Çox eşitdiyimiz bir deyim var: Hər bir uşaq ailəsinin güzgüsüdür.
Həqiqətən də demək olar ki, bütün hallarda insan xarakterinin formalaşmasında, bir şəxsiyyət kimi yetişməsində ailə başlıca rola sahibdir.
Ailələr isə öz növbələrində tərbiyə stilinə görə 4 əsas qrupa bölünürlər: avtoritar, liberal, xaotik və hiperqoruyucu ailələr. Hər bir insanın xarakterində də böyüyüb başa çatdığı ailənin hansı tərbiyə stilinə üstünlük verdiyi mühüm şərtdir. Odur ki, gəlin bu 4 tərbiyə stilinin əsas xüsusiyyətlərini ayrı-ayrılıqda nəzərdən keçirək.
Avtotitar tərbiyə stilində adətən valideynlər iş adamları olurlar və uşaqlarla çox az zaman keçirirlər. Bütün qərarları özləri qəbul edir və hesab edirlər ki, uşaqlar yalnız onlara tabe olmalıdırlar. Səhvlər bağışlanmır, onlara görə cəza verilir və cəzanın səbəbi izah olunmur. Uğurlar isə “belə də olmalı idi “ prinsipi ilə qarşılanır. Böyüklər tərəfindən daha çox “otur”,”sus”,”mən dedimsə olacaq” tipli cümlələr istifadə olunur. Belə uşaqlar düzgün olduğu üçün yox, lazım olduğu və cəzadan qorxduqları üçün hər hansı bir işi görür və ya dərs oxuyurlar. Nəticədə məsuliyytdən qorxan, özünə güvənsiz, işdə və cəmiyyətdə belə yalnız cəza almamaq üçün iş görən və davamlı olaraq başqalarını məmnun etməyə çalışan fərdlər yetişir.
Ən yaxşı tərbiyə örnək ola bilməkdir. Bir şeyi yüz dəfə deməkdənsə, bir dəfə yaşayaraq göstərmək daha təsirli və inandırıcı olur.
Ailədə uşaqlar böyüyür, onların tərbiyəsi valideynlərin ən böyük qayğısıdır. Təbii ki, bütün valideynlər öz övladlarının gözəl tərbiyə ilə sağlam yetişməsini arzu edirlər. “Gözəl tərbiyə” dedikdə, əlbəttə, ilk növbədə adamın ağlına ədalətli olmaq, haqqın tərəfində durmaq, başqalarına qarşı səmimi, təvazökar davranmaq, insanlara xeyir verməyə çalışmaq, zülmə boyun əyməmək… kimi keyfiyyətlər gəlir.
Bu saydıqlarımın içərisində ədalət və təvazökarlıq, heç şübhəsiz, çox mühüm yer tutur. Əslinə qalanda əksər müsbət keyfiyyətlər eyni ağacın budaqları kimi bir-birinə bağlıdır.
Biz insanıq və xətalardan, günahlardan sığortalanmamışıq. Bilərək və ya bilməyərək xətalar edirik. Xətamızı anlayan kimi onu düzəltməyə çalışmalıyıq. Bizim üçün ən doğru yol, ən xeyirli seçim də budur.