«Barselona»nın argentinalı ulduzu Lionel Messi dünyanın ən bahalı futbolçusudur. Fransa mətbuatının verdiyi məlumata görə, Messinin illik gəliri 31 milyon avrodur. Burada söhbət Messinin həm klubdan aldığı əməkhaqqıdan həm də reklam çəkilişlərindən qazandığı gəlirdən gedir.Fəlakət kimi qəbul etdiyimiz hadisələrin bəzən xeyirli tərəfləri də olur. Bu sözə gözəl misallardan biri vəba xəstəliyidir. Qara ölüm adı verilən bu yoluxucu xəstəlik 663 il əvvəl ortaya çıxmışdır. Çin və Hindistandan tutmuş İslandiya və Qrenlandiyaya qədər bütün Asiya və Avropa ölkələri o zamanlar bu fəlakətdən ziyan çəkmişdilər. Xəstəlik dünya əhalisinin sayının ciddi şəkildə azalmasına səbəb olmuşdu.
Aralıq dənizinin cənubundan ədviyyat gətirən üç gəmi 1348-ci ildə Genuya limanına gəldi. Dənizçilər şəhəri gəzmək üçün sahilə enərkən gəmidə olan yüzlərlə siçan da şəhərin küçələrinə dağıldı. Bir neçə gün sonra isə şəhərin küçələrində çoxlu siçan ölüsü tapılmağa başladı.
İnsanın sinir toxuması xeyli nazikdir. Bir sinir hüceyrəsinin çəyirdəyi ölərsə, artıq onun müalicəsi mümkün deyil. Uşaq iflici kimi xəstəliklərdə sinir hüceyrəsi xarab olduğuna görə, əmr almayan əzələlər iflic olur. İflic olan uşaq yaşasa da, orqanları hərəkətsiz qalır.