Buraya cəlb olunmuş müştərilərin sayı, bağlanmış sövdələşmələr, yazılmış məqalələr və s. daxildir. Rəqəmlərlə danışın. Əldə etdiyiniz uğurların statistika ilə möhkəmləndirilmiş qısa və lakonik hesabatı əmək haqqınızın artırılması üçün ən güclü arqumentdir.
Pis variant:
Burada bircə mən işləyirəm. Qalanların əlindən bir iş gəlmir. Ancaq mən hər gün nə olursa olsun, şirkətə gəlir gətirirəm.
Yaxşı variant:
Bu yarım ildə planlaşdırılandan 1,5 dəfə daha çox xidmət satmışam, daimi müştəriyə çevrilən 50 yeni müştəri cəlb etmişəm, 4 dəfə ilin ən yaxşı satıcısı seçilmişəm. Bu nəticələrə əsasən maaşımı yenidən nəzərdən keçirə bilərikmi?