Maraqlı faktlar:
Yer üzündəki müəmmalarin ən böyüklərindən biri Nazka şəkilləridir. Perudakı Nazka duzənliyində 65 kvadrat kilometr ərazidə yayılmış böyük cizgilər, şəkillər var. Üçbucaqlar düz xətlər, kəsişən xətlər və heyvan şəkilləri təxminən e.ə 400-900 –cü illər arasında daşların yerlərindən sökülməsiylə düzəldilmişdir. Ümumiyyətlə bu cizgilərə “İnka” yolları adı verilib, amma bu fikir yalnışdır, çünki bu yollar heç bir yerə aparmır.
XVII əsrin böyük səyyahı Övliya Çələbinin “səyahətnamə”sində Bondərbab limanının, yaxud Babüləbvab şəhərinin, İsgəəndərin Zülqəneyin divarlarının – Dəmirqpı qalasının təsviri belədi:
“Bəzi tarixçilərin yazdıqlarına görə bu qalanın əsasını hökmdar İsgəndər Zülqərneyn qoymuşdur. Qalanın Dəmirqapı adlanmasının səbəbi budur ki, divarlar tikilərkən isgəndərin əmriylə oraya, önünə isə gözətçilər qoyulmuşdu.
«Azərbaycan qədimdən türklərin ölkəsidir»
(İbn Hişam)
Azərbaycan ölkə adının kökündəki azər boyadının yaranmasında əsas özək olan az boyu türk etnosu içində çoxsaylı soylardan biri idi. Aziya//Asiya adındakı paralellik kimi, az etnoniminin də as variantı geniş yayılmışdır. Belə yayılmanın səbəbi az//as boylarının vaxtilə qədim Azərbaycandan batı, quzey və doğu ölkələrə olan köçü ilə bağlıdır. Üç-dörd min ildir ki, bu boylar tarixi mənbələrdə xatırlanır, lakin onların etnik mənsubiyəti barədə elmi ədəbiyatda hələ də tutarlı son söz deyilməmişdir, halbuki az//as haqqındakı bəlgələr böyük bir monoqrafiya üçün kifayət qədər məlumat verir. Görünür, başqa millətlərin alimləri üçün o qədər də əhəmiyət kəsb etməyən bu problemin çözülməsi üçün xalqımızın və ölkəmizin adının yaranmasında mühüm yer tutan bu boyların tarixini özümüz öyrənməliyik.
Bilinməyən faktlar:
İngilislər hara getdi?
Bilinməyən faktlar:
İngilis ordusu hara getdi? 12 avqust 1915- ci ildə Çanakkalada savaşında ingilislərin 54- cü batalyonuna aid olan Norfolk batalyonunun kiçik Anafartalar düzənliyində bir təpəyə qalxmasını, təpənin üzərindəki bir ağ buludun içərisinə girməsini, sonuncu əsgər də buludun içərisində yox olduqdan sonra buludun yavaşca göyə qalxmağını və küləyin əksi istiqamətində hərəkət etdiyini, 250 əsgər,16 zabit və bir polkovnikin heç bir iz qoymadan yoxa çıxmasını, və bir daha onlardan xəbər gəlmədiyini bilirdiniz?
*V.Harvey qan dövranı haqqında kiçik kitabçası üzərində düz 13 il işləmişdir.
*N.Kopernik öz traktatını yaratmağa otuz ildən çox vaxt sərf etmişdir.
*İ.Nyuton öz ideyalarını bəşəriyyətə bildirməyə qərara alana qədər onların haqqında 20 il ətraflı düşünmüşdür.
*Firdovsi özünün «Şahnamə» əsərinə 30 il sərf etmişdir.
*Ç.Darvin özü haqqında belə demişdir: «Mən oxuduğum və konspektini tutduğum cürbəcür kitabların siyahısını nəzərdən keçirəndə öz əməksevərliyimə məəttəl qalıram.
*Höte «Faust» əsərini 7 ilə yazmışdır.
*Sirri Səkkati Həzrətləri ətrafına yığışanlara səbr haqqında bəhs edərkən bir əqrəb onu bir neçə dəfə çaldı. O, isə buna heç bir əhəmiyyət vermədi. Ondan bunun səbəbini soruşduqda o, belə cavab verdi: «Səbrdən bəhs etdiyim bır halda səbr etməməkdən qorxdum.»