Sevgi kateqoriyası üzrə məqalələr

Freydin sevgi məktubu

İstəkli sevgilim, oduna yandığım, gözəl qız!
Mən bunu bilirdim: yolların gətirib çıxardığı bu uzaqlıq, sənin olmadığın bu yerlər, mənə qarşılaşdığım itkinin necə böyük olduğunu anladacaqdır. Ancaq ha çalışsam da, məni saran bu duyğuların dərinliyinə varmağı bacarmıram. Sənin o incə görkəmin, bir an da olsa belə, gözlərimin önündən çəkilmir. Daldığım bu dadlı yuxunun pozulacağı, qapıldığım bu işıqlı xəyalın dağılacağı məni qorxudur. 

Arxadaşlarımın deməsinə görə, gerçək sevgi elə belə də olur. Sənin görkəminin ayrı-ayrı cizgilərini gözümün önündən keçirirəm və bu anlarda yaşadığım duyğuların gözəlliyindən, qeyri-adiliyindən yaranan xoşbəxtliyi doğuracaq başqa bir fantaziyanın olacağına inanmıram.
Davamı →

Sevginin tükəndiyini göstərən 10 əlamət

1. Həyat yoldaşınız artıq sizə olan sevgisini göstərməkdən əl çəkib və sizinlə sıravi bir insan kimi rəftar edirsə, xoşlandığınız və əhəmiyyət verdiyiniz şeylərə fikir vermir və artıq heç bir sevgi cümləsi qurmursa.

2. Həyat yoldaşınız artıq işindən, dostlarında, sosial hadisələrdən, hobbilərindən başqa heç bir şeyi düşünmürsə və sizinlə həyatının bir parçası deyilmişsiniz, yox imişsiniz kimi rəftar edirsə.

 3. Evin içərisində birlikdə olduğunuz vaxtlarda məcbur olmadıqca sizinlə heç danışmırsa və demək olar ki ünsiyyətiniz tam kəsilmə həddinə çatıbsa, həyatındakı heç bir vacib hadisəni sizinlə bölüşmürsə.
Davamı →

Hüqonun qəmli sevgilisi

Viktor Hüqonun adı çəkiləndə qarşımızda zəhmli baxışları ilə bizə boylanan, yaşlı kişi, sifətinə qətiyyətli üz cizgiləri hopan insan canlanır. Adətən, belə insanları xarakterizə etmək elə də çətinlik yaratmır: kimsə onun yanında artıq-əskik danışa bilməz və belə adam zarafat etməyi xoşlamaz, hər zaman ciddi mövqeyi ilə fərqlənər. Hətta suyu içəndə, xörək yeyəndə də qidalanma mədəniyyətinin bütün qaydalarına əməl edər, övladları cıqqırını çıxarmaz, kimsə icazəsiz mənzildən çıxmaz, kənar qadınlarla göz-qaşla danışmaz, ümumiyyətlə belə kateqoriyadan olanları yaxına buraxmaz.

İlk baxışda Viktor Hüqo da yuxarıda söylənən xarakterik obrazla uyğun gəlir. Sən demə, burada yanlışlıq varmış. Hər bir kişi kimi Hüqonun da içində balaca uşaq əyləşibmiş, o da dostları ilə kafe-restoranlara gedib hündürdən danışıb-gülüb, o da gözəl qadınlardan vaz keçə bilməyib, yaradıcılıq üçün ilham pərisini zərif cinsdə axtarıb. Necə deyərlər, həyatın qanunauyğunluğu, Tanrının kişilərə bəxş etdiyi bütün xüsusiyyətlərdən dahi yazıçı da qidalanıb.
Davamı →

Şəhvət yoxsa eşq?

Bir ürəkdə iki sevgi ola bilərmi? Lev Tolstoyun “İblis” povestini oxuyandan sonra bu mövzuda yazmaq qərarına gəldim.

“Dirilmə” romanını oxuyanlar xatırlayar, Nexlyudov qulluqçu qız Katyuşanın həyatını məhv etdikdən sonra uzun müddət günah hissi ona əzab verir. Ona elə gəlir ki, Katyuşanın başına gələn bütün bəlalara görə o, günahkardır. Atasından miras qalmış malikanəni kəndlilərə bağışlamaq fikriylə yaşayan bu gəncin daxilində iki hiss daim mübarizədə idi — şeytani hiss və mənəvi hiss. Şeytani hiss insanı həmişə günaha sürükləyir. Amma adına şeytani dediyimiz bu hiss əslində şəhvani hissdir. Bu hiss insana xas olan bir hissdir. Biz o hissə tabe olanda bunun adını günah qoyuruq.
Davamı →

“Ölümsüz sevgili”yə məktub

6 iyul — səhər çağı
Mənim mələyim, mənim hər şeyim, mənim özüm. Bu gün yalnız bir neçə söz yazacağam, özü də karandaşla (sənin karandaşınla) — yalnız səhərdən təzə mənzil axtarmalıyam (1), indi bu, necə də yersizdir. Nə üçün bu dərin kədər zəruriyyət olanda danışır. Bizim məhəbbətimiz başqa cür ola bilərdi, qurbansız, heç nədən məhrum olmadan, bəlkə sən elə edə bilərsən ki, sən tamamilə mənim, mən sənin olum. Aman Allah! Gözəl təbiətə bax, ruhunu sakitləşdir, sevgi hər şeyi tələb edir və tamamilə haqlıdır, belə ki, mənə səninlə, sənə mənimlə yaxşıdır. Sən çox tez unudursan ki, mən ikimiz üçün həm sənin üçün, həm də özüm üçün yaşamalıyam, əgər biz tamamilə birləşə bilsəydik, sən məndən daha az əzab çəkərdin. (2) Mənim səyahətim dəhşətli idi.

Mən dünən səhər 4-də bura çatdım. Atlar az olduğu üçün, poçt başqa səyahət yolu seçdi (3), amma necə dəhşətli yol idi, sonuncu stansiyadan əvvəl mənə gecə vaxtı getməməyi xəbərdarlıq etdilər, meşədə baş verə biləcək təhlükələr haqqında danışdılar, bu, məni yalnız qıcıqlandırırdı, amma mən haqlı deyildim: bu dəhşətli yolda, çilpaq torpaq yolda karet sınmalıydı (4), əgər bu 2 poçtalyon olmasaydı, yolun ortasında qalardım.
Davamı →

Sevginin kök hüceyrəsi: Simona de Bovuarın eşqi

Simone de BeauvoirSənə məktub yazıram. Yazarkən, barmaqlarımın bu qədər gözəl sözü necə bir araya yığa bilməsinə heyrət edirəm.

Sevgini beyinlə bərabər, barmaqların ucunda hiss etmək necə əsrarəngiz hiss imiş. Varlığının möcüzəsi sanki barmağımdan bədənimə işləyib. Yazmaq öpüşmək qədər gözəl deyil, yavan, hətta bir az tənha və olduqca hüzünlüdür. Amma ümidsizliyə qapılmaqdan yaxşıdır.

Simona de Bovuar deyirdi ki: “Eşq məktubu yazmaq böyük axmaqlıqdır. Eşq kağıza köçürülməyəcək qədər alidir. Amma sevdiyin insanla arada Atlantik okean varsa, başqa nə edə bilərsən? Sənə bu qədər məsafədən nə göndərə bilərəm ki? Nə öpüşlərim dodağına yetişər, nə yanağımdan süzülən yaş gözünə görünər. Göndərə biləcəyim sözlərdir!”
Davamı →

Sevgi haqqında 8 həqiqət

Sevgi böyük hissdir, bilinən və bilinməyən tərəfləri var. Nəzərinizə sevgi haqqında elm tərəfindən təsdiqlənmiş 8 həqiqəti çatdırırıq.

Adi bir öpüş stressi azaldır. Hətta öpüş haqqında düşünmək belə bu keyfiyyətə malikdir.

Qucaqlaşmaq ömrü uzadır. Mütəmadi qucaqlaşan cütlüklərin ürək problemi riski daha az olur. Bu həmçinin psixoloji problemlərədə aiddir.

Qucaqlaşaraq yatmaq baş ağrısı riskini azaldır. Qucaqlaşaraq öpüşən zaman oksitosin hormonu ifraz olunur. Bu hormon baş ağrısı müalicəsində istifadə olunan dərmanların əsas maddəsidir.
Davamı →

Sevgi nədir? | Sadiq Şamilov

İnsani hisslər ümumi məcmudur. Gəlin burdan “sevgi” adlı hissi alaq, çıxaraq ataq kənara sonra da onu incələyək görək sevilə bilirik mi və ya bu sevgi adlı şey nədir? Açın baxın kitablara, kimiləri sevgini sekslə bağlayıb, kimiləri isə ən yüksək hiss kimi adlandırıb. Daha kitablardan və ya şəxslərdən örnəklər verməyəcəm Freydi oxumayan onsuz da qalmayıb. İndi bu sevgi necə yaşanır, ya da nə etdirir? Bəlkə, sevgi dediyimiz şey sadəcə əziyyətdir. Şəxsən mənə maraqlıdır. Mən də oturub öz fikirlərimi yazdım. Ola bilsin doğrudur, ola bilsin səhvdir. Hər halda dilə gətirməyim özü də bir cəsarətdir. Uzatmayaq keçək fikirlərimə.

Sevgi nədir? Çox çətin sualdır. Çətin olmaqla yanaşı nisbi sualdır və buna uyğun olaraq cavabları da nisbdidir. Çünki bu sualı elm adamına versəz, sizə sevginin əslində hormon olduğunu, dopomin və seratonin kimi xoşbəxtlik hormonlarının toplusu olduğunu söyləyəcək. Hətta sevgi hormonu deyə bir formul da var ki, elm adamlarının dediklərinə görə, bu formul sevginin ana maddəsidir. Rəsmdə görürsüz.
Davamı →

Sevgilinizin sizdən sıxılmasına icazə verməyin

Bəzən münasibətimizdə narahatlığa səbəb olmamaq üçün xoş olmayan davranışları görməzlikdən gəlib, səs çıxarmırıq. Bəzən isə aşiq olmağın bizə bəxş etdiyi xoşbəxtlik və həyəcandan özümüzü sevgilimizə həsr edərik. Xüsusilə münasibətimizin irəliləyən dövrlərində həyəcan get-gedə azalır. Əlaqənizdəki həyəcanın ilk gündəki kimi qalması üçün 3 sadə amma təsirli tövsiyə əməl etmək lazımdır.

1. Düşüncələrinizə sadiq qalın.
Sevgilinizin fikirləri ilə razılaşmamağı əlaqəniz üçün təhlükə qəbul edə bilərsiniz. Çox insan eyni fikirlərə sahib olmağın xoşbəxt münasibətin düsturu olduğunu düşünür. Lakin fərqli düşündüyünüz mövzularda fikirlərinizi müdafiə etməyiniz və hər şeyə bəli deməməyiniz, sizi sevən və düşüncələrinizə əhəmiyyət verən insanın hörmətini qazanacaq və əlaqənizi gücləndirəcək.
Davamı →

İlk görüşdə bu mövzulardan danışmayın

İlk görüşdə hər zaman xoş söhbətlər etməyə çalışırıq. Görüşünüzün müvəffəqiyyətlə keçməsi üçün bəzi mövzuların söhbət zamanı danışılması məqsədə uyğun deyil.

1. Köhnə sevgiliniz barədə hər hansı mövzu
Burada mövzunun nə olduğu əhəmiyyətli deyil. Əhəmiyyətli olan köhnə sevgilinizlə əlaqədar hər hansı söhbətə başlamağınızdır. Çünki mənfi xatirələrinizi danışmağa başladığınız an qurban, gözəl xatirələtinizi danışan zaman isə hələ köhnə sevgilinizi unutmamış kimi görünəcəksiniz.
Davamı →
Top