Müsəlman şərqi ölkələrinin tarixi keçmişinin də, bu gününün də şahidlik etdiyi xoşagəlməz məsələlərdən biri qadın hüquqlarının pozulması, qadınların alçaldılması ilə bağlı eybəcər ənənələrlə bağlıdır. Klassik və müasir Azərbaycan ədəbiyyatında, eləcə də digər müsəlman şərqi ölkələrinin ədəbi nümunələrində tənqidə tutulan bu ənənələr çox zaman müsəlmanların arxaik və gericil milli mədəniyyətləri müstəvisində aşkarlanır. Əslində isə bunların yaşarılığını təmin edən, bunları gündəmdən – çağdaşlığımızın fonunda idbar görüntülərdə müəyyənləşən məişət münasibətləri gündəmindən – düşməyə qoymayan, tarixin arxivinə verilməkdən saxlayan başlıca məqam saxtalaşdırılmış dini yozumlardan su içməsi ilə şərtlənir. Bu yazıdan məqsədim gericil müsəlman ailələrində ərin öz zövcəsinə əl qaldırması kimi kobudluğun “dini” mündəricəsini aşkarlamaqdır.
Bu gün əziz oxucularımla cəmiyyətdə mövcud olan və çoxlarının diqqətindən kənarda qalan bir problemi bölüşmək istəyirəm. Söhbət Hicabdan gedir. Azad demokratik öklədə yaşamağımıza baxmayaraq, bugün hicablılara qarşı münasibət fərqlidi. Mən buna ayrıseçkilik də deyərdim. Bu ayrıseçkiliyi həm cəmiyyətin hicablılar haqqında düşüncə tərzi, həm də onlara qarşı münasibətində müşahidə etmək olar.