Lətifələr kateqoriyası üzrə məqalələr

Həkim yumoru

1.  Məktəbdə tibbi müayinə zamanı həkim birinci sinif şagirdindən soruşur:
— Burun və qulaqlarından şikayətin var ?
— Var. Paltarımı geyinəndə mənə mane olurlar

2.  Diş həkiminin kabinetinin qarşısında lövhə:
Diş insana iki dəfə havayı verilir, üçüncü dəfə pul ödəmək lazımdır.

3.  Təcili yardıma zəng:
— Kömək edin! Mənim yoldaşım doğmağa başlayır !
— Bu onun ilk uşağıdır ?
— Başınız xarab olub, bu onun əridir.
Davamı →

Lətifələr :) (3)

                                                                         

1)Polis: Harda yaşayırsan ?
MameD: Ailəmlə.
Polis: Ailən harda yaşayır ?
MameD: Mənimlə.
Polis: Siz hamınız harda yaşayırsınız ?
MameD: Evdə.
Polis: Eviniz hardadı, ay vətandaş ?
MameD: Qonşunun evinin yanında.
Polis: Qonşunun evi hardadı ?
MameD: Desəm inanmazsanız.
Polis: Denən.
MameD: Bizim evin yanında…

Davamı →

Lətifələr :) (2)

Gülməli lətifələr:

1)Bir gün MameD görür ki, top atəşi açılır. MameD yaxınlaşır və 1 əsgərdən soruşur:
— Nəyə görə atəş açırsız?
Əsgər: Kraliça Elizabetta gəlir, ona görə.
Atəş yarım saat davam edir. MameD yenə soruşur:
— Yaxşı indi niyə atırsız ???
Əsgər: Dedim axı, kraliça Elizabetta gəlir.
MameD: Əşşi yarım saata bir arvadı vura bilmədiz?

Davamı →

Lətifələr :)

Sizlərə ən gülməli bildiyim bir neçə lətifəni yazmaq istədim.Belə ki;

1)Alo 103-dü?
-Bəli
-Ambulans var?
-Bəli var
-Bizdə də var yarışaq?
2)Oğlan:Sevgilim sən göydən düşmüş mələksən.
Qız:Ayyy çox sağol əzizim.
Oğlan:Amma baxan kimi bilinir ki,üzü üstə düşmüsən:))
3)Bir gün bir kişi psixoloqun yanına gəlir və deyir:

Davamı →

Ümüd və təsəlli axtaran Aleksandr Düma

Aleksandr Düma xəstə olduğu zaman yanına gəlmiş həkim deyir:
— Vəziyyətiniz ciddidir, siz hər bir təsadüfə hazır olmalısınız. Sizin bu çətin günlərinizdə görüşmək istədiyiniz biri varmı?
Düma bu sual qarşısında bir qədər fikirləşib deyir:
— Əlbəttə!
— Kiminlə görüşmək xəyalınız var?
— Başqa həkimlə! — deyə cavab verir…
Davamı →

Həkimlər və xəstələr

  1. — Pasient, siz həqiqətən, qətiyyətsizlikdən əziyyət çəkirsiniz?
    — Həm hə, həm də yox.
  2. Xəstə həkimdən soruşur:
    — Həkim, düz deyirlər ki, yerkökü yemək görmə qabiliyyətin yaxşılaşdırır?
    — Həqiqəti deyirlər! Heç nə vaxtsa eynəkli dovşan görmüsən?
Davamı →

Evlilik

Bir gənc atasından soruşur: ”Ata evlənmək neçəyə başa gəlir?”
Ata cavab verir: ”Bilmirəm oğulum, mən hələ ödəyirəm.”

                                          ***

Bir dəvətdə bir qadın rəfiqəsindən soruşur:
”nişan üzüyünü səhv barmağına taxmısan?” Digər xanım cavab verir:
”Səhv barmağıma taxmamışam, səhv adamla evliyəm.”

                                          ***

Bir davadan sonra qadın ərinə qışqırır:
”Səninlə evləndiyim gün axmaq olmuşam.”
Kişi cavab verir: ”Düz deyirsən, əzizim, fərqinə varmamışam.”

                                          ***

Evliliyin ilk ilində kişi danışar qadın dinləyər,
Evliliyin ikinci ilində qadın danışar kişi dinləyər,
Evliliyin üçüncü ilində hər ikisi də danışar, qonşular dinləyər.
Davamı →

BALIQLAR NİYƏ DANIŞMIRLAR???

Müəllim uşaqlardan soruşur:

-Uşaqlar deyə bilərsiniz balıqlar niyə danışmırlar?

Əhməd adlı şagird ayağa qalxır və deyir:

-Müəllim sizin başınızı suya soxsam,danışa bilərsin?

Davamı →

Kola satmaq

Ərəbistana Cola satmaqa gedən amma sata bilməyən bir satıcıya bir dostu deyir :
— Niyə sata bilmədin?
+ Ərəbistana gedəndə özümə güvənirdim, çünki onlar Colanı hələ bilmirdilər, amma məndə ərəbcə bilmirdim.
+ 3 şəkil düzəldib colanı tanıtmaq istədim.
+ 1-cidə adam susuzluqdan ölür.
+ 2-cidə adam cola içir.
+ 3-cüdə adam qalxıb qaçır.
— Hmm… Sonra nə oldu?
+ Ərəblər sağdan sola oxuyub, görüb, anlayırlarmış..
Davamı →

Molla Nəsrəddin lətifələri

Qorxulu dilənçi

Teymur Ləng Molla Nəsrəddinə əmr eləyir ki:

-Şəhər dolub dilənçi ilə. Özləri də elə üzlü, elə həyasız olublar ki, tutduqlarını buraxmırlar. Kağız-qələm götürüb lap o həyasızlarının siyahısını tutarsan, şəhərdən sürgün eləyəcəyəm.

Molla kağız-qələm götütüb, Teymurun öz adını birinci yazır, özünə verir. Teymur kağıza baxan kimi dəli olur. Molla deyir:

-Niyə hirslənirsən, qibləyi-aləm! Özün dedin ki, lap həyasız dilənçilərin adını yazıb sənə verim. Mən də yazdım də.. .

Teymur deyir:

-A kişi, mən boyda Teymur Ləng dilənçiyəm? Özü də lap həyasızı?

Molla deyir:

-Niyə hirslənirsən, qibləyi-aləm?! Cidanı çuvalda gizlətmək olmaz. Dilənçisən özü də lap həyasızından.

Teymur deyir:

-Demək sənin fikrincə, gərək mən şəhərdən sürgün olunam?

Molla deyir:

-Bəli qibləyi-aləm! O biri dilənçilər sənin kimi qorxulu deyillər. Onlar camaatdan yalvarıb-yaxarıb alırlar. Amma sən döyüb-söyüb alırsan.

 

Davamı →
Top