1955-ci ildə Amerika mətbuatında “Yaxşı həyat
yoldaşının vəzifələri” başlıqlı manifest çap olundu. Beləliklə yaxşı həyat yoldaşının vəzifələri bunlardır:
1. Şam yeməyi həmişə hazır vəziyyətdə olmalıdır. Bu barədə qabaqcadan, bəzən hətta 1 gün öncədən tədbir görmək lazımdır. Bununla yanaşı təamlar dadlı olmasına və müxtəlifliyinə diqqət yetirmək də vaibdir. Bu həyat yoldaşının qayğısına qaldığını və onun barədə düşündüyün göstərmək üçün bir vasitədir. Əksər kişilər evə qayıdanda ac olurlar və yeməyin xoş görünüşü (xüsusən onun sevdiyi yeməyin) səmimi qarşılamanın ayrılmaz hissəsidir.
İlk dəfə 1 ci sinifə gedəndə buna fikir vermişdim, çox maraqlı mənzərə idi. 60-65 yaşlarında ağsaç kişi ilə qadın əl-ələ tutub harasa gedirdilər. O vaxtki Hüsü Hacıyev küçəsindən üzü univermağa tərəf yol almışdılar, mən də 20 qəpiklik dondurma almaq üçün mağazaya çıxmışdım. Bunlara xeyli baxdıqdan sonra məndə qəribə hisslər oyandı. Uşaqlıqdan özümdə romantikliyi, sentementallığı kəşf etmişdim, hər şeyə həmişə diqqət edir, araşdırmağı sevirdim, odur ki, düşündüm ki, necə olur ki, bunlar qocalıblar, amma cavanlar kimi əl-ələ gəzirlər?
İllər keçdi, müşahidə qabiliyyətim də mənimlə yavaş-yavaş böyüdü, həyat təcrübəm ildən ilə dolğunlaşdı, dağa-daşa çıxa-çıxa yol tapmağı öyrənməyə başladım. Kişi qadın münasibətləri, anatomiya, psixalogiya, intim mövzularda xeyli məqalələr oxudum, kitab vərəqlədim, münasibətlərin qurulmasını, qorunmasını, dağılmasını kitab-kitab yaşadım.
Bir-birinizi nə qədər sevsəniz sevin, həm ev həm də ofisdəki işləri birlikdə həyata keçirmək hər zaman asan olmaya bilər. Yuxu kimi bir iş günü keçirdikdən sonra evə getdiyinizdə yaşadığınız çətinlikləri ofisdə bıraxın. Evlilik də ciddi bir ortaqlıq tələb edir.
Uzun illər evlilik həyatlarını davam etdirən cütlüklərin sirri nədir? Onlar evlilik deyilən bu izdivacı necə davam etdirirlər?
Bəzi adamlar özlərini elə aparırlar ki, sanki hər şeyi bilirlər, ya da hər şeydən məlumatları var.8 yaşım var idi, beşmərtəbənin altı deyilən yerdən uzaq olmayan məhlələrin birində yaşayırdıq. Dərs eləməyi çox sevməsəm də, valideyinlərimin evdəki kitabxanasında qurdalanmağı çox sevirdim. 6 yaşım olanda bibim mənə kiril əlfibası ilə yazıb, oxumağı öyrədmişdi və mənə KOROĞLU kitabını hədiyyə vermişdi. 6 yaşlı, təxəyyül və təsəvvürü elə də kifayət qədər yetişməmiş mən bütün günü bibimin dalınca düşərək ondan bir sıra sözün mənasını və çalarlarını soruşurdum, bibim isə heç vaxt məni cavabsız qoymurdu.
Kitabla ilk tanışlığımdan sonra evdəki kitabxanadan dünyaşöhrətli İngilis yazıçısı Çarlz Dikkensin Oliver Tvsitin macəraları kitabını tapdım və qısa zamanda onu oxudum. 1 il sonra 1 ci sinifə getməyə başladım və tamamilə pərt oldum, öyrəndiyim kiril əlifbası artıq təhsil sistemindən çıxmışdı və biz artıq latin qarafikası deyilən öz əlifbamıza, Azərbaycan əlifbasına keçmişdik. Müəllim soruşdu ki, kim yazmaq bilir, mən də əlimi qaldırıb, yazıtaxtasına çıxdım. Bir iki kəlmə yazdıqdan sonra müəllim məni otuzdurdu yerimə ki, ay uşaq, bu artıq köhnə əlifbadır, işləmir.
Xoşbəxt evliliyə sahib olmaq hər kəsin arzusudur. Bu da bir reallıqdır ki, evində xoşbəxt ola bilməyən insan işində, cəmiyyət arasında da xoşbəxt ola bilməz. Əgər evində bir nigarançılıq varsa, insan mütləq özünü işdə, cəmiyyətdə də narahat hiss edəcək. Amma evində xoşbəxt olan adam istər işdə, istərsə də cəmiyyətdə üzləşdiyi çətinlikləri dəf etməyi bacarır. Araşdırmalar göstərir ki, bu problemlərin sırasında diqqətsizlik xüsusi rol oynayır. Bu, özünü birbaşa büruzə verməsə də, tədricən, yəni münasibətlərə təsir göstərməklə əhatə dairəsini genişləndirir. Necə deyərlər, işdən evə dönən və xoş münasibət, üzdə təbəssüm uman kişi və ya xanım tam tərsi ilə qarşılaşınca, evdə mənəvi rahatlıq tapa bilmir.
“Salam!.. Mən bu salamı sizinlə ürəkdən bölüşmək, əvəzində isə sizdən səmimi bir salam almaq istəyirəm. Amma nədənsə get-gedə bu da unudulur və mən ən çox “qonaqlarımızdan” bu sözləri eşidirəm: “Qardaş gəlir, sən gözdən düşdün”. Dünən bunu ən azı 10 nəfərdən eşitdim. Atam-anam da görürlər ki, mən bu sözlərdən pis oluram. Və başlayırlar mənə təsəlli verməyə: “Qızım, narahat olma, zarafat edirlər. Heç biz səni unudarıq?” Sonra da ayaqlarımı qıdıqlayır, yanaqlarımdan öpməyə başlayırlar. Və yavaşca qulağıma pıçıldayırlar: “Səni çox sevirik, bunu yaddan çıxartma”. 