Qədim Çin mədəniyyəti müxtəlif istiqamətlərdə inkişaf etmişdi. Bu ölkədə fəlsəfə, riyaziyyat, astronomiya və tibb elmləri sahəsində müvəffəqiyyətlər qazanılmışdı. Astronomiya elminə xüsusi diqqət yetirilir, Çin padşahları təqvim düzəltmək, günün və ayın tutulacağı vaxtı müəyyənləşdirmək üçün xüsusi komissiyalar təşkil edirlərdi. Onlar maqnit sahəsinin mövcudluğuna və maqnit əqrəbinin xüsusiyyətlərinə də bələd idilər. Eyni zamanda barıtı ixtira edib fişəng üçün istifadə edirdilər.
E.ə. VI-III əsrlərdə fəlsəfi fikrin sonrakı inkişafinda mühüm rol oynamış konfusiçilik, moizm, legizm, daosizm məktəblərinin formalaşdığı dövrdə Çində fəlsəfə meydana çıxmışdır. Qədim Çin fəlsəfəsi daha çox etnik-siyasi xarakterə malik olmuş, onda qneseoloji və ontoloji məsələlərin tədqiqinə az yer verilmişdir.Filosoflar dövlət işlərində təmsil olunmuş, Si padşahlığında fəlsəfə akademiyası yaradılmışdı.