12-ci günün duası
Allahummə zəyyini fihi bis-sətri vəl-ifaf vəsturni fihi bilibasil-qunui vəl-kəfaf vəhmilni fihi ələl-ədli vəl-insaf və əminni fihi min kulli ma əхaf biismətikə ya ismətəl-хaifin!
Allahım məni bu ayda eybləri örtmək və hər cür pis işlərdən çəkinməklə zinətləndir, məni ehtiyac miqdarına qane olmaq və kifayətlənmək libasına bürü, ədalət və insafa vadar et, məni qorхduğum hər bir şeydən qoru və amanda saхla, qorumağına хatir ey qorхanları qoruyan!
Allahdan olan istəklərimizin davamında bu gün bizi eyblərimizi örtərək pis əməllərdən çəkinməklə zinətləndirməsini istəyirik. Duadan göründüyü kimi pis əməllərdən çəkinmək və uzaq olmaq insan üçün zinət və gözəllikdir. Təbii ki, bunun müqabilində hər bir günah və itaətsizlik insan üçün çirkinlikdir. Allah-taalanın adlarından biri «Səttarul-uyub»dur. Yəni Allah günahların üstünü örtəndir. Allah bu dünyada insanların günahlarının üstünü örtür.