Bu qarışıq həm qara nöqtələr üçün, həm də ləkələr üçün çox təsirli və tamamilə təbii bir vasitədir.
Əgər sizin üzünüzdə arzuolunmaz tüklər yoxdursa, bu o demək deyil ki, heç vaxt da olmayacaq. Üzdə tüklənmənin səbəbləri müxtəlif ola bilər. Hər şeydən öncə bu yetkinlik və ya tam əksinə, monopauza dövründə baş verən hormonal dəyişikliklərdir. Hər iki halda qadınlarda həddən artıq kişi harmonu olan androgen ifrazatı olur.
Bundan başqa, bəzən tüklənmə konkret xəstəliklərin nəticəsində də yarana bilər, məsələn, girsutizm, hormonal balansın pozulması və yumurtalıqların polukistozu, bəzən də bəzi dərmanların əks təsiri.
Və nəhayət, irsiyyət də çox mühüm rol oynayır. Qadınlarda bığ hissəsində tüklər irsi olaraq keçə bilər.
Üzdəki tüklənməyə qarşı mübarizəni 2 cür aparmaq olar: birincisi, harmonları nizamlayan dərman preparatlarından istifadə etməklə, ikincisi müasir kosmetologiyanın ən son nailiyyətlərindən istifadə etməklə.
İstənilən halda, əgər siz anadangəlmə tüklü deyilsinizsə və birdən-birə bədəninizdə tüklənmə başlayırsa həkimə müraciət etməniz məsləhətdir.
Sosioloq Cenifer Qauveyn son zamanlarda boşanmış min qadın arasında sorğu keçirib.
Respondentlərin cavablarını analiz edərkən o belə bir qənaətə gəlib ki, demək olar ki, hər üç qadından biri ən başdan doğru insanla ailə həyatı qurmadıqlarını anlayırlar. Qadınları sevgisiz nigaha girməyə vadar edən səbəblər arasında sosioloq 3 əsas səbəbi ayırd edib.
Birincisi, yaş amili. Müəyyən bir yaşa çatmış qadın bütün yaşıdlarının artıq çoxdan ailə-uşaq sahibi olduğunu görüb və cəmiyyətin onun yaşı ilə bağlı şərhlərindən bezərək elə ilk evlilik təklifi edən insanla ailə həyatı qurur.