Tanınmış şair və sufi ustadı Əlişir Nəvai (1441 — 1501) zəmanəsinin nüfuzlu hökmdarı Sultan Hüseyn Bayqaranın (1438 — 1506) sarayında vəzirlik edirmiş.
Bir gün sultan ondan soruşur ki, dünyanın harasında ağcaqanad yoxdur.
Nəvai deyir:
— İnsanın olmadığı yerdə.
Vəzirini pis vəziyyətdə qoymaq və yanıldığını ona isbatlamaq üçün sultan ona ata minib, şəhər kənarına gəzintiyə getməyi təklif edir. Ucqar bir yerə gəlib çıxırlar. Bir hovur dincəlmək üçün bulaq başında oturduqları zaman bir neçə ağcaqanadın vızıltısı sultanın zəhləsini tökür. Qanı qaralan Hüseyn Bayqara istehza ilə Nəvaidən soruşur:
— Bəs deyirdin insan olmayan yerdə ağcaqanadlara rastlanmır?
Əlişir Nəvai soyuqqanlı şəkildə cavab verir:
— Yoxsa biz insan deyilik?!
Bağ sahibi və oğru
Bir adam başqasının bağçasındakı ağacın başına çıxmış, şiddətlə budaqları silkələyir, meyvələri yerə tökürdü. Bağın sahibi gəlib:
“ — Ay alçaq!” dedi. “Allahdan utanmırsan? Bu nə hərəkətdir?”
Oğru belə cavab verdi:
“ — Allahın bağından Allahın bəndəsi, Allahın ehsan etdiyi xurmaları yeyirsə sən niyə onu qınayırsan, zəngin olan Allahın ehsanını niyə qısqanırsan?”
Bağ sahibi xidmətçisini çağıraraq:
“ — O kəndiri bura gətir, bu sərsərinin cavabını verəcəyəm” –dedi.
Bir gün Habil Əliyev müğənni Nazim Ağayevlə üz-üzə gəlir. Onun kefsiz olduğunu görüb soruşur ki, Nazim nolub?
Nazim Ağayev gileylənir:
— Həkimdən gəlirəm. O, mənə dedi ki, belimdə, dizimdə, ayağımda duz yığılıb. Məndə möhkəm duzlaşma gedir.
Habil Əliyev zarafatla deyir:
— Nazim, həkim gözünün içinəcən yalan deyir. Azərbaycanda səndən duzsuz adam yoxdur. Fikir eləmə!
Sovet dönəmləriydi. Yayın cırhacırında Bakıdan Qubadlının kəndlərindən birinə kolxozçular üçün konsert veməyə getmişdik. Klubda adamlar ət-ətə durmuşdular, içəri boğanaq idi. İlk çıxışı mənə verdilər. Elə kamançanı təzəcə çalmağa başlamışdım, gördüm nəfəs ala bilmirəm. Bir az da tox olduğumdan ürəyim ağzıma gəlirdi. Bu, azmış kimi birdən içərini üfunət iyi bürüdü. Hava lap dözülməz oldu.
Qabaq cərgədə oturmuş kolxoz sədri mənim bərk narahat olduğumu görüb ayağa durdu və geri dönüb ucadan qışqırdı:
— Əəə, Surxay, dur rədd ol bayıra!
Bir gün iki dəli söhbət edir.
-O gün yolda 10 dollar tapdım.
-Bəs hanı?
-Tulladım əşi.
-Niyə?
-Saxta idi. Harda görmüsən 10 dolların üstündə iki sıfır olsun?
*******
Bir gün ərlə arvad yol ilə gedəndə bir pingvin tapırlar.Bilmirlər nə eləsinlər.Ər deyir ki, gəl polisə deyək.Belə də edirlər.Onlar başlarına gələni danışırlar.Deyirlər ki,biz bilmirik indi bu pingvini neyləyək.Polis də bir az fikirləşib deyir ki, ən yaxşısı siz bunu zooparka aparın.Səhəri gün polis yenə işə gedəndə görür ki həmin ərlə arvad pingvinlə gedirlər.Polis onlara yaxınlaşıb soruşur:
-Siz dünən bunu zooparka aparmadınız??
Ərlə arvad cavab verirlər:
-Dünən zooparka apardıq bu gün də Luna parka aparırıq