Zaman biz insanlar üçün ən əhəmiyyətli anlayışdır. Əhəmiyyətli olduğu qədər məhsuldar istifadə edilə bilməsi onun dəyərini artırır. Ancaq tez-tez zamanı yaxşı qiymətləndirə bilmədiyimiz üçün onun «su kimi axıb getdiyi»ndən dəm vurarıq… Budur, sizə «zamanın su kimi axıb getməməsi» üçün 15 tövsiyə…
Zamanın su kimi axıb getməsi mövzusu dost-tanış söhbətlərinin əsas gündəm maddəsidir. İstər çalışan insanlar olsun, istər ev xanımları, fərq etməz, hər kəsdə bir işi tamamlaya bilməmə, zamanı işə çatdıra bilməmə problemi baş alıb gedir.
Əgər zamanın su kimi axıb getməsini istəmirsinizsə, edəcəyiniz bəzi tədbirlərlə bunun qarşısını ala bilərsiniz.
1. Əvvəlcə əlinizə kağız-qələm alın və düşünməyə başlayın. Əvvəl həftə boyunca, daha sonra gün boyunca zamanınızı ən çox harada xərclədiyinizi anlamağa çalışın. Bütün həftə ərzində nə etdim? Günləri tək-tək düşünün, hansı gün nə etdiyiniz haqda fikirləşin.
Bunları edərkən "Əsl etmək istədiklərim bunlar idimi? Keçən həftə boyunca etmək istədiyim hansı əhəmiyyətli işləri heç cür edə bilmədim?" kimi suallar əsasında siyahı hazırlayın. Kağızın bir üzü «Etmək istədiklərim, amma edə bilmədiklərim», ikinci üzü «Etdiklərim və edərkən gərəksiz yerə zaman xərclədiklərim» şəklində olsun. Gözünüzlə zamanın nələrə getdiyini gördükdə zamanı idarə etməyə olan həvəsiniz artacaq.
2. İşləyən və ya ev xanımı olmağınızın fərqi yoxdur, hər gün üçün etməli olduqlarınızın siyahısını hazırlayın. Amma siyahınız məqbul siyahı olsun. Edə biləcəyinizdən çoxunu yazıb siyahının gerisində qalmaqdansa, həddindən artıq ideal olmayan, amma məqbul bir siyahıyla başlayın yeni günə. Və hər axşam siyahınızın nə qədərini yerinə yetirdiyinizə nəzarət edin. Edə bilmədikləriniz haqqında düşünün.
«Niyə edə bilmədim? Səbəbi nədir? Araya girən hesablamadığım detallardırmı?» Əgər nəzərə almadığınız detallar hər axşam diqqətinizi çəkirsə, demək, planınız olmayan işlərə çox zaman ayırırsınız. Ani gələn təkliflər, başqa insanların xahişləri və s. kimi. Bu vəziyyətdə bəzilərinə «Yox» deməyə başlamağınız lazımdır. Məsələn, ev təmizliyinə başlayırsınız, bu zaman rəfiqəniz zəng etdi, «Gəl çay içək» dedi. «Bu gün olmaz, işə başladım, sabah gələrəm» deyin və sabahkı siyahınıza rəfiqənizlə çay içməyi də əlavə edərək gününüzü planlayın.
İmtahana hazırlaşan bir çox tələbə və ya şagird vaxtla bağlı problemlər yaşadıqlarını qeyd edirlər. Bəziləri hansısa bir sualı cavablandırarkən kifayət qədər vaxtının qalmadığını, bəziləri isə ümumiyyətlə, müəyyən sualları cavablandırmaq üçün vaxt çatdırmadıqlarını söyləyirlər. İlk növbədə, imtahan gedərkən qarşımıza qoyacağınız ilk məqsəd “bütün sualları oxuya bilmək” olmalıdır. Çünki oxumağa vaxt çatdırmadığınız suallar arasında cavablandıra biləcəyiniz bir sual olduğunu gördükdə bu sizi kədərləndirə bilər.
İmtahana ən yaxşı bildiyiniz fənndən başlamağınız tövsiyə olunur. Eyni zamanda, bu fənn həm də sizə ən yüksək bal verəcək fənnlərdən biri olmalıdır, çünki bunun 2 müsbət tərəfi var: ilk növbədə, bu sizin ən yaxşı bildiyiniz fənn olduğu üçün ardıcıl olaraq sualları heç bir tərəddüd etmədən cavblandırmaq sizin əhvalınızı yüksəldəcək. İkincisi, əgər sizdən asılı olmayan səbəblərə görə imtahanı yarımçıq tərk etməli olsanız, bu zaman yekun balınızın nisbətən yüksək olacağına ehtimal yaranır.
Zamandan düzgün istifadə etmək keçən hər bir dəqiqənin fərqində olmaq və hər dəqiqədən mümkün qədər yararlanmaq deməkdir. Özünüzlə imtahana bir saat aparın və onu imtahanın davam etmə müddətinə uyğunlaşdırın. Bir imtahanda əsas məqsəd vaxtı düzgün bölmək olduğu üçün imtahana saatla getmək mütləqdir. İmtahan nəzarətçisi sadəcə olaraq imtahanın başlama və bitmə vaxtını lövhədə yazır, lakin heç şübhəsiz, o, vaxtın axıb getməsinə sizin qədər həssas yanaşmır. İmtahanın bitməsinə nə qədər qaldığını bildirməsi isə sadəcə olaraq ümumi mənada xəbərdar etmək məqsədini güdür.
Hamımız davamlı olaraq işlərimizin sıxlığından və zamanın azlığından şikayət edirik. Bitirilməli işlər, təslim edilməli layihələr, bunların yanında da hər gün etməmiz gərəkən bəzi adəti işlər vardır. Zamanımızı düzgün idarə etmək bizə boşa keçən anlarımızı qazandırmağı və bu tempə ayaq uydurmamızı təmin edir.
Vaxtı nizamlı və sistematik bir şəkildə qurmaq əhəmiyyətli işlərə daha çox vaxt ayıra bilmək üçün təkrarlanan işləri daha az zamanda bitirmək, bununla yanaşı, iş xaricində bütün həyatımızı nizamlı şəkildə davam etdirməkdi. Zaman rəhbərliyi və şəxsi məlumatlar mövzusunda iyirmi ildən artıq çalışan Dr. Donald Wetmorun zaman rəhbərliyinə başlamaq üçün ilk yeddi qaydası belədir:
1. Sənədlərinizi düzgün təşkil edin. Artıq çoxumuz kağız qarışıqlığı içində boğulmasaq da, kompüterlərimizin «My Documents» qovluğunda, ya da «Desktop»da bir çox gərəksiz sənədlərin dağınıq şəkildə olduğunu görürük. Bu qarışıqlığın qarşısını almaq üçün tez-tez istifadə etdiyiniz mətnləri və ya məlumatları əlçatan bir yerdə və nizamlı bir şəkildə saxlamalısınız.
Universitetə başladıqları ilk günlərdən bir çox tələbələr dərhal öyrənirlər ki, vaxtlarının idarə olunması məktəbdə olmağın ən ağır və çətin tərəflərindən biridir.
1. Təqvim alın və ondan istifadə edin. Bu kağız təqvim ola bilər. Bu sizin mobil telefonunuz ola bilər. Bu portativ kompyuter də ola bilər. Növündən asılı olamayaraq, onun birinə sahib olduğunuza əmin olun.
2. Hər şeyi yazın (qeyd edin). Hər şeyi bir yerdə qeyd edin. (Birdən çox təqvimdən istifadə etmək sadəcə sizi artıq gərgin cədvəlinizin arasında daha çox şey etməyə sövq edir). Nə vaxt yatacağınızı, nə vaxt paltar yuyacağınızı və nə vaxt valideynlərinizə zəng edəcəyinizi planlaşdırın.
3. Dincəlmək üçün vaxt ayırın. Dincəlmək və nəfəs almaq üçün vaxt ayırmağı unutmayın. Məhz təqviminiz səhər saat 7:30 dan axşam 10:00 a qədər davam edir deyə siz bunu bacararsınız demək deyil.
4. Yeni sistemlərə cəhd etməyə davam edin. Əgər sizin telefon təqviminiz kifayət qədər böyük deyilsə, kağız formasını alın. Əgər kağız forma korlanırsa, portativ kompyuter əldə edin. Əgər hər günə yazacaq çox şey varsa, işi asanlaşdırmaq üçün rəngli qeyd etmədən istifadə edin. Çox az universitet tələbəsi hər hansı bir təqvim sistemi olmadan öz proqramlarında bunu edirlər: Sizə uyğun olanı tapanadək cəhd etməyə davam edin.
Biznes sahibi, korporasiya rəhbəri və ya müstəqil professional olmağından asılı olmayaraq, müvəffəqiyyət qazanmaq vaxtını düzgün dəyərləndirmək deməkdir.
Səhv 1 : Əlavə vaxtdan düzgün istifadə etməmək
Hər hansı bir layihəni tez bitirmisən və ya işin bu həftə həmişəkindən yüngüldür. Əlavə qalan vaxtını cari müştərilərlə xərcləmək yerinə, yeni layihələr üzərində işləmək üçün sərf et. Əgər başqası üçün işləyirsənsə, vaxtını özünü daha da inkişaf etdirmək üçün istifadə et.
Səhv 2 : Xərclərini ödəyə biləcək adamlara vaxt sərf etmək
Vaxtını sənin haqqını qarşılamağı bacarmayan qeyri – kommersiya təşkilatlarına sərf et. Başlamazdan əvvəl layihəni öz portfelində istifadə edə biləcəyinə dair razılıq al.
Sən bəzən öz böyük cəhdlərini cəmiyyətə çatdıra biləcək yüksək profilə sahib alıcılara da iş təklif edə bilərsən. Fakturanı tam qiymət ilə təqdim et və öz deduksiyanı güzəşt kimi qeyd et. Əmin ol ki, qeyri – müəyyən bir vəddən daha çoxunu əldə edəcəksən.
Səhv 3 : Alıcıların sənin biznesini anladığını fərz etmək
Variantlar haqda ətraflı məlumat ver. “Budur, 250 dollarlıq vebsayt belə olur, 2500 dollarlıq vebsayt isə belə olur”. Alıcılar sənin xidmətinə yeni qoşulduqda, davamlı məzənnələr haqda onların nadir hallarda xəbərləri olur. Onlar başa düşə bilməzlər ki, sən mükafat əldə etmisən və buna sevinirsən.