Xanım və ya Cənab Mükəmməli tapıb-tapmadığınızı necə öyrənə bilərsiniz? Bu çox qədim bir dilemmadır.
Bəlkə də ürəyinizdə düşünürsünüz ki, ev-ailə olmaqda tələsmisiniz və daha yaxşısını tapmaq olardı. Ya da qorxursunuz ki, əldə olanı buraxsanız, bunun kimi yaxşısını bir də heç vaxt tapmaya bilərsiniz.
Ailə, ev olmağın vaxtını necə təyin etmək olar? Riyaziyyat bizə ən yaxşı ömür-gün yoldaşını tapmaqda kömək edə bilərmi?
BBC-nin “More or Less” proqramına müsahibəsində riyaziyyatçı Matt Parker “optimal dayanma problemi” adlandırdığı məsələnin həllinə elmi yanaşma təklif edib.
“Partnyorları tanımaq üçün onlarla görüşüb söhbət edərkən, siz namizədləri saf-çürük edirsiniz, birisini siyahıdan silirsiniz, lakin sonradan həmin namizədə qayıdıb, “bura bax, mən fikrimi dəyişmişəm – indi bilmişəm ki, sən mənim tapa biləcəklərimdən ən yaxşısısan” demək həmişə çox çətindir” – deyir riyaziyyatçı.