Doğuşdan sonrakı depressiya adından da göründüyü kimi, doğuşdan sonra yaranan bir depressiya növüdür. Depressiya bəzən hamiləlik zamanı baş verir, amma doğuşdan sonrakı depressiya olaraq adlandırıla bilməsi üçün bu depressiya qadın körpəsini dünyaya gətirdikdən sonra da davam etməlidir.
Doğuş sonrası depressiya körpə dünyaya gətirmiş hər 100 qadından 10-15nin məruz qaldığı bir durumdur. Bir çox qadın bu məsələ ilə bağlı duyğu və düşüncələrini başqaları ilə paylaşmadığından dolayı əsl rəqəmlər əslində bundan daha çox da ola bilər.
Doğuş sonrası depressiyanın əlamətləri hər depressiya ilə demək olar ki eynidir. Bu, özünü pis hiss etmə və gündəlik həyatda olan şeylərə qarşı istəksizlikdir. Tək fərq, bu əlamətlərin doğuşdan sonrakı ilk 3 ay içində ortaya çıxmasıdır. Bəzən doğuşdan bir neçə ay sonra da depressiya başlaya bilər. Amma depressiya doğuşdan bir il sonra başlayıbsa buna doğuşa bağlı depressiya deyə bilmərik.
Qadınlar necə arıq görünə bilər? - Kiçik hiylələrlə bunu bərpa etmək olar.
İngiltərədə geyim satış firması 2 min qadın arasında araşdırma aparıb. Qadınların yarısı pəhriz saxlamağa vaxtı olmadığı bildirib. 90 %-i isə kiçik hiylələrlə arıq görünməyə çalışdığını bildirib.
Müasir dövrdə prestiji və adı olan istər böyük, istər kiçik dövlət və özəl müəssisələrin demək olar ki, hamısında dres-kod (dress-code), yəni xüsusi geyim qaydaları var. Bəzilərində sadəcə ətək (yubka) və köynək, bəzilərində şalvar və köynək, bəzilərində isə seçimə bağlı geyim olur. Bu cür, yəni ətək və ya şalvar geyinmək seçiminin sizin üzərinizdə olduğu iş yerində nə geyinmək barədə yəqin ki, dəfələrlə sual qarşısında qalmısınız (xüsusilə əgər kişi kollektivində çalışırsınızsa): şalvarmı geyinmək, ətəkmi?
Şalvarda həm fiziki, həm də psixoloji baxımdan rahat olursunuz. Onlar sizi lazımsız diqqətli baxışlardan xilas edirlər. Sizin yüngül xarakterli olmağınızla bağlı sualları aradan qaldırır və sizin “ciddiliyinizə” xallar əlavə edir.
Ətəkdə siz öz qadın üstünlüklərinizdən öz xeyrinizə istifadə edə bilərsiniz: çətin ki, kimsə sizə kobudluq eləsin, çətin ki, kimsə sizə ciddi rəqib kimi baxsın. Siz öz qadın təbiətinizi vurğulayırsınız və ətrafdakıların gözündə olduğunuzdan daha zərif və zəif görünürsünüz.
Amma bir məqam da var. Siz ətəyi geyinəndə hər şeyi, xüsusilə də ətəyin uzunluğunu elə nəzərə almalısınız ki, sizin şəxsiyyətinizə olan hörmət bir damcı da olsa azalmasın.
Biri yeni bir avtomobil aldıqda, qadınlar rəngini, kişilər markasını soruşar.
Bir qadına Aya gedib gəldiyinizi söyləsəniz, dərhal kiminlə getdiyinizi soruşar.
Qadınlarda “tez fərqinə varma” geni vardır, bir şeyin çirkləndiyini, köhnəldiyini, bitdiyini daha tez bilərlər.
Kişilər eyni anda 8 kanalı birdən izləyə bilər, amma baxdıqları proqramların heç birinin adını bilməzlər.
Kişilər bir cümləyə başlar… qadınlar da bitirərlər!
Eyni iş üçün kişilərə daha çox pul ödənər.
Kişilər eyni anda həm yoldaşlarıyla danışıb, həm də futbol seyr edə bilərlər.
Qadınlar beyinlərinin hər iki yarımkürəsində də istifadə edə bilərlər.
Qızlar beyinlərinin sağ tərəfini, oğlanlar isə beyinlərinin sol tərəfini daha tez istifadə etməyi öyrənirlər, buna görə qızlarda yaddaş daha güclüdür, daha tez danışarlar, daha çox söz istifadə edərlər, oğlanlar isə riyaziyyatda və problem həll etmədə daha yaxşıdırlar.
Qadınların həyatımızdakı rolu əvəzedilməzdir. Bu dünyanı onlarsız təsəvvür etmək yəqin ki, heç Allaha da xoş getməz. Hər dəfə səfərə çıxanda, şəhərdə gəzəndə, avtobusda, müxtəlif yerlərdə bir-birindən fərqlənən qadınlarla rastlaşıram. Bu qadınlar bəzən çox xoşbəxt, bəzən çox kədərli, bəzən isə həddindən artıq bədbəxt görünürlər. Məncə heç bir qadın göz yaşına layiq deyil. Ən nifrət etdiyimiz qadının belə gözlərində göz yaşı gördükdə istənilən kişi qəlbində mərhəmət yaranır. Qadınlar daxilən sıxıntı keçirib əzab çəksələr də bunu çox vaxt büruzə verməməyə çalışırlar. Çünki kişilərdən fərqli olaraq qadınlarda rəqabət, qısqanclıq, paxıllıq, kin hissləri daha alovludur. Bu baxımdan cəmiyyətdə duruşuna görə qadınlar arasında şərti olaraq 3 bölgü aparmaq olar.
1.Xoşbəxt qadınlar
2.Xoşbəxt görünən qadınlar
3.Bədbəxt qadınlar.
Hər zaman kişiləri diqqətsizlikdə günahlandıran xanımlara xoş xəbər. Sizə kişilərin qarşısındakı zərif cinsin nümayəndəsinə baxdığı zaman ilk 6 saniyədə diqqət yetirdiyi 6 şeyi təqdim edirəm. Bir çox xanımlar, mən də daxil olmaq şərti ilə kişiləri qadınlara nisbətən ətrafındakılara qarşı diqqətsiz olmaqda günahlandırır. Amma ilkin təəssürat hər kəs üçün maraqlıdır, yəni bu kişilər üçün də keçərlidir.
Bir kişi qadını gördüyü anda 6 saniyə içində 6 şey onun diqqətini çəkir:
Bunların ilki gülümsəmənizdir. Həqiqətən, yoxsa yalandan, məcburiyyət qarşısında qalaraq gülürsünüz? Ya da gülüşünüz günorta yenməyində nə yediyinizdən xəbər verir mi?
İkincisi saçınızdır. Qadınların xarici görünüşlərində ən önəmli aksessuarlarından olan saçlarının düzümü, tərzi və ya rəngi kişiləri o qədər də maraqlandırmır. Onlar sadəcə saçlarınızın yumşaq, təmiz və gözəl qoxulu olub-olmadığına diqqət yetirirlər.
Dodaq formalarının insan təbiətindəki hansı xüsusiyyətlərdən xəbər verdiyini bilmək istəyirsinizsə, məlumatı diqqətlə oxuyun.
Qeyd etmək istəyirəm ki, bu xüsusiyyətlər qadına aiddir. İndi isə güzgüyə baxın və dodaq formanızın aşağıdakılardan hansına uyğun olduğunu müəyyənləşdirdikdən sonra xasiyyətinizdə bəlkə də sizə bəlli olmayan tərəflər haqqında da məlumat alın.
1. Dolu, enli dodaqlar (Azarkeş qadın)
Əgər onun xoşuna nəsə gəlibsə, o, bu «nəsə»ni elə həmin dəqiqə əldə etmək istəyir və söhbətin nədən getməsinin heç bir fərqi yoxdu – bu, yeni bir çanta da ola bilər, kişi də ola bilər. Sərbəst və enerjili biri olaraq o təşəbbüsü ələ alaraq ilk olaraq qarşı tərəfə görüş təyin etməkdən və ya zəng etməkdən çəkinmir. Bu tip qadın təbiətdən hədiyyə gözləmir və ona lazım olanları özü götürməyə, əldə etməyə üstünlük verir. Onun həyatında daim nəsə «maraqlı» bir şey baş verir və rəfiqələrinin dilindən «darıxıram» sözünü eşidəndə çox təəccüblənir. «Ya indi, ya da heç vaxt!» – budur onun həyat devizi.
“Mənim üçün əsas xasiyyətdir”.-Qadınlar kişilər haqda danışanda çox vaxt bu şablon ifadəni işlədirlər.
Daxili gözəllik məsələsi doğurdan da klişe ifadəyə çevrilib. Amma etiraf etməliyik ki, bizə yoldaşlıq edən insanı seçəndə xarakter önəmlidir. Çünki uzun müddət bir yerdə yaşamaq üçün insanların xarakterlərinin üst-üstə düşməsi vacib məsələdir. Həm vacibdir, həm də ki, çətin.
İlk görüşdə biz qarşı tərəfin xarakterindən xəbərsiz oluruq.
Qadın bir uşaqdır əslində. Ona qarşı uşaq kimi diqqətcil olmağı istəyir. Kişinin ona bir uşağa göstərdiyi şəfqəti göstərməyini istəyir. Bir uşağı incitməkdən qorxduğu kimi kişi qadını oxşamalıdır. Amma heç bir qadın ona uşaq kimi yanaşılmasını istəməz. Söylədiyi fikirlər əhəmiyyətsiz olsa belə dinlənilməsini, diqqət göstərilməsini istəyər.Yəni bir qadının uşaqlıq eləməsinə icazə verə bilərsiniz, amma əsla ona bir uşaq olaraq baxmaq olmaz. Çünki qadın çox güclüdür əslində. Hətta bəzən kişilərdən belə daha güclüdür. Amma bu gücünü kişilərdən fərqli olaraq, hər zaman nümayiş etdirməyi sevməz. İstər ki, kişisinin gücü ona rahatlıq versin. Özü edə biləcəyi şeyləri belə, yanındakı kişinin etməsini gözləyər. Beləliklə, o həm öz qadınlığından zövq alır, həm də yoldaşının necə gücülü biri olduğunu görəcəkdir. Amma qadın gücünü göstərmək istədiyi zaman da onun qarşısını ala bilməzsiniz. Etmək istədiyi bir şey varsa, onu mütləq edəcəkdir.