Körpəyə qulluq və analıq kateqoriyası üzrə məqalələr

Körpələrdə qulaq ağrısı

Körpələr tez-tez ağlayır. Bunun səbəbləri müxtəlif ola bilər. — uşaq acdır, onu köp və sancılar narahat edir, ona isti və ya soyuqdur, «pampers» yaşdır və s. Körpə uşaq öz «dərdini» yalnız ağlamaqla bizə çatdıra bilər. Ana hər zaman uşağın ağlamağının səbəbini başa düşməyə və ona kömək etməyə çalışmalıdır.

Qulaq ağrısı uşaqlarda ağlamaq və narahatçılıq üçün növbəti səbəbdir. Orta qulağın infeksiyası olan otit uşaqlar arasında çox yayılmış xəstəlikdir və ilk dəfə otit 1 yaşına qədər olan uşaqda inkişaf edə bilər.

Körpədə qulaq ağrısının simptomları:
— uşaq döşdən və ya süni südlə olan butulkadan imtina edir. Əmməyə başladıqdan dərhal sonra körpə narahat olmağa başlayır, döşü (və ya əmziyi) buraxır, ağlayır, başını fırladır. Məsələ burasındadır ki, əmmə hərəkətləri qulaq ağrısını artırır.

— gecəyə yaxın uşaqda hərarət yüksələ bilər.

— körpənin qulaq girəcəyinin qabağında olan üçbucaq şəklində çıxıntıya yüngül basdıqda, o, şiddətli ağrı hiss edir və güclü ağlamağa başlayır, başını fırladır.
Davamı →

Uşaq yatızdırmanın yolları

Körpələrin ən böyük problemlərindən biri də yuxu problemidir.
Yatızdırdığınız körpənin gecə nə vaxt oyanacağı bəlli deyil. Hətta gecə 4-5 dəfə yuxudan oyana bilərlər. Buna görə analar yuxusuz gecələr keçirməli olur.

Yatmaq vaxtı gələndə nə qədər etsəniz də, yuxuya getməyən bir körpəniz varsa, onda bu məsləhətlərə əməl edin.

Axşam saatlarında yatmadan öncə körpəni çimizdirmək onu sakitləşdirəcək. İlıq bir duş körpənizə yuxu gətirəcək. Ancaq körpələri gündüz saatlarında yatızdırarkən hər dəfə çimizdirib yatızdırmayın. Bunu yalnız axşam yatmadan öncə edə bilərsiniz.

Körpənin yatdığı otaqda diqqətini çəkəcək nəsnələr olmamalıdır. İşıq çox aydın olmasın, televizor işləməsin və böyük uşaqlar olmasın. Elə siz özünüz də evdə adam olarkən, televizorun səsi gələrkən yata bilmirsiniz. Körpələr də belədir.

Körpənin yatması üçün istilik önəmlidir. Yatdığı otaq nə çox isti, nə də çox soyuq olmamalıdır.

Körpənizi yatızdırarkən alçaq səs tonunda musiqilər söyləyə, həm də sakit səslə hekayələr oxuya bilərsiniz.
Davamı →

Göbək yarasına qulluq

Göbək ciyəsi düşdükdən sonra göbək nahiyəsində yara əmələ gəlir. Onun sağalması çox vacibdir. Çünki göbək müxtəlif infeksiyalar üçün giriş qapısı ola bilər. Buna ciddi yanaşmalısınız.

Göbək yarası sağalana qədər xüsusi məhlullarla işlənilir: oksigen peroksidi (və ya kalium-permanqanatın 3%-li məhlulu — “marqansovka”) göbəyin içinə tökməli, sonra isə spirtli yod məhlulu ilə (və ya brilliant yaşılı ilə — “zelyonka”) sürtülməlidir.

Göbək yarası tam sağalana qədər uşağı çimizdirərkən yaranı yapışqan lentlə bağlamaq lazımdır ki, ona su dəyməsin. Düzgün qulluq edildikdə körpənin artıq 12-15 günlüyündə yara tamamilə yox olur.
Davamı →

Uşaqların qidalanmasında vacib olan 10 qida

Balanslı qidalanma ilə uşaqlarınızın sağlamlığını qoruya bilərsiniz.

Böyüyən kiçik bədənlərin xüsusi vitamin və minerallara ehtiyacı vardır. Bir çox ləzzətli yeməklər və qidalar uşaqların aktiv yaşam tərzini təmin etməyə kömək edir.

Uşaqların qidalanmasında önəmli yer tutan 10 vacib qida:

Şirin kartof

Gül kələmi- (Gül kələmi — Bu bitki C vitamini bazasıdır. Bir stəkan süddən daha çox kalsiuma malikdir. Ürək xəstəliklərinin qarşısını alır, xərçənglə mübarizədə, immunitetin güclənməsinə kömək edir)

Buğdalı qidalar
Pendir
Qatıq
Balıq,
Qaragilə
Süd
Yumurta
Mal əti

Davamı →

Uşaqlarda boy artmasını təmin edən qidalar

İnsanların boyunun uzunluğu ümumiyyətlə genetikdir. Ancaq qidalanma da boy üçün əhəmiyyətli faktordur. Boyun uzanmasını təmin edən bir neçə qida nümunəsini sizlərə təqdim edirik:

Süd
Südün digər süd məhsullarından uşağın boyunun uzanmasında xüsusi əhəmiyyəti var. Gün ərzində 2 su stəkanı süd boyu uzatmağı ilə yanaşı, uşağın sümüyünü də gücləndirir. Südün boy uzanmasını daha çox kömək olması üçün gecə yatmamışdan qabaq içilməlidir. Çünki bu zaman içilən süd böyümə hormonunun ifraz olunmasını təmin edir.

Süd məhsulları
Tərkibində kalsium olan bu qrupa qatıq, ayran və pendir daxildir. Xüsusilə qatıq, uşağınız tərəvəz yeyərkən qabında mütləq olmalıdır. Pendir yeməyən uşaqlarda pendir yeməyə həvəs yaratmaq üçün pendirli çörək və ya qoğal hazırlaya bilərsiniz.

Davamı →

Ana südü ilə qidalanan körpənin əlavə qida və maye qəbulu

Körpənin birinci yaşına qədər həyatındakı əsas hadisələrdən biri əlavə bərk qidaya başlamasıdır. Bu ərəfədə «körpəyə ana südü çatmır, ana südü azaldı, körpənin əlavə qidaya ehtiyacı var» kimi səhv fikirlər çox geniş yayılmışdır. Buna görə də körpənin çəkisini artırmaq məqsədilə əmizdirmək əvəzinə əlavə qidaya başlanır.

0-1 yaş müddətində ana südü körpənin vitamin, mineral, zülal, yağ, su və s. ehtiyacını qarşılayan tək mənbədir. 4-6 aylarında körpənin çəki artımının yavaşlamasının təbii olduğunu və əlavə qidalara başlamaq üçün səbəb olmadığını bilmək lazımdır.
Bu müddətdə əsas olan körpəyə əlavə qida verilməsi deyil, onun hər istədiyində ana südü ilə qidalandırılmasıdır. Vaxtından əvvəl əlavə qidaya başlamaq, xüsusilə də ana südü əvəzinə verildiyində, körpənin qidalanma keyfiyyətini azaldır. Körpənin yalnız ana südü ilə qidalandırıldığında 6-cı aya qədər su, çay, kompot və meyvə şirə və sularına ehtiyacı yoxdur. Ana südü körpənin maye ehtiyacını qarşılayır. Əlavə qidaya başlayanda körpəyə fincanla su içirtmək tövsiyyə edilir. Meyvə sularını körpəyə vermək lazım deyil, çünki, bunların qida yönündən faydası yoxdur. Körpənin çoxlu miqdarda maye qəbulu onun az çəki almasına səbəb ola bilər.

Davamı →

Yeni doğulan körpənin çimizdirilməsi

Gənc anaların ən çətinlik çəkdiyi məsələ yeni doğulmuş körpələrini çimizdirməkdir. 

Yeni doğulmuş körpələrin çimizdirilməsi zamanı diqqət edilməli olan məsələlər:

Uşağın ilk dəfə çimizdirilməsi üçün onun göbək bağının qırılıb düşməsini gözləyin.

Yeni doğulmuş körpənin dərisi vermiks adlı ağ rəngli qoruyucu sürüşkən maddəylə örtülüdür və bunun uşaq doğulan kimi təmizlənməsi vacib deyil. Körpəni çimizdirmək üçün göbək bağının düşməsini gözləmək lazımdır. Bu müddət ərzində körpənin bədəni və üzü silinərək təmizlənir, geyimləri tez-tez dəyişdirilir.

Davamı →

Uşaqların qaranlıqdan qorxma səbəbləri

Əgər uşaq qaranlıq qorxusundan qurtula bilmirsə, mütləq psixoloqa müraciət edilməli və problem aradan qaldırılmalıdır

Nədənsə, uşaqlar qaranlıqdan daha çox qorxurlar. Bəzən onlara elə gəlir ki, anaları yanında olmasa, heç nə edə bilməzlər.
Bu vəziyyəti aradan qaldırmaq yollarından biri, uşaqların erkən yaşlarında yataq otaqlarını ayırmaq və yuxu saatlarını müəyyənləşdirməkdir. Bu saat sabit olmalıdır, yəni dəyişməməlidir. 2-6 yaşlı uşaqlar üçün yuxu saatı 20.00-21.30, 7-12 yaşlı uşaqlar üçün 20.00-21.30, 15-18 yaşlı uşaqlar üçün isə saat 23.00 olmalıdır.

Həmçinin uşaq saat neçədə yatacağını bilməlidir. Qaranlıq olmasın deyə, uşaq yuxuya gedənə qədər gecə lampasından istifadə etmək olar. Dəhlizin işığı içəri düşürsə, yataq otağı dəyişdirilməli, yaxud qalın pərdə, günəşliklə işığın qarşısı alınmalıdır. Uşağın yatdığı otağın qapısı şüşəlidirsə, mümkün qədər bu şüşələr işığı keçirməyəcək şəkildə olmalıdır. Bütün bunlarla yanaşı, valideyn uşağın nədən narahat olduğunu bilməli və səbəbini aradan qaldırmalıdır.

Qaranlıq qorxusu uşağın yanında qanqaralığı salmaqdan, ailədaxili münaqişələrdən, dəcəllik edəndə onları ağlasığmaz şəkildə qorxutmaqdan, qorxulu şeylər danışmaqdan da irəli gəlir. Əgər uşaq qaranlıq qorxusundan qurtula bilmirsə, mütləq psixoloqa müraciət edilməli və problem aradan qaldırılmalıdır.

Davamı →

Əmizdirən ana südü sağmalıdırmı?

Mütəxəssislərin təbii qidalanma sahəsində apardıqları araşdırmalara əsasən, ananın döşü məhz uşaq tərəfindən əmmə prosesinə cavab olaraq müəyyən miqdarda süd hazırlayır.

Yəni əmizdirilmə uşağın tələbatına görə aparılırsa (hər hansı cədvələ uyğun yox, uşağın istəyinə uyğun!), bu halda hər əmizdirilmədən sonra, döş növbəti əmizdirilmə üçün yeni süd porsiyasını hazırlamağa başlayır. Məsələn, əgər körpə gün ərzində 500 ml süd əmirsə, bu halda növbəti gün üçün ananın döşü məhz 500 ml süd hazırlayacaq.

Beləliklə, ananın döşü körpənin istəyinə və tələbatına uyğun şəkildə fəaliyyət göstərir. Məlumdur ki, uşaq böyüdükcə get-gedə daha çox süd əmməyə başlayır. Bu zaman ananın döşü də buna uyğunlaşaraq, hər gün, məhz uşağın növbəti tələbatına uyğun miqdarda süd hazırlayacaq.

İndi isə təsəvvür edək ki, ana bütün bunlara əlavə olaraq, hər 3 saatdan bir, öz döşlərindən, məsələn, daha 30 ml süd sağır. Nəticədə o, bir gün ərzində əlavə olaraq 210 ml süd sağmış olur. Uşaq isə gün ərzində cəmi 500 ml süd içir. Ona bundan artıq miqdarda süd lazım deyil, özünü doyuzdurmaq üçün bu miqdar ona kifayət edir.
Davamı →

Uşaqların torpaq yeməsinin səbəbi

Bəzən uşaqları həyətə gəzməyə çıxardığımız zaman onların torpağı yerdən ovuclayaraq yediklərinin şahidi oluruq, bəs bunun səbəbi nədir görəsən?
ABŞ-ın kaliforniya Universitetinin tədqiqatlarına görə uşaqların torpaq yeməsinin əsas səbəbi uşaqlarda qan azlığının olmasıdır. Mütəxəssislər uşaqlarda qan azlığına əsas səbəb kimi dəmir çatışmamazlığını göstərirlər. Dəmir çatışmamazlığına səbəb isə normal qidalanmanın olmamasıdır. Uşaqlarda inkişaf zamanı dəmirə olan təlabat artır və bu təlabatı tərkibində dəmir olan qidalarla ödəmək mümkündür. Qanazlığının digər əlamətləri isə aşağıdakılardır:

* halsızlıq,
* iştahsızlıq,
* rəngin solması,
* yorğunluq,
* iməkləmə və yeriməkdə gecikmə

Qanazlığının qarşısını almanın əsas yollarından biri körpənin ilk 6 ay ana südü ilə qidalanmasıdır. Müəyyən yaşdan sonra isə uşağa tərkibində dəmir olan ət, süd, yumurta, balıq, əncir və ərik qurusu, fındıq və qoz kimi qida məhsulları vermək lazımdır.

 

Davamı →
Top