Xalq arasında belə bir deyim var: «Xoşbəxtlik pulda deyil». Bu fikri Kornel Universitetinin (ABŞ) mütəxəssisləri elmi üsullarla yoxlamaq qərarına gəliblər. Trend-in məlumatına görə, bu barədə xarici KİV-lər məlumat verir. Araşdırmalar göstərib ki, xoşbəxtlik və pul arasında seçim edən insanların əksəriyyəti pulu üstün tutub.
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun iki alimi 1982-ci ildə əfsanəvi Bermud üçbucağına araşdırma məqsədilə səfər etdi. Onlardan biri hazırda aramızda yoxdur. Digəri isə institutun baş elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru Rüstəm Babayevdir. Alimlə müsahibəni təqdim etməzdən əvvəl, Bermud üçbucağının təbiətinə və onunla əlaqəli hadisələrin tarixinə nəzər salmaq daha maraqlı olardı.