Bu gün şahmat deyə bildiyimiz oyunu hazırlayan alim, oyunu hind şahına təqdim etdiyində çox məmnun olan şah:- «Dilə məndən, nə diləyirsən» deyir. Alim ona uzadılan xəzinə otağının açarını əlinin tərsiylə itələyib, şahdan şahmat taxtasının sol alt küncündəki xanaya bir buğda dənəsi qoymasını və sonra hər xanaya bir əvvəlki xanadan iki qat artıq buğda dənəsi qoymasını, bu şəkildə 64 xanaya qədər getməsini istəyir. «Mənə bu qədər buğda versəniz yetər»- deyə cavab verir. Şah onun kimi uca və qüdrətli bir hökmdardan bu qədər az buğda istədiyi üçün alimə qəzəblənir və ona dərs vermək üçün əyanlarına:
Şahmat haqqında müxtəlif rəvayətlər olsa da, bu sirli oyunun ilk dəfə bu eranın 570-ci ilində Hindistanda meydana gəldiyini güman edirlər. Digər tərəfdən, şahmatla bağlı ilk yazılı sənədlər də Hindistanla bağlıdır. Daha sonra şahmat İrana, oradan ərəb ölkələrinə, oradan da Avropaya yayıldı. Şahmatın Avropaya yayılmasında isə açar ölkə İspaniya idi. Bizans İmperatorluğunun da şahmatın inkişafında rolu az olmadı. Əvvəllər şahmat çox asta bir oyun idi. Ancaq 1400-cü illərin sonlarında iki uzaqmənzilli fiqurun (fil və vəzir) kəşf edilməsi oyunun sürətini artırdı.