş verən dəyişikliklərdə informasiya texnologiyaları aparıcı qüvvə kimi çıxış edir. 1950-ci illə müqayisədə qlobal ticarət 50 dəfə daha genişdir, və genişlənməkdə davam edir. Informasiya texnologiyası informasiyanın saxlanması, dəyişdirilməsi, ötürülməsi və qorunması üçün kompüter və proqram təminatının istifadəsidir. Texnologiyanın əlçatan, nisbətən ucuz və istifadəyə daha rahat olmasının dünya ticarəti və kommersiyasına böyük təsiri olmuşdur. Internet və WWW-nin yayılması ilə şirkətlər informasiya texnologiyalarına biznes aləti kimi, istifadəçilər isə informasiya texnologiyalarına yalnız məhsul və xidmətlərin əldə edilməsi imkanı kimi yox, həm də informasiya mənbəyi kimi də baxmağa başlayırlar. Bu da elektron kommersiya adlanan 21-ci əsrin fenomeninin inkişafına gətirib çıxarır. E-kommers çox sürətlə inkişaf edən sahədir, hansı ki iqtisadiyyatı, bazarı, sənaye strukturlarını dəyişir. E-kommersin inkişafı ilə əlaqədar olaraq bir çox biznes sahələri öz fəaliyyət strukturunu dəyişmişlər. Bu sahələrdən biri də bankinqdir. Hazırda banklar bir çox xidmətlərini onlayn rejimdə reallaşdırırlar, bu da elektron bankinqin adlanır.
Elektron bankinq dedikdə-texnika və texnologiyanın ən son yeniliklərinin ənənəvi bankçılıq sisteminə tətbiqi nəticəsində proses və əməliyyatların elektronlaşması, ənənəvi bankinqin kompüter, internet, bankomatlar vasitəsilə əvəz olunması başa düşülür.
Internet bankinqin tədqiqinin aktuallığı internet vasitəsilə xidmət göstərən bankların sayının artması ilə bağlıdır. Müştərilərinə internet vasitəsilə xidmət göstərən ilk bank 1995-ci ildə yaranmışdır. O, Security First Network Bank idi. Birinci ilin nəticələrinə əsasən ilin sonunda bankın aktivləri 110 mln dollar, kapitalın aylıq artma faizi 20%, müştəri hesablarının sayı isə on mini ötmüşdü.
2001-ci ilin mart ayında Yaponiya hökuməti Sony korporasiyasının onlayn bankının açılmasına lisenziya verdi. Bankın fəaliyyətinin ilk ayında artıq 21000 hesab açılmışdı. Yaponiya və Amerikada bu sahənin inkişafı artıq 2004-cü ilin sonunda hər 3 bankdan birinin internet bankinq xidmətini dəstəkləməsi ilə nəticələndi. Internet bankinq həm sistemin müştəriləri həm də banklar üçün üstün əhəmiyyətə malikdir. Əməliyyatların internet vasitəsilə aparılması bankların xərclərini azaldır. Internet bankinqin maya dəyəri bankomat şəbəkəsinin xidmət xərcləri ilə müqayisədə daha aşağıdır. Internet bankinq bankomatların saxlanması, inkassasiyası və sığortası xərclərini daxil etmir.
Internet bankinq müştərilərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə yönəldilib. Üstünlüklər kimi aşağıdakıları qeyd etmək olar:
Bankomat (ATM) — plastik kartlarla iş vaxtı nağd pulun verilməsi və inkasso edilməsi üçün istifadə olunan bank avtomatlarıdır. İlk dəfə olaraq 1968-ci ildə ATM (Automated Teller Machine) kommersiya məqsədilə istifadəyə verildi. Artıq 1995-ci ildə Avropada 100000-ə yaxın bankomat istifadədə idi. ATM plastik kartlarla əməliyyatlar zamanı nağd pulların verilməsi, məhsul, iş və ya xidmətlərə görə nağdsız ödənişin həyata keçirilməsi və inkassasiya üçün nəzərdə tutulmuş bank avtomatlarıdır. Bundan başqa, bankomat kart sahibinə onun hesabının cari vəziyyəti haqqında məlumat (o cümlədən kağız üzərində çıxarış) almağa imkan verir.
ATM bank müştərisinə bank işçisi olmayan ixtiyari yerdə maliyyə əməliyyatlarını aparmağa imkan verən kompüterləşmiş telekomunikasiya mexanizmidir. Bir çox müasir ATM-lərdə müştərinin özünü tanıtmağı üçün ya maqnit lentli ATM plastik kartlarından, ya da daxilində istifadəçinin kart nömrəsi və bəzi təhlükəsizlik məlumatları olan çipli plastik smartkartlardan istifadə olunur.
İqtisadi münasibətlərin yeni formasına keçid bank sisteminin dəyişilməsi və hesablaşmaların yeni proqram formalarının tətbiqinə gətirib çıxartdı. Ilk olaraq banklar bank kartlarını işləyib hazırladılar, hansı ki banklar tərəfindən təklif olunan xidmətlərin spektrini genişlənirdi və bir çox növbəti bank texnologiyalarına təkan oldu. Kredit kart ideyası ilk olaraq 1888-ci ildə çap olunmuş Eduard Bellaminin «Geriyə baxarkən» əsərində irəli sürülmüşdü.
Ilk kredit kart 1914-cü ildə General Petroleum Corporation of California firması tərəfindən buraxılmış və neft məhsullarının ödənilməsini nəzərdə tutmuşdur. Müasir kartların ilkin variantı kimi mehmanxanaların, maqazinlərin və qaz şirkətlərinin kartları hesab oluna bilər, onlar bu biznesə keçən əsrin əvvəlində başlamışdılar. Bu kartlar daimi müştərilərin alış-verişinin uçotu üçün istifadə olunurdu. 1930-cu illərdə avtomobil sənayesinin inkişafı, aviaşirkətlərin və ticarət firmalarının genişlənməsi nəticəsində şirkətin daimi müştəriləri üçün ödənişin vaxtı 30 günə qədər uzadıldı. 1949-cu ildə Diners Club kartlarının meydana gəlməsi ilə universal kredit kartlarının erası başlandı. Lakin Diners Club da bank deyildi. Yalnız 1958-ci ildə ilk dəfə olaraq bank tərəfindən bu kart buraxıldı. Bu, American Express idi. Elə həmin ildə Bank of America və Chase Manhattan Bank kredit kartlarla əməliyyata başladılar. Visa İnternational və MasterCard İnternational banklararası assosiasiyaları dünyanın bütün nöqtələrində əməliyyat aparan transmilli korporasiyaya çevrildilər.
Plastik kart — təyinatından, göstərilən xidmətin növündən, texniki imkanlarından asılı olmayaraq bütün növ kartları ifadə edən ümumiləşdirici termindir.