Azərbaycan tarixi kateqoriyası üzrə məqalələr

Sənayeləşmə və kollektivləşmə

Yeni iqtisadi siyasətə keçid (1921-ci il) nəticəsində ölkə və respublika daxilində nisbi və iqtisadi sabitlik əldə edildi. Nəticədə, bolşevik istəyinə uyğun olmayan iqtisadi və siyasi proseslər başlandı. Sovet hakimiyyəti əsas diqqətini iqtisadiyyatın tənzimlənməsində inzibati üsulların gücləndirilməsinə yönəltdi.
ÜİK(b)P-nin XIV qurultayında (1925-ci il) Yeni iqtisadi siyasət prinsiplərini möhkəmləndirmək kursu təsdiq edilsə də, artan iqtisadi çətinliklər iqtisadiyyatda inzibati metodların tətbiqini labüd etdi.
1926-cı ilin fevralında respublikada sənayeləşdirmə üzrə xüsusi komissiya yaradıldı. Komissiyanın tərkibinə Q.Musabəyov (sədr), H.Sultanov və b. daxil oldu.

Davamı →

Respublikanın formal müstəqilliyinin sonu və ərazi bütövlüyünə qəsdlər

Aprel çevrilişindən sonrakı ilk illərdə Sovet Rusiyasının Azərbaycana münasibəti bərabərhüquqlu dövlətlərin münasibəti təsirini bağışlayırdı. Belə ki, 1920-ci ilin sentyabrında Bakıda müstəqil Azərbaycanın paytaxtında Şərq xalqlarının birinci qurultayının keçirilməsi, 1920-ci il sentyabrın 30-da RSFSR ilə Azərbaycan arasında Moskvada hərbi-iqtisadi ittifaq haqqında müqavilənin bağlanması Azərbaycanı müstəqil dövlət kimi səciyyələndirən addımlar idi. Bu addımlarda hansı məqsədlər güdülürdü? Şərq aləmində kommunist ideyalarını yaymaq məqsədi güdən Şərq xalqlarının I qurultayında qarşıya qoyulmuş məqsədin mənasızlığı tez bir zamanda məlum oldu. Şərqdə «dünya inqilabi» ideyalarının yayılması mənasız görünən kimi, Azərbaycanın da müstəqillyi Rusiyanın nəzərində mənasızlaşdı.

Davamı →

Əsrin müqaviləsi, Neftçilər günü

1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün oldu. Həmin gün xalqımızın ümummilli lideri Heydər  Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı.
Davamı →

AXC süqutu

1919-cu ilin sonu və 1920-ci ilin əwəllərində Azərbaycanda vəziyyət çox gərgin idi. Bir tərəfdən sovet müdaxiləsi təhlükəsi, ictimai qüwələrin, siyasi partiyalann qütbləşməsi, Azərbaycanın inkişaf yollanna dair baxışların, mövqelərin barışmazlığı, iqtisadi və maliyyə böhranının üst-üstə düşməsi Azərbaycan Xalq Cümhuriyyətinin vəziyyətini xeyli gərginləşdirdi.
Parlamentdə və hökumətdə də parçalanma baş verdi. Mövcud quruluşu devirmək yolunu seçən qruplar meydana gəlmişdi.
1920-ci ilin yanvarında Antanta ölkələri tərəfındən Azərbaycanın istiqlaliyyətinin tanınması baş verəcək təhlükəni sovuşdurmadı. Sovet Rusiyasının Azərbaycanın daxili işlərinə müdaxiləsi genişləndi.
Davamı →

Üzeyir Hacıbəyov - Milli musiqi günü

Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Həmin gün təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət hissi
Davamı →

AXC-nin xarici siyasəti

1918—1920-ci illərdə AXC-nin xarici siyasətinin əsas məqsədi Azərbaycanın müstəqilliyinin gerçəkləşməsindən ibarət idi. Azərbaycan hökuməti Azərbaycanın müstəqilliyinin tanınması və qorunub saxlanmasında Qərb ölkələrinin himayəsini əldə etmək işinə birinci dərəcəli əhəmiyyət verirdi. Azərbaycan hökumətinin üzvü Ə.M.Topçubaşov İstanbul, Vyana, Berlinə, eləcə də Ermənistan və Gürcüstanın mərkəzlərinə səlahiyyətli səfır təyin edilmişdi. Verilən mandata görə Ə.M.Topçubaşov Azərbaycanın maraqları ilə bağlı geniş səlahiyyətlərə malik idi.

Davamı →

AXC-nin daxili siyasəti

Azərbaycan hökuməti ölkənin içtimai, siyasi, iqtisadi və mədəni həyatının müxtəlif sahələrindəki quruculuq işlərini genişləndirməyə başladı. F.X.Xoyski hökuməti Müəssisələr Məclisinin çağrılması üçün hazırlıq işləri aparırdı. Onun təklifı ilə Azərbaycan Milli Şurası öz işini bərpa etdi və Məclisin çağrılmasını öz üzərinə götürdü.
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-də keçirilən ikinci iclasında (1-ci iclas-16 noyabr) Azərbaycanın ali qanunverici orqanının yaradılması haqqında qanun qəbul edildi.

Davamı →

1905-1911-ci illər İran inqilabı

XIX əsrin sonu — XX əsrin əvvəllərində ilk xalq çıxışları. Xarici kapitalın ağalığı, sosial zülm, dövlət məmurlarının yerlərdəki özbaşınalığı geniş xalq kütlələri içərisində narazılığa səbəb olurdu. Ölkədə vaxtaşırı baş verən təbii fəlakətlər(quraqlıq, çəyirtkə basqını, epidemiyalar və s.), möhtəkirlər tərəfındən süni surətdə yaradılan ərzaq qıtlığı istər şəhər, istərsə də kənd yoxsulları içərisində həyəcanları son dərəcə artırırdı. XX əsrin əvvəllərinə doğru bütün ölkədə sosial ziddiyyətlər olduqca kəskinləşmiş, əyalət, vilayət və mahallara başçılıq edən məmurlara qarşı çıxışlar baş vermişdi.

Davamı →

Cənubi Azərbaycan XIX əsrdə

Türkmənçay müqaviləsindən sonra Cənubi Azərbaycanın inzibati quruluşu. 1828-ci il Türkmənçay müqaviləsi ilə bir zaman bütöv bir ölkə olan Azərbaycanın iki imperiya arasında «parçala hökm et» prinsipi əsasında sərhəd xətti etnikmilli əsaslar üzrə deyil, siyasi mülahizələrə görə təyin edilməsi nəticəsində Azərbaycan xalqı öz tarixi boyunca ən ciddi siyasi, iqtisadi və mənəvi zərbə aldı, torpaqlarımızın sonrakı bölunmələrinin əsası qoyuldu. Müqavilənin şərtlərinə görə Arazdan şimaldakı Azərbaycan torpaqları Rusiya çarının, indi Cənubi Azərbaycan adlandırılan ərazilərimiz isə Qacar xanədanının hakimiyyəti altına düşdü.

Davamı →

Kənd təsərrüfatı XX əsrin əvvəlində

XX əsrin əvvəllərində aqrar sahədə də bir çox irəliləyişlər baş vermişdi. Müharibə ərəfəsində 1,3 milyon desyatinə çatan əkinə yararlı torpaq sahələrinin yarıdan çoxunda buğda, arpa və düyü, 12%-ində isə pambıq əkilirdi. 1903-cü ildə 60 milyon puda yaxın taxıl məhsulları yığılmışdı. Bütün təsərrüfatların 10%-ni təşkil edən qolçomaq (kənd burjuaziyası) təsərrüfatlarında 1913-cü ildə 20 milyon pud (ölkə üzrə bütün taxılın 1/3-i) taxıl əldə edilmiş və bunun 15 milyon pudu bazarlara satışa çıxarılmışdı. Ümumiyyətlə, Azərbaycanda hər desyatin torpaq sahəsindən orta hesabla 42 pud taxıl götürülürdü.

Davamı →
Top