Azərbaycanın daxili sabitliyinə, yüksək iqtisadi, siyasi, elmi, mədəni inkişafına və düzgün xarici siyasət strategiyasına nail olan Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətdən sonra ölkəni idarə etmək asan məsələ deyildi. Bu missiyanı yalnız Azərbaycan reallıqlarını düzgün qiymətləndirə bilən və Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməyə qadir olan şəxs yerinə yetirə bilərdi.
Belə bir vəziyyətdə 2003-cü il oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenliyinə alternativ əsasda keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası sədrinin birinici müavini İlham Əliyev böyük səs çoxluğu ilə qələbə qazandı.
XX yüzilliyin sonuncu onilliyində müstəqil Azərbaycanımızın həyatında xalqımızın ümummilli lideri Heydər Əliyevin başçılığı və uzaqgörənliyi nəticəsində öz miqyasına və əhəmiyyətinə görə analoqu olmayan tarixi bir hadisə baş verdi.
Belə ki, 2008-ci ilin sentyabrın 20-də 14 illiyini qeyd etdiyimiz «Əsrin müqaviləsi»nin imzalanması ilə Müstəqil Azərbaycanımızın yeni neft strategiyasının əsası qoyuldu.
Daha doğrusu, 1994-cü il sentyabrın 20-də Bakının «Gülüstan» sarayında Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) ilə Amerikanın «AMOKO», «Yunokal», «Pennzoyl», «Makdermot», Böyük Britaniyanın «Britiş Petroleum» və «Remko», Norveçin «Statoyl», Rusiyanın «LUKoyl», Türkiyənin «Türk petrolları», Səudiyyə Ərəbistanının «Delta» şirkətlərinin yaratdığı konsorsium arasında Azərbaycanın Xəzər dənizi bölgəsində yerləşən «Azəri», «Çıraq» və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi, istismarı və pay bölgüsü haqqında «1+10» və sonralar isə tarixə «Əsrin müqaviləsi» adı ilə daxil olmuş neft müqaviləsi imzalandı.
XVI əsrin 70-ci illərin orta əsrlər şərqində tarix səhnəsinə son dərəcə cəngavər bir dövlət çıxdı. Onun əsasını mürəkkəbləşmiş barlas tayfasından olan Teymurləng (1336-1405) qoymuşdu. Tarixdə Topal Teymur, Tamerlan, «dəmir axın» adları ilə xatırlanan Əmir Teymur 1370-1507-ci illər arasında mövcud olmuş Teymurilər dövlətinin əsası qoymuşdu.
Teymurləng siyais xadim və sərkərdə kimi XIV əsrin 60-cı illərinin əvvəllərindən yüksəlməyə başlamışdı. 1361-ci ildə monqol xanı Toğrul Teymur Mavraünəhrə hücum etdiyi zaman Teymur onun yanında qulluğa girdi və Qaqqadəya vilayətinin idarəsi ona tapşırıldı. Elə həmin ildə də Teymur Əmir Hüseynlə yaxınlaşdı və onların ittifaqı Teymura Toğrul Teymurun vassal asılılığından çıxmağa kömək etdi.
1362-ci ildə Seistanda baş verən döyüşdə sağəlindən və sağ ayağından yaralanan Teymur sonradan ömrü boyu axsadığına görə Teymurləng adı aldı.
XVIII yüzilliyin sonu-XIX yüzilliyin başlanğıcında Azərbaycanda siyasi vəziyyət çox mürəkkəb idi. Əvvəlcə Şəki, sonra isə Quba və Qarabağ xanlıqlarının Azərbaycan torpaqlarını öz ətrafında birləşdirmək və vahid dövlət yaratmaq cəhdləri baş tutmadı. Buna bir tərəfdən ölkənin sosial-iqtisadi inkişafının geriliyi, digər tərəfdən isə xarici istilalar -İranının və çar Rusiyasının bu yerləri ələ keçirmək üçün Azərbaycana yürüşləri mane oldu.
Ayrı-ayrı xanların öz xanlığını qoruyub saxlamaq istəməsi və bir-birinə güzəştə getməməsi birləşmə prosesinə əsaslı surətdə mane olurdu. Yaranmış şəraitdə Azərbaycanı istila etməyə çalışan İranın, Sultan Türkiyəsinin və çar Rusiyasının işğalçı planlarına qarşı dura biləcək vahid qüvvə mövcud deyildi.
Beynəlxalq əlaqələrinin genişliyi baxımından Ağqoyunlu dövləti Azərbaycanın siyasi tarixində mühüm yer tutur. Oğuz tayfalarının bir qolu olan Ağqoyunluların Azərbaycana köçü miladi tarixin VI-VII əsrlərinə aiddir. Bu tayfalar Göyçə gölündən Diyarbəkirə qədər olduqca nəhəng ərazidə məskunlaşmış, Azərbaycan dövlətçilik ənənələrinin qorunmasında və yaşadılmasında əhəmiyyətli rol oynamışdır.
Ağqoyunlu tayfalarının siyasi birliyinin əsası Bayandur tayfasının başçısı Pəhlivan bəy (1370-1388) tərəfindən qoyulmuş, bu ittifaq XIV əsrin 80-ci illərində olduqca əzəmətli qüvvəyə çevilmişdi. Sülalənin görkəmli hökmdarlarından Qara Yuluq Osman bəyin, Əli bəyin, xüsusilə Uzun Həsən və Yaqub Mirzənin dövründə Ağqoyunlular kifayət qədər möhkənləmlənmiş, Qaraqoyunlularla, teymurilərlə və osmanlı Türkiyəsi ilə uğurla rəqabət aparmışdı.