Sevgi kateqoriyası üzrə məqalələr

Sevsəydi Ayrılardı?

Ayrılıqlar hər zaman çətindir, xüsusilə də əgər ayrılmısınız və onun səbəbində hələ də məntiqli açıqlama görə bilmirsinizsə.Məhz elə bu cür baş verən ayrılıqları unutmaq tərəflər üçün çox çətin olur.Beyində olan suallara cavab tapılmadıqca hər zaman keçmişdə olanlar xatırlanacaq və həmin şəxs öz yoluna davam etməkdə çətinlik çəkəcək.

Bu səbəblərə görə də beynimizdə eyni sual dönüb – dolaşacaq :

Sevsəydi ayrılardı ?
Davamı →

Münasibətlərə zərər verən 5 davranış

Uşaqlıq illərindən etibarən aşiq ola və birini sevə bilərik. Həyatımızın hər mərhələsində özümüzə daha yaxın hiss etdiyimiz dostlarımız mütləq olur.

Qurduğumuz münasibətlər problemsiz davam etmir və bu səbəblə çəkişmələr, küskünlüklər, ayrılıqlar yaşaya bilirik. Sadəcə qarşı cinslə olan eşq münasibətlərimizdə deyil, həyatımıza girən hər insanla bir münasibət qurmuş oluruq və bəzən bu münasibətləri davam etdirə bilmirik. Xüsusilə uzun müddətli münasibətlərdə və evlilik mərhələsinə çatan münasibətlərdə daha çox problemlər yaşayırıq. Münasibətə bəzən özümüz öz əlimizlə zərər vermiş oluruq. Bəs münasibətimizə zərər verən davranışlar hansıdır?
Davamı →

Kim daha tez aşiq olur?

Axmaq adam tələsir. Sosioloqların fikrincə, kişilər də tələsir. Bəs səbəb nədir?

“Mən səni sevirəm”

Belə bir dözülməz ümumi qənaət var ki, qadınlar bu üç sözdən ibarət klassik bəyanatı vermək, “bizim axırımız necə olacaq”, “biz indi nəyik” kimi sualların cavabını dərhal bilmək üçün sinov gedirlər. Amma tədqiqatlar başqa şeyi göstərir: heteroseksual kişilər qadın partnyorlarından fərqli olaraq, aşiq olmaq, yaxud aşiq olduqlarını zənn etmək üçün daha çox tələsirlər.
Davamı →

Flört etmək nəyə görə vacibdir?

Flört etməyin fəlsəfəsi
Digər şirkətdə işləyən bir adam var ki, sən onunla tez-tez telefonda danışmalı olursan — əksərən lisenziya razılaşması kimi cari işlər barədə. Siz heç vaxt qarşılaşmamısınız, hərəniz dünyanın bir ucunda yaşayırsınız, bununla belə, onun profil şəkli səni dinc qoymur: ağ köynək geyinib, gözəl eynək taxıb, amma sən bilirsən ki, ona bu barədə nəsə bir söz deyə bilməzsən.

Onunla danışmaq həmişə əyləncəlidir – onun səsini eşitmək xoşdur; nəsə bir problem çıxanda, o, sözləri qəşəngcə uzada-uzada “a… bilirəm… bilirəm” deyir – sən ancaq ticarət hüquqları barədə təkliflərdəki qarışıqlıqdan şikayətlənirsən, amma onun səsi səninki kimi səslənmək əvəzinə, digər mümkün imkanlar barədə təkliflər verir: kaşki sən ona Antverpendəki satış konfransında özünü necə yalqız hiss etdiyini və ya Baxın “Bist du bei mir” kantantasına qulaq asarkən necə doluxsunduğunu deyə bilərdin.
Davamı →

Evlilikdə sevgi şərtdirmi?

Biz uşaqlıqdan sevgi olarsa evliliyin yağ-bal kimi gedəcəyinə inanmışıq, amma reallıq budur ki, evlilik çoxlu güzəştlər tələb edir” – Rakuel Velç

“Sevgi və evlilik bir-birini tamamlayır” anlayışı hələ də yayğındır, lakin gün keçdikcə buna əks arqumentlər də çoxalır. Ona görə də biz əsl sevgi deyəndə nəyi nəzərdə tutduğumuzu aydınlaşdırmalıyıq.

Sevgi və evlilik arasındakı əlaqə
“Yaşa dolduqca, insan irqinin evli olmadığım nümayəndələri ilə daha az vaxt keçirmək istəyirəm” – Robert Brault

Evlilikdə sevginin şərt olması barədə fikir əslində təzəlikcə ortaya çıxıb. Evliliyin tarixi barədə kitab yazan Stefani Kuntz (2005) bu fikrin cəmi iki əsrdir ki, geniş yayıldığını bildirir: “İnsanlar daim bir-birlərini seviblər və əsrlər boyunca cütlüklər arasında ürəkdən gələn məhəbbət olub. Lakin tarixdə çox nadir hallarda sevgi evlilik üçün əsas şərt sayılıb”.
Davamı →

Sevgini necə hiss etdirmək olar?

Yoxsa, siz də “Həyat yoldaşımı çox sevirəm, ancaq sevgimi göstərə bilmirəm”, – deyənlərdənsiniz? Əgər belədirsə, onda aşağıdakıları oxumağa dəyər…

Bir insanın öz həyat yoldaşını sevməsi həm ehtiyac, həm də zərurətdir. Ancaq unutmayın ki, ailənizdə sevgini artırmaq istəyirsinizsə, sevginizi sevdiyiniz adama hiss etdirməlisiniz. Çünki insan sevgisini hiss etdirdikcə bu, qarşı tərəfə də müsbət təsir göstərir və qarşı tərəfdə də sevginin artmasına səbəb olur.

Üstəlik, bu sevgi mübadiləsi davam etdikcə ailə daha da möhkəmlənir. Təbii ki, burada ailə həyatı üçün yeganə amilin sevgi olduğunu demək olmaz. Ailədə sevgi nə qədər vacibdirsə, hörmət, etibar, sədaqət də bir o qədər vacibdir.
Davamı →

Şopenin sevgisi

Zamanının iki məşhur siması – fransız yazıçısı Corc Sand (Avrora Düpenin təxəllüsü, ərlik familiyası Düdevan) və Polşa bəstəkarı Frederik Şopen təxminən 10 il sevgili olublar.

Köhnə qaydaların mühafizəkarları Corc Sandı cəsarətli, müstəqqil və azad filirlərinə görə sevmirdilər. O, Noan malikanəsinin sahibəsi kimi sakit həyatı çətin yazıçılıq sənətinə, baronessa Düdevan adını isə kobud kişi təxəllüsü Corc Sanda dəyişmişdi. Hekayətimiz üçün xanım Sandın bir çox görkəmli ədiblərlə münasibətini seçə bilərdik. Əgər yazıçı Prosper Merime keçici bir epizod idisə, onun şair Alfred Müsse ilə macərası indiyədək fransız ədəbiyyatı tədqiqatçılarını “müsseçilər” və “sandçılar” qisminə bölür. Belə ki, həm bu, həm də digər yazıçının nəhənd ədəbi irsi bu çılğın romanın cərəyan etdiyi dövrü əhatə edir. İki əsil sənətkar çox poetik və təmtəraqlı şəkildə ayrılırlar.
Davamı →

Turgenevin sevgisi

Polina ViardoXəyallar qədər qeyri-adi görünən bu macəra 40 il davam edib və iki görkəmli insanın ən güclü sevgi bağlılığı kimi bu günədək misal çəkilir. Turgenev bütün ömrünü “Polina ilə görüşənədək” və “Polina ilə görüşdükdən sonra” mərhələlərinə bölür. Böyük opera artisti, kifir və ərli qadın olan Viardonu “Turgenev üçün narkotik” adlandırırdıar.

Onu bircə sözlə – “sirena” (qədim yunan əsatirində: dəniz pərisi – tərc.) adlandırmaq daha doğru olardı. Müğənninin amiranə, sehrli səsi və qeyri-adi səhnə temperamenti (“qaraçı”, – Turgenevin anası onu belə adlandırırdı) var idi.

“Mən sizdən uzaqda yaşaya bilmirəm. Mən sizin yaxınlığınızı hiss etməli, ondan zövq almalıyam. Gözlərinizin mənə parlamadığı gün – itirilmiş gündür”, – o, əvəzində heç nə istəmədən Polinaya yazırdı.

Yazıçı həmişə ya Viardogildə, ya da onun evinin yaxınlığında yaşayar, Avropanın yalnız Polinanın qastrola getdiyi ölkələrinə səyahət edərdi. Turgenevi vətənpərvər olmamaqda (həqiqətən də o, Rusiyada çox az-az olurdu) və gələcəyi olmayan bu mənasız münasibətə son qoymağa iradəsi çatmadığı üçün suçlayaraq amansızcasına tənqid edirdilər.
Davamı →

Yesenin və Dunkan

Qızılı saçlı şairin çoxlu sevgi əlaqələri olub, o, qadınları tez-tez dəyişirdi. Lakin bütün romanları ötəri, keçici idi, Zinaida Rayx və Aysedora Dunkanla olan əlaqələrindən başqa. Yesenin yalnız onlar haqqında deyirdi ki, bu qadınları həqiqi məhəbbətlə sevib. Şairin hər iki sevgilisinin taleyi faciəli sonluqla bitir: Zinaida Rayx öz evində qətlə yetirilir, Aysedora Dunkan isə şərflə boğularaq öldürülür.

Aysedora Dunkanı müasir tərzdə rəqs edən ilk rəqqasə, striptizin banisi, görkəmli balerina adlandırırlar. Aysedora hara gedirdisə, arxasınca qalmaqallar və macəralar şleyfi (qadın paltarının yerlə sürünən uzun dal ətəyi – tərc.) də ardınca gedirdi. O, hətta bir dəfə səhnədə “ədəbsiz” hərəkət etdiyinə və tamamilə açıq-saçıq paltarla çıxdığına görə həbs olunmuşdu.
Davamı →

Sevgi hekayəsi | Bernard Şou – Stella Patrik Kempbell

Düz altmış il boyunca Şou əlliyə yaxın pyes yazıb. Hələ Birinci dünya savaşınadək o, təkcə İngiltərədə deyil, həm də bütün Avropada böyük dramaturq kimi tanınırdı. Uzun illər onun sevgilisi olmuş Stella Patrik Kempbell isə dövrünün ən məşhur və heyrətamiz aktrisası kimi London səhnəsində parlayırdı. Onların macərası olduqca qəribə və müəmmalarla dolu tarixçədən ibarətdir.

Sevgililər 40 il ərzində bir-birilərinə, demək olar ki, dünyadakı bütün məsələlərə dair çoxlu məktublar yazıblar. Hər ikisinin dili məcaz və aforizmlərlə, istehza və tikanlı sözlərlə zəngin idi. Stella Bernard Şouya məktubunda deyir: “Əgər mən Sizin kimi məktub yaza bilsəydim, Cənab Tanrının özü ilə yazışardm”.

Cütlük təkcə səhnədə deyil, həyatda da rol oynayırdılar. Məhz buna görə də onların münasibətləri haqqında indiyədək vahid bir fikir yoxdur: aralarında real məhəbbət romanı yaşanıbmı, yoxsa hislərinin bütün çılğınlıqları yalnız kağız üzərindəmi qalıb?
Davamı →
Top