Piza qülləsi — (ital. Torre pendente di Pisa) 1360 – cı ildə tikilmişdir. Piza şəhərinin zənglərdən ibarət olan bir qalasıdır və Santa Mariya Assunto kilsəsinin şəhər ansamblının əsasını təşkil edir. Qala özünə “Yıxılan qüllə” adını qazanmışdır və bütün dünyaya öz xarici görkəminə görə tanınmışdır. Çünki qüllənin xaricindən diqqət yetirdikdə onun az qala yıxılacağı görünür, lakin yerə yaxşı bərkidilmişdir.
Sivilizasiya – ümumi anlayışdır, ictimai-iqtisadi formasiyalar dövrlərində cəmiyyətin əldə etdiyi nəticələrin göstəricisidir, maddi mədəniyyəti bildirmək üçün işlədilir. Sivilizasiya mədəniyyətin sinonimidir. İctimai inkişafın maddi və mənəvi mədəniyyətin səviyyəsi və mərhələsini ümumiləşdirir.
Mədəniyyət bəşəriyyət tarixinin keçdiyi üç dövrün: vəhşilik, barbarlıq, sivilizasiya mərhələsini bildirmək üçün qəbul edilmiş terminidir.
İlk dəfə “sivilizasiya” termini (anlayış) kimi XVIII əsrdə Fransada istifadə olunub və onun məzmunu cəmiyyətin inkişafı mərhələsinin göstəricisi üçün anlayış olmuşdur.
“Mədəniyyət” terminini isə ilk dəfə Şotlandiya fəlsəfəçisi A.Ferkusonişlətmişdir (1767). XIX əsrdə termin mədəniyyətin ümumi göstəricisi kimi istifadə edilib.
Beləliklə, sivilizasiya sözünün əsas məzmunu xalqın həyat fəaliyyətinin bütün sferalarını əhatə edir və onun inkişaf mərhələsini açıqlayır.
Maddi mədəniyyət – ənənəvi xalqın həyat quruluşunu, onun təsərrüfatda əldə etdiyi səviyyənin göstəricisidir.
Mənəvi mədəniyyət – adət-ənənə, incəsənətə, dini baxışlar və s.amillər etnosun (xalqın) özünə xas olmasının əsasını təşkil edir.
1.İlk sivilizasiyalarının meydana gəlməsi və formalaşması
2.İbtidai-icma quruluşu dövrünün mədəniyyət abidələri
3.İlk sinfi cəmiyyətinin mədəniyyəti və onun xüsusiyyətləri
4.Dəclə və Fərat çaylarının hövzələri arasında yaranmış Şərqin qədim mədəniyyəti
İlk sivilizasiyaların (mədəniyyətin) yaranmasının rüşeymləri ibtidai-icma quruluşu dövrünə aiddir. Birgə əmək fəaliyyəti, ümumi məskən, ümumi od – bütün bunlar təbii onların birləşməsinə əsas olmuşdu. Sosial əlaqələrin möhkəmlənməsi, təbiət ilə mübarizədə insanların birləşməsi zəruriəti yararmışdı. Qədim insan bu dördə özünün və uşaqlarının maraqları barəsində düşünürdü, hətta bütün icmanın istəyini nəzərə alırdı. Çox güman, məhz bu dövrdə (daş dövrü) ictimai həyatın yeni mərhələsinə keçid başlanmışdı. İlk qədim qəbilə ictimai həyat formasına keçid başlanmışdı, madərşahlıq qəbilə icma quruluşu, yəni, qohumluq əlaqələrinin yaranması, monoqam (təknigahlıq) ailə yaranmasına başlanmışdı. İbtiadi insan şüurunun inkişafı bilavasitə onun əmək fəaliyyəti ilə bağlı olmuş, onun gündəlik əmək praktikasına çevrilərək onu əhatə edən təbiəti düzgün dərk etmək imkanı yaratmışdı.
Müqəddəs Pyotr kilsəsi — Romada, Vatikanın ərazisində yerləşir.
Bura dünyanın ən böyük kilsələrindən biri olmaqla bərabər, həm də katoliklərin döyünən ürəyidir. Kilsə Roma şəhərinin ən əsas dörd məbədindən biri sayılır. O, üç hektara yaxın ərazini əhatə edir və 60 min nəfərlik tutuma sahibdir.
1. Kulturologiya bir elm kimi nədən bəhs edir?
A. Mədəniyyətdən.
B. Mədəniyyətşünaslıqdan.
C. Mədəniyyətin formalarından.
D. Dünya mədəniyyəti tarixi və nəzəriyyəsindən.
E. İnsanın fəaliyyətindən.
2. “Hamının əsli gedib Adəmə çıxırsa, demək, hamı insandır, o isə başdan ayağa insaniyyətdir” sözlərinin müəllifi kimdir?
A. İmadəddin Nəsimi.
B. Fəzlulla Nəimi Astrabadi.
C. Nəsirəddin Tusi.
D. Əfzələddin Xaqani.
E. Nizami Gəncəvi.
Avtoportret– yunan sözü olub, “öz” mənasını verir. Bəzən rəssamlar öz portretlərini qələmə alırlar ki, belə əsərlərə avtoportret deyilir.
Anatomiya– yunan sözü olub “hisslərə ayırmaq” deməkdir. Canlı orqanizmi bitki, heyvan, insan quruluşunu öyrənən elmdir.