İftar sonrası sizi sərinlədən ən gözəl içki əlbəttə su hesab olunur. Amma suyun xaricində immunitetinizi gücləndirəcək, özünüzü daha yaxşı hiss etmənizi təmin edəcək və xəstəliklərdən qoruyacaq bir neçə variantı var.
Limonad
Çoxlu faydası olan limon şirniyyatlarda,tərəvəz yeməklərində, salatlarda çox sıx istifadə edilir. Göz sağlamlığından, xərçəngə kimi immunitet sistemini gücləndirən və ürək sağlamlığına faydası olan bir meyvədir. Bol nanəli bir limonad içmək iftardan sonra məsləhət görülür.
Yaşıl Çay
Flavonoid və polifenollar kimi təbii və güclü antioksidantları olan nadir bir bitkidir. Osteoporoz, ürək xəstəliyi, xərçəng kimi xəstəliklərin qarşısının alınmasında təsirlidir. Ayrıca məzmunundakı fluoride sayəsində diş sağlamlığını qoruyur. Maddələr mübadiləsini canlandırır. Yaşıl çayı isti içə biləcəyiniz kimi buzlu, limonlu, darçınlı və qərənfilli içməniz də mümkündür.
Quranda adı çəkilən 3 meyvədən biri olan xurma ərəb dünyası üçün “səhra çörəyi” simvoludur. Məhəmməd peyğəmbər s.ə.v. ilk Ramazanın ilk iftarını xurma ilə açdı və bunu tövsiyə etdi: “Mümkün olduğu qədər sübh yeməyində xurma yeyin”. Təbii şirniyyat olan xurma insana güc verir, böyrək, ürək, qaraciyəri möhkəmləndirir. Bağırsaqlarda faydalı bakteriyaların inkişafına yardım edir. Quru xurmada 70% şəkər olur ki, bu da istənilən meyvədən çoxdur.
Uzun yay günlərində tutulan oruc havaların isti keçməsiylə yanaşı, ağız qoxusuna səbəb olur və bu insanların sosial həyatında bəzi problemlər yaradır.
Ağız qoxusunun qarşısını almaq üçün, iftardan sahura qədər yediklərinizə diqqət etməlisiniz. Gün boyu nanə yemək, ağız qoxusunun qarşısını almaqla yanaşı, mədədəki nasazlıqları da aradan qaldırır.
Ramazan ərəfəsində dişlərə normal günlərdəkindən daha çox qayğı göstərilməlidir. Acı və ədviyyatlı yeməklərdən, qazlı içkilərdən və qəhvədən xususuilə qacılmalıdır. Çox yağlı və qazlı içkilərin istehlakı azaldılmalıdır.
Yeməklərdən sonra xarici diş əti, dilə, dil altına, yanaq daxili yerlər diqqətlə təmizlənməlidir. Ağız boşluğunu təmizlədikdən sonra, su və ya antiseptik məhsullardan qarqara kimi istifadə edilməsi ağız boşluğunuzda fərahlıq yaradacaq. Sahurda yemək yedikdən dərhal sonra yatılması, ağız daxili turşu tarazlığını pozaraq bakteriyaların əmələ gəlməsinə səbəb olur.
Ramazan ayını sağlam keçirmək üçün bəzi vərdişlərinizi unutmalısınız. Orucluq boyu tər göyərti və sudantez-tez istifadə edin. Ağır yeməklər, şərbətli şiriniyyatlar, xəmir xörəklərindən uzaq durmalısınız.
1. Axşamlar yatmağa 1 saat tez gedin, lakin imsaka mütləq qalxın
İmsaka qalxarkən yuxudan əziyyət çəkirsinizsə, akşamlar 1 saat erkən yatın. Çünki imsaqa qalxmadığınız təqdirdə həmin gün sağlamlığınızda daha çox problem olacaq. İmsaq etməsən oruc tutanda ac qalmaq müddəti artır, metabolizm prosesinin sürəti düşür, halsızlıq, baş ağrısı, yorğunluk və diqqətsizlik yaranır. Uzun müddət aclıqdan sonra iftarda həddən artıq yeməyi və qanda şəkərin düşməsini əngəlləmək üçün imsaqda həzmi yavaş, qida dəyəri yüksək olan qidalar qəbul edin.
2. İmsak süfrənizdə tər göyərtilər, meyvə və kompot mütləq olsun
İmsakda çox yağlı, çox duzlu və həddindən artıq şirin yemək olmaz. Bunların yerinə həzmi asanlaşdıran, mədə-bağırsaq sistemində uzun müddət qala biləcək liftərkibli göyərti, meyvə və tam taxıllı qidalara üstünlük verin. Gün ərzində qanda şəkərin miqdarının düşməsini qarşısını almaq, mədə boşalmasını gecikdirmək üçün imsak vaxtı zəngin proteinli qidalarla qidalanmaqla mümkündür. İmsaq üçün ən ideal qidalar: zeytun, pendir, yumurta, kəpəkli çörək, tər göyərti, süd, qatıq, meyvə və ya meyvə kompotları.
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”
(Əl Bəqərə surəsi, 183-cü ayə)
Islamın müqəddəs bayramları içərisində orucluq bayramı mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.
Islamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Həmin gecəyə “qədir” və ya “ehya” gecəsi deyilir. Qədir gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər vardır. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. Islamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-sinə təsadüf edir. Müqəddəs Qurani Kərimin “Qədir” surəsində qədir gecəsi haqqında belə yazılmışdır: “Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aydan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür”.