Amerika mədəniyyəti haqqında ilkin təsəvvürlər adətən müasir mədəni nailiyyətlərlə əlaqədar olsa da bu ölkənin qədim və orta əsrlərini əhatə edən bir sivilizasiya mövcud olmuşdur.
28-30 min il əvvəl ilk dəfə olaraq müasir tipli insanlar Alyaska və Çukotka arasındakı Beringiya adlanan quru körpüdə məskunlaşmışlar. Məhz bu dövrdən Amerika mədəniyyətinin tarixi başlayır.
Müasir elm hesab edir ki, bu qitənin ilk sakinləri genetik cəhətlərinə görə protomonqoloid, yaxud protoasiya qrupuna mənsub olmuş Altay, finuqor, Tibet xalqlarına daha yaxındırlar. Özünün təsdiqini tapmış bu fikirlər linqvistik və antropoloji əlamətlərə əsaslandırılmaqdadır.
Avropalılar tərəfindən Amerika qitəsinin kəşfi və işğalı digər çoxsaylı xalqların həmin ərazidə məskunlaşması ilə nəticələndi. Bunların ümumi sayı təxminən 15-20 milyona bərabər idi. İlk dəniz səyyahlarının səhvən Hindistan torpağı kimi başa düşdükləri bu qitənin sakinləri XVI əsrdən «hindular» adlandırılmağa başladı.
Qədim Azərbaycan mədəniyyətinin ayrı-ayrı tərkib hissələrini tədqiq edən müəlliflər (pedaqoqlar, sənətşünaslar, filoloqlar və başqaları) bu mədəniyyətin zəngin olduğunu sübut edirlər. Azərbaycanın qədim sənət tarixini öyrənən tədqiqatçılar — Kərimov K., Əfəndiyev R., Rzayev İ., Həbibov N. və b. Azərbaycan incəsənətinin dərin qatlarını tədqiq etməklə mədəniyyət tarixində xüsusi xidmət göstərmişlər. Həmin müəlliflərin «Azərbaycan incəsənəti» adlı monoqrafiyasında qeyd edilir: «Qədim Azərbaycan incəsənətinin tarixi bu ölkədə dövlətin yaranması tarixindən daha qədimdir. Müxtəlif incəsənət növləri ilə tanışlıq bizi uzaqlara, ibtidai icma quruluşunun dərinliklərinə aparıb çıxarır». Elə həmin mənbədə tədqiqatçılar qədim Azərbaycan incəsənətinin tarixi inkişaf prosesini üç dövrlə səciyyələndirirlər:
I.Alban dövründən əvvəlki incəsənət (e.ə.IV əsrə qədər);
II.Alban dövrü incəsənətinin ilk klassik mərhələsi (e.ə.IV – e-nın I əsri);
III.Alban dövrü incəsənətinin II mərhələsi (I-VII əsrlər).
Mesopotamiyanın ilk sakinləri təxminən b.e.ə. 40-cı minillikdə məskunlaşmışlar. İnsan qruplarının bir hissəsi mağaralarda yaşayaraq dağ keçisi və qoyunlarının ovu ilə məşğul olurdu. Yalnız b.e.ə. X minillik müəyyən dəyişikliklərlə müşayiət olunur – insanlar torpaqla işləməyə başlayaraq oturaq həyat tərzinə keçirlər. Bu həyat şəraiti onların özləri üçün komalar, çiy kərpicdən evlər inşa etməsinə imkan yaradır. Beləliklə, b.e.ə. VII minillikdə artıq Mesopotamiya ərazisində torpaqla məşğul olanlar məskunlaşmağa başlayır. Cəmiyyətin bundan sonrakı inkişafı sürətlə tərəqqiyə doğru irəliləyir.
B.e.ə. IV-III minillikdə ilk şəhər-dövlətlər yaranmağa başlayır: Ur, Uruk, Kiş, Laqaş, Nippur, Akkad belələrindəndir.
Şəhərlərin çoxu şumerlər tərəfindən qoyulduğu üçün həmin mədəniyyəti şumer mədəniyyəti kimi adlandırmaq qəbul edilmişdir. Şumerlərin irqi mənşəyi dəqiq məlum deyil. Aparılan arxeoloji qazıntılar zamanı tapılan kişi və qadın təsvirləri onların Aralıq dənizi və Qafqaz irqinə mənsub olması haqqında ehtimal irəli sürməyə əsas verir.
Arxeoloqlar qədim insanların hazırladıqları müxtəlif alətlər əsasən ibtidai dövrü daş və metal (mis, tunc və dəmir) dövrlərinə görə mərhələləşdirirlər.
Daş dövrü qədim (paleolit), orta (mezolit) və yeni (neolit) daş dövrü kimi mərhələlərə bölünür. Daş dövrünün təxmini xronoloji sərhədləri e.ə. 2,5-3 milyon ildən – e.ə. VI min illiyi nəzərdə tutur. Paleolit, öz növbəsində üç dövrə: aşağı, orta və yuxarı (və ya son) paleolitə bölünür. Daş dövrü mis və tunc dövrü ilə əvəz olunur ki, sonuncu b.e.ə. III-II minillikləri əhatə edir. Daha sonra (b.e.ə. I minilliyin əvvəli) dəmir dövrü başlanır.
İbtidai insan torpaq və heyvandarlıqla məşğul olmuşdur. Bundan öncə isə, o, minillər ərzində öz dolanışığını üç yolla: yığıcılıq, ovçuluq və balıqçılıqla təmin etmişdir.
Genderin nəzəri anlamında mərkəzi, əsas yer onun sosial-mədəni kateqoriya kimi şərhinə məxsusdur. Genderə belə yanaşma qanunauyğun olaraq onun sosial təşkilli və mədəni təşkilli fenomen kimi tərifindəki fərqin dəqiqləşdirilməsinə ehtiyac ilə şərtləndirilir. Həmin səviyyədə genderin iki qarşılıqlı əlaqəli mahiyyət tərəfi – sosial və mədəni tərkib hissələri, maddi-praktiki, sosial-konkret və mədəni-mənəvi, rəmzi büruzəsi arasındakı fərq aşkar olunur.
Genderin sosial təşkil baxımından dərk olunması sosial varlığın əmək alətləri və istehsal vasitələrinin inkişaf səviyyəsi, tarixi inkişafın müvafiq mərhələsində yaranmışəməyin ictimai bölümü, sosial həyatın müxtəlif tərəflərinin artıq formalaşmış və təsdiqini tapmış xarakterinin həmin prosesə təsirinin nəzərə alınmasını tələb edir. Bu zaman genderin formalaşma, inkişaf və yenidən istehsal proseslərinə, gender fərqləri və bütövlükdə gender sisteminin fundamental əsası olaraq onların funksional və maddi məqsədlərdən, sosiumun vəzifələrindən asılılığı nəzərdən keçirilir. Bununla da genderin müxtəlif sosial əlaqələr, qarşılıqlı təsir və qarşılıqlı münasibətlərdə aşkarlığının rəngarəngliyi onun sosiomədəni tədqiq orbitinə düşür.
XXI əsrin əvvələrində qloballaşma nəzəri mübahisə və siyasi diskussiyalar predmeti olmaqla yanaşı, artıq sosial-mədəni reallığa çevrildi. Bu gün qloballaşan mədəni məkanın səciyyəvi xüsusiyyətləri kimi aşağıdakı amilləri göstərmək olar:
XX əsrin 80-90-ci illərində, Azərbaycan sovetlər məkanının tərkibi hissəsi olduğu dövrdə, «yenidənqurma»nın kulminasiya nöqtəsi dövründə mədəniyyət siyasəti aparıcı mövzulardan birinə çevrilmişdir. Həmin mərhələdə Sovet İttifaqının Kommunist Partiyasının «yenidənqurma» rəhbərliyi, Avropadan nümunə götürərək, mədəniyyət siyasətinə maraq göstərirdi. Burada mədəniyyət siyasəti partiyanın mədəni konsepsiyalarının reallaşdırılması kimi dərk olunurdu. Kulturoloqların bir qismi bu zaman radikal təkliflərlə çıxış edirdilər. Onlar göstərilən konsepsiyanın və ondan irəli gələn siyasətin «demokratik cəmiyyət»əuyğun olmamadığını göstərdilər. Eyni zamanda da bildirirdilər ki, mədəniyyət olduqca azad və müstəqil bir hadisə olduğundan hər hansı bir siyasi təzyiqdən sərbəst formada inkişaf etməlidir. Eyni zaman da, bu qəbildən olan tədqiqatçılar mədəniyyətin cəmiyyətdən (və ya hakimiyyətdən) fundamental şəkildə asılı olduğunu dərk edərək mədəniyyət siyasəti sahəsində tədqiqatlarını davam etdirməyə qərara gəlmişdirlər.
Maçu–Pikçu «Qocaman Dağ» mənasını ifadə edir. Bəzən «inklərin itirilmiş şəhəri» də adlandırılır. Qədim şəhərçik yer üzündən silinmiş qədim inka xalqının rəmzi hesab olunur. Dəniz səviyyəsindən 2,430 metr yüksəklikdə yerləşir. Şəhər mərkəzi And platosundan başlayaraq Amazon meşələrinin Urubamba çayına qədər uzanmaqdadır.
Bu şəhər dağlarda müqəddəs məkan kimi hazırlanmışdır, inklərin rəhbəri Paçakutek tərəfindən imperiyanın zəbt olunmasının 100 illik yubuleyinə həsr edilmişdir. Şəhərçik 1450-ci illər ətrafında son inka imperatoru Paçakutek tərəfindən salınmış və 100 il bundan sonra bu ölkəni fəth etmiş İspan konkiskodorlarından gizli saxlanılırmış. Təxminən 1532–ci ilədək mövcud olmuşdur, hansı ki bu dövrlər ərzində ispanlar inklərin ərazisinə zorla daxil olmağa başlamışdır. Nəticədə 1532–ci ildə həmin ərazinin sakinləri yox olmuşdur. Bəzi mənbələrə görə İnkalar tərəfindən çiçək xəstəliyi epidemiyası səbəbilə ərazi tərk edilmişdir.