30 il bundan əvvəl, Rumıniyanın paytaxtı Buxarestdə beynəlxalq turnir keçirilirdi. Turnirdə Smıslov, Petrosyan, Boleslavski ilə adlı-sanlı iştirakçılarla yanaşı, 15 yaşlı Leninqrad məktəblisi, ustalığa namizəd Boris Spasski də çıxış edirdi. Heç kim ciddi rəqib saymırdı. Lakin elə birinci turda gözlənilməz hadisə baş verir. Spasski şahmat tacına real namizəd olan Smıslovu məğlubiyyətə uğradır. O, turdan-tura görkəmli şahmatçılarla çəkinmədən oynayırdı. Gənc şahmatçı turnirdə 4—5-ci yerləri bölüşdürərək, dünyanın beynəlxalq usta adına layiq görülmüş ən gənc şahmatçısı olur. Bununla da Spasskinin şahmat aləmində müzəffər yürüşü başlanır.
«Elmin və şahmatın oxşar xüsusiyyətləri ondan ibarətdir ki, hər ikisi qarşıya qoyulmuş məqsədə çatmaqda intizamlı və ardıçıl olmağı tələb edir».
M. Eyve
Ərazicə çox da böyük olmayan Hollandiya istedadlarla həmişə heyrətamiz dərəcədə zəngin olmuşdur. Bu kiçik ölkə dünyaya dahi filosoflar, fiziklər, riyaziyyatçılar, bioloqlar, rəssamlar, musiqiçilər bəxş etmişdir. Hyugens və Lorents kimi fiziklərin, mikroskopun ixtiraçısı Levenhukun, Van Deyk və Rembrandt kimi rəssamların, humanist və mütəfəkkir Erazm Rotterdamskinin adları bəşəriyyət tarixinə əbədi olaraq daxil olmuşdur. Şahmat sahəsində isə hollandiyada uzun müddət bu dahilərə bərabər istedad yox idi. Ona görə də 1935-ci ildə M. Eyve Alyoxinlə matçda qalib gələrkən hollandların keçirdiyi sevinci başa düşmək olardı. Düzdür, o vaxtlar dahi rus şahmatçısı yaxşı idman formasında deyildi. Lakin keçmiş dünya çempionu V.Smıslovun dediyi kimi, «etiraf etmək lazımdır ki, hansı formada olursa-olsun, Alyoxinə ancaq yüksək ustalığa malik olan şahmatçı qalib gələ bilərdi. Eyve haqlı olaraq şahmat tarixində beşinci dünya çempionu oldu».
MƏĞLUBEDILMƏZ ÇEMPION
«Şahmatla yanaşı mən öz xarakterimi tərbiyə etmişəm. Şahmat ən əvvəl obyektiv olmağı öyrədir. Həyatda olduğu kimi, şahmatda da səhvlərini və çatışmazlıqlarını başa düşdükdən sonra böyük usta olmaq mümkündür».
A. Alyoxin.
Dahi rus şahmatçısı A, Alyoxinin şahmat tacına yiyələnməsi şahmat tarixində ən parlaq səhifələrdən biri olmuşdur. O 1892-ci il noyabrın 1-də Moskvada anadan olmuşdur. Şahmatla uşaq yaşında ikən tanış olmuş və həmin vaxtdan başlayaraq onun cazibəsindən çıxa bilməmişdir. Alyoxin uşaqlıqdan təmizkar və əməksevər idi. Onun uşaq yaşlarında oynadığı görüşlərin gedişləri yazılmış dəftəri indi də saxlanılır. O, yazışma ilə oyuna da xeyli vaxt sərf edirdi. Variantları bir qayda olaraq yaddaşında hesablamağa çalışırdı.
O, şahmat oynamağı 4 yaşında ikən atasının oyununa baxarkən öyrənmişdi. Balaca Xose bir neçə gün ərzində müstəqil olaraq şahmatın əsasını elə öyrəndi ki, atası zəif gediş edəndə onun səhvini tutdu. Oğlunun şahmatın sirlərinə bələd olmasından heyrətlənən atası balacaya şahmat oynamağı təklif etdi. Görüş dörd yaşlı Xosenin qələbəsi ilə nəticələndi.
Şahmat taxtası üzərində yalana və riyakarlığa yer yoxdur.
Şahmat kombinasiyasının gözəlliyi ondadır ki, bu kombinasiya-həmişə doğruçudur.
E. Lasker.
1894-cü il mayın 26-da dünya şahmat həvəskarları yeni çempionun elan olunduğundan xəbər tutdu. Əl ağacına söykənərək, kreslodan ağır-ağır qalxan Steynits yeni dünya çempionu Laskerin şərəfinə üç dəfə «ura» deyərək onu təbrik etdi…
METEORA BƏNZƏR
Ilk beynəlxalq London turnirinin başlanmasına 1 il qalmış həmin yarışların gələcək iştirakçısı, Macarıstan çempionu, usta I. Levental ABŞ-da qastrol səfərində idi. 1850-ci il mayın 22-də Yeni Orleanda olarkən ondan 12 yaşlı oğlanla oynamağı xahiş etdilər. Görkəmli usta ev sahiblərinin xətrinə dəyməmək üçün təklifə razı oldu.
Taxtada rus görüşü oynanılarkən, 8-ci gedişdə balaca oyunun sürətli inkişafını davam etdirmək üçün fili atla dəyişir. 13-cü gedişdə isə kombinasiya quraraq, uduşlu sonluğa nail olur. Levental çox fikirləşsə də oyunda dönüş yarada bilmir. Rəqibinin gedişlər üzərində çox düşünməsindən yorulan balaca şahmatçı 57-ci gedişdə səhvə yol verir. Macarıstan çempionu bundan istifadə edərək, oyunu heç-heçə başa çatdırmağa müvəffəq olur.
Levental yorulduğunu bəhanə edərək, üç gündən sonra yenidən görüşməyi təklif edir. Mayın 25-də rəqiblər taxta arxasında otururlar. Çox keçmir ki, balaca şahmatçı üstünlüyü ələ alır. 45-ci gedişdə onun kombinasiyalarından çaş-baş olan Levental məğlub olduğunu bildirir. 13 yaşlı oğlanın oyunundan heyrətə gələn Macarıstan çempionu ayağa qalxaraq qələbə münasibətilə onu təbrik edir və təntənəli surətdə deyir: «Ümidvaram ki, sizin dünya çempionu olacağınız günü görəcəyəm».