Xoşbəxt ailə kateqoriyası üzrə məqalələr

Uşaq tərbiyəsində 7 məqam

Valideynlər, uşağın şəxsiyyətin formalaşdığı 3-4 yaşdan etibarən uşağın davranış və inkişafını yaxından izləməli və uşağın əxlaqi anlayışları anlamağa başladığı 7-8 yaşdan etibarən də əxlaqi dəyərləri ona öyrtəməyə başlamalıdırlar. Valideynlərin öz övladına vaxtında vermədiyi əxlaqi tərbiyə ona nə məktəbdə və nə də cəmiyyətdə öyrədiləcək.  Ona görə də, valideynlər gərək övladlarının bütün yaş dövründə xüsusi ilə qeyd edilən yaş dövrlərində övladlarının təlim və tərbiyiyəsinə xüsusi diqqət yetirsinlər.
Bu dövrlədə valideynlər  hansı nöqtələrə diqqət etməlidirlər.

Davamı →

Evliliyin ilk problemləri

İstənilən münasibət məsuliyyət deməkdir. Hər kəs də bu məsuliyyəti daşımaq iqtidarında olmur.

Tərəflər evliliyin ilk 3 ilini daha çox yeni mühitə – ailə mühitinə uyğunlaşma kimi dəyərləndirməli, qarşı tərəfin ailə üzvlərini tanımağa çalışmalı, gözlədiklərinin nələrdən ibarət olduğuna diqqət etməlidirlər.

Adaptasiyanı doğru formada keçən ailələr zaman keçdikcə daha dayanıqlı ailə modelinə çevrilirlər.

Öncə onu diqqətinizə çatdıraq ki, hər bir fərd ailə qurmamışdan əvvəl – ailə psixologiyasında buna Monada “mono – tək deməkdi” – özünün fərdi yaşam tərzinə malik olur. Özünü qismən də olsa, bu sistemin içində rahat hiss edir. Diqqət etsəniz, bəzən ailə quran cütlüklər bunu valideynlərin yaxud da ətrafın diqtəsi ilə həyata keçirdiklərini iddia edirlər.

Dediklərində müəyyən qədər də həqiqətin payı var. Çünki, istənilən münasibət məsuliyyət deməkdir. Hər kəs də bu məsuliyyəti daşımaq iqtidarında olmur. Sığortalanmaq üçün şüuraltı olaraq bu kimi məqamları da ortaya atırlar.

Davamı →

Evliliyiniz üçün ən təhlükəli dövr


Amerikada aparılan bir araşdırmaya görə, evliliyin 10-cu ili cütlüklərin münasibət boyunca özlərini ən bədbəxt hiss etdikləri dövrdür.​
ABŞ-ın Brigham Young Universitetinin psixoloqlarının apardığı araşdırmaya əsasən evliliyin ən təhlükəli dövrü bir çoxlarının düşündüyü kimi münasibətin 7-ci deyil, 10-cu ilidir.

Araşdırmada iştirak edən qadınlar 30 ildən çoxdur ki, evli olanlar arasından seçilib. Onlara evlilikləri, münasibətləri ilə bağlı verilən suallar və edilən psixoloji testlər bu qənaətə gəlməyə əsas verib: qadınların evlilikləri ilə bağlı əsas şikayətləri evliliyin 10-cu ilindən sonra başlayır. Bu müddətdən sonra onlar həyat yoldaşları ilə tez-tez mübahisə etməkdən şikayətlənirlər.

Ən maraqlı tərəfi isə bu fikirdə olan qadınların demək olar ki, hamısı həyat yoldaşları ilə sevərək evləndiklərini və evliliklərinin ilk illərini olduqca xoşbəxt yaşadıqlarını qeyd ediblər. 10-cu ildən sonra həyat yoldaşları ilə münasibətlərinin korlandığını deyən qadınlar eyni zamanda onu da bildiriblər ki, evliliyin 15-ci ilindən sonra münasibətləri əvvəlki qaydasına düşməyə başlayıb.
Davamı →

Evliliyinizi xilas edəcək 10 vərdiş

Psixiatr və şəxslərarası münasibətlər sahəsində beynəlxalq ekspert, xoşbəxt yaşamağın sirləri haqda bir neçə bestsellerin müəllifi  Doktor Mark Goulston — cütlüklərə ömürlərinin sonunadək sevgini qoruyub saxlamağa imkan yaradan 10 vərdişi işləyib hazırlamışdır. Bunlar münasibətlərindən razı olan insanların gündəlik davranışlarıdır:

1. Onlar eyni vaxtda yatmağa gedirlər
Xoşbəxt cütlüklər yataq otağına müxtəlif vaxtlarda getməkdən özlərin saxlayırlar. Onlar hətta müxtəlif vaxtlarda oyanmalı olsalar da, eyni vaxtda yatırlar.

2. Onlar ortaq maraqları inkişaf etdirirlər
İlkin ehtiras itəndə insanlar başa düşürlər ki, birlikdə özlərin yaxşı hiss etmək üçün ortaq maraqlar olmalıdır. Birlikdə keçirilən vaxtı göz ardı etmək lazım deyil. Əgər ortaq maraqlarınız yoxdursa, onlarə tapıb inkişaf etdirmək lazımdır. Məsələn, cümə günləri boulinqə getmək və ya şənbə günü üzgüçülüklə məşğul olmaq və s.

3. Onlar gəzərkən əl-ələ tuturlar
Özümüz özümüzə nə qədər ağıllı, proqressiv və yetkin görünsək də, toxunuşların əhəmiyyəti hələ itməyib. Əgər küçədə ələ-ələ tutaraq gəzməyin nə olduğunu unutmusunuzsa, tezliklə boşanmanın nə olduğunu bilmək ehtimalınız böyükdür.

Davamı →

Yaxşı həyat yoldaşı - Yaxşı valideyn

Bu sadə “riyazi düstur” əslində bütün ailə səadətinizin əsasını təşkil edir. Yaxşı həyat yoldaşı sayıla bilməyiniz üçün malik olduğunuz keyfiyyətlər eyni zamanda  da sizin yaxşı valideyn olma statusunuza birbaşa təsir edir.  Çünki həyat yoldaşınızı xoşbəxt edən, ona sevinc və hüzur verən davranışlarınız həm də övladınızı xoşbəxt etməkdədir.

Qadın kişi arasındakı emosional bağ, həssasiyyət uşaq –valideyn arasında da eynilə yaşanmaqdadır.  Belə ki, günün sonunda bir araya gələn cütlüklər bir-birinin halını xəbər alıb, yaşadığı gərginlikləri, stressləri və ya sevindirici hadisələri anlayıb paylaşa bilirlərsə, birlikdə əylənməyi, xoş gün və ya saatlar keçirməyi, bir-birlərinin qayğısına qalıb, bir-birini dinləməyi bacarırlarsa, bütün bunları uşaqları ilə də rahatlıqla edə biləcəklər.  Çünki bu elə bil bağdır ki  , uşaq hələ dünyaya gözünü açmamışdan bu mühitin içərisinə daxil olur.

Bu aura ilə yoğrulur psixologiyası, şüuraltısı.  Böyüdükcə problemlər çıxmırmı? Əlbətdəki çıxır,uşaq fərd ,şəxsiyyət kimi formalaşmağa başladığı andan başlayır problemlər. Amma diqqət edin bu cür ailələrdə problemlər daha asanlıqla,daha az iz qoyacaq şəkildə həll olunarkən, ailə bağları zəif, ata-ana arasında münasibətlərin,ünsiyyətin qopuq olduğu ailələrdə tam əksinə olur. Və hər iki ailə modelində böyüyən uşaqların psixologiyasında, gələcəkdə özlərini bir şəxsiyyət kimi formalaşdırmasında, quracaqları ailədə belə çox kəskin fərqlər müşahidə olunur.

Davamı →

İdeal valideyn kimdir?

Uşaqları ilə münasibətdə heç bir problem yaşamayan, ancaq həyat yoldaşları ilə münasibətdə ciddi problemlərlə üz-üzə qalan çox valideynlər var. Belə valideynlərin uşaqları valideynləri ilə “yaxşı vaxt keçirsələr də”, ata-anaları arasındakı gərginlikdən də öz paylarını alırlar. Elə isə ideal valideynlik üçün ideal ünsiyyətin əhəmiyyəti nədir? 

Hər şeydən əvvəl bu, valideynlərin özləri üçün vacibdir. Çünki əgər valideynlər özlərini “əmin-amanlıq”da hiss edirlərsə (başqa sözlə, ailə daxilindəki problemlərlə bağlı heç bir gərginlik yaşamırlarsa), istər-istəməz bunu öz atalıq və ya analıq “rollarında” da əks etdirirlər. Tərəflər arasındakı ünsiyyət uşağa vermək istədiyiniz şeylərin (təbii ki, tərbiyə başda olmaqla) daha tez təsir göstərməsi üçün də çox vacibdir. Əks halda, bütün səyləriniz boşa gedə bilər. 

Uşaqlar yaxşı hərəkətləri təqlid etdikləri kimi, pis hərəkətləri də təqlid edirlər. Xüsusilə, bu, kiçikyaşlı uşaqlar üçün daha xarakterikdir. Başqa sözlə, əgər uşağınızdan sevginizi əsirgəmirsinizsə, ancaq öz aranızda “nifrət” hakimdirsə, deməli, uşağınız təkcə sevgini yox, nifrəti də öyrənəcək.

Davamı →

Uzun və xoşbəxt evliliyin 20 sirri

Seksi boş verin. 10 il ərzində iki min evli kişi və qadın üzərində aparılan araşdırmaya görə yaxşı evliliyin sirri siyahısında ilk sırada “söhbət etmək” var. Söhbət etmək, bir-birinə həqiqətləri demək uğurlu münasibətin ilk şərtidir. Möhtəşəm seks həyatı yeni evlilərə tövsiyələr siyahısında 18-ci sırada dayanıb. 

Ən təəccüblüsü odur ki, siyahıda “evlənməyin” məsləhəti də yer alıb. Ən çox təkrarlanan məsləhətlərdən biri isə bu olub: “Yatağa heç vaxt tək girməyin”.

Araşdırmada iştirak edənlərin sadəcə 1 faizi yaxşı seks həyatını uğurlu evliliyin şərti kimi qiymətləndirib. 3 faiz isə sədaqətli olmağı xoşbəxt evlilik üçün vacib faktorlardan biri hesab edir. Onların məsləhəti isə belədir: “dinlə” və “səbirli ol”. Başqa mühüm amil isə yumor hissi və gülməklə bağlıdır.

Ən gözlənilməz tövsiyə isə belə olub: “evlənməyin”. Sorğu iştirakçılarının çox kiçik hissəsi isə uşaq sahibi olmağı məsləhət görmür.

Davamı →

Doğru seçim

Xoşbəxtlik xoşbəxtliyi anlamaqla başlayır. Yəni biz əsl xoşbəxtliyin nə olduğunu anlaya bildiksə, elə bil yolun yarısını qət etmiş olarıq. Əsas məsələ sonsuz gücü tanımaq və bir tərəfdən ona bağlanmaqdır. Əgər qopmayan, qırılmayan ipə sarıla bildiksə heç vaxt solmayacaq rəngə boyana bildiksə deməli xoşbəxtik….

Evlilik-ömrünüzdə bir dəfə yaşayacağınız, daha dəqiq desək bir dəfə yaşamalı olduğunuz yeganə səadətdir. Evləndiyiniz insan sizin üçün ilk və tək olmalıdır. Başqa cür olsa ürəyinizin bir kənarında acı bir xatirə olaraq qalar və həmişə səadətinizə kölgə salar. Düzgün seçim ailənin sağlam təməl üzərinə qurulması nəsillərin yaxşı yetişməsi üçün ən vacib məsələlərdən biridir. Elə isə necə düzgün seçim edə bilərik?

Hər şeydən əvvəl insanlar evlənərkən bir-birlərini aşağıdakı xüsusiyyətlərinə görə bəyənirlər:

• Gözəllik

• Var-dövlət

• Əsil-nəcabət

• Gözəl əxlaq

Davamı →

Yoldaşınızın uğuru sizdən asılıdır


Bir çox gənc qızlar ailə həyatı qurarkən gələcək barədə heç düşünmürlər və yalnızca bu gün ilə yaşayırlar. Bu zaman onları idarə edən emosiyaları və hissləri olur. Lakin illər keçdikdən sonra əsl ailə həyatı başlayır, sevgi bitir və bu azmış kimi maliyyə problemləri baş qaldırır.

Qadınlar bir faktı qəbul etməlidirlər ki, onların həyat yoldaşlarının uğuru elə qadınların özlərindən asılıdır. Müvəqqəti çətinliklərə dözməyə hazır olan və ərinin uğuruna inanan qadın ailəsini bu çətin böhrandan çıxara bilər.
Davamı →

Pozetiv düşüncə- xoş əhvalın sirri

 1. Əhvalınızın daim yüksək olmağını istəyirsinizsə, özünüzü idarə etməyi öyrənin. Xırda şeylərə görə heç kəsdən küsməyin, insanları bağışlamağı öyrənin.

2. Dünyaya yumor hissi ilə baxmağa çalışın. Siz xoşagəlməz hadisəyə düşsəniz belə gülümsəyərək deyin ki: «bu da keçəcək!».…

3. Ətraf müitdən tərcid olaraq evdə oturmayn. Əmin olun, küçədə, dostlarınızın və tanışlarınızın yanında həyat daha maraqlıdır.

4. Öz həyatınıza yeniliklər qatın. Psixoloqlar mütəmadi olaraq öz vərdişlərinizi dəyişdirməyi məsləhət görürlər. Məslən, özünüzə yeni xobbi tapın və yaxud geyim tərzinizi dəyişin.

Davamı →
Top