ŞEİRLƏR kateqoriyası üzrə məqalələr

Mirzə Ələkbər Sabir - Amma, millət a!

Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!….
Az zamanda nə sərəncam etdi?! Amma, millət a!….
Öz gücün hər qövmə ifham etdi?! Amma, millət a!….
Varlığın mərdanə elam etdi?! Amma, millət a!….
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..
Davamı →

Almas İldırım - Əlvida Bakı

Əlvida, еy müşfiq ana, əlvida...
Bu anda qəlbimdə nə dərin qəm var,
İçimdə bir sızı, gözümdə nəm var,
Əlvida, еy müşfiq ana, əlvida…

Səndə kеçib gеtdi iyirmi dörd yaşım,
Bir zaman bəladan çıхmadı başım,
Sən оldun həmdəmim, dərdli yоldaşım,
Laylalar söylədin mana, əlvida…
Davamı →

Abbas Səhhət – YAY SƏHƏRİ

Od tutub qırmızı atəşlə yenə yandı üfüq,Abbas Səhhət - Yay səhəri
Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq.

Bir qədər çaydan uzaq, od qalamış dağda çoban,
Oyadır öz sürüsün otlaya yaylaqda çoban.

Yumuşaq göy çəmənin üstə düşüb şeh gecədən,
İsti yoxdur, hələ var bir balaca meh gecədən.

Ağ dumanlar ucalır göy üzünə dağlardan,
Çox sərindir havası, keçmə bu yaylaqlardan.

Gün çıxır, göydə bulut qırmızı rəngə boyanır,
Kəndlilər çox yorulub, uykudan indi oyanır.

Pəyədən mal-qaranı bəzi çıxardır qırağa,
Bəzi səhrayə gedir işləməyə, bə’zi bağa.
Davamı →

Ramiz Rövşən - Yavaş yavaş sevdim səni

Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.

Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.
Davamı →

İstərəm | Qurbanova Mələkxanım

Səssizlikdə gecə sükutunda
Mən səni ağlayaraq sevdim
Qaranlıqda səssiz bir boşluqda
Mən səni düşünərək sevdim

Sanki izləyirəm gülüşünü mən
Dilimdəki isə yalnızca sənsən
Sakitcə baxaraq bomboş tavana
Mən səni sevdim xəyallarınla
Davamı →

İlk eşqim

Yenə xoş bir gecədə gözlərimdəsən
Qəlbimin ən dərin yerlərindəsən
Ancaq sən bunları hardan biləsən
Çünki sən qarşılıqsız ilk eşqimsən
Davamı →

Səni sevmirəm!

Bir gün gecə vaxtı düşdün yadıma
Yenə də gəlmisən sən xəyalıma
Anlada bilmirəm bir kəsə səni
Çıxara bilmirəm ağlımdan səni.
Mən sənə dedimki səni sevirəm
Sənsə cavabında dedin neyləyim
Mənki səni deyil onu sevirəm
Sənin cavabın verdi mənə təlim
Tək cavabına mən oldum təslim.
Sevgimi görmədin, məni duymadın
Düşündün sadəcə sözdə sevirəm
Mən səni görəndə çox sevinirdim
Nədəndir bilmirdim amma gülürdüm
Görmək istəməzkən artıq mən səni
Sən mənə deyirsən sevirəm səni.
Niyə mən sevəndə sevmirdin məni
İndiki yenədə tənha qalmısan
Bəlkədə dünyada ən gözəl pəri
Qoynunda o deyə ağlayacaqsan.
Geri gəl geri gəl desəndə mənə
Bilki dönməyəcəm bir daha sənə
Sən mənə deyirdin səni sevmirəm
İndi məndə sənə onu deyirəm.
Deyirsən hər gecə düşündüm səni
Elə bilirsən mən düşünməmişəm?
Keçirdiyim hər dəqiqə hər saniyəmi
Səni düşünərək acı çəkmişəm.
Düşündüm görəsən indi nə edir
Sevirmi ürəyi başqa kimsəyi
Düşündüm görəsən o hara gedir
Yeni yer tapdımı onun ürəyi.
Arada görürdüm yuxumda səni
Ancaq gedirdin sən gəldiyin kimi
Sonra düşünmədim heç zaman səni
Çünki sevilmirdim sevdiyim kimi.
Sən mənim qəlbimi çox qırdın anla
Bilirsən nə qədər acı çəkmişəm
Min bir tövbə ilə min bir yalanla
Gəlsəndə mən səni əfv etməyəcəm.
Bilirəm sevirsən indi sən məni
Mən yox dedikcə də durmayacaqsan
Ancaq bunu bilki qırılan qəlbi
Milyon il keçsədə tapmayacaqsan
Xatırla bir vaxtlar mənə gülürdün
İndiysə qarşımda sən diz çökürsən.
Deyirdin qadındır yəqin gücsüzdür
İndiysə gücümün kölgəsindəsən.

25 Oktyabr, 2016- Qurbanova Mələkxanım
Davamı →

Mən və əsəb

Məndə bilirəm əsəbi olduğumu
Amma neyləyim ki, dözə bilmirəm
Kiminsə qarşımda susdurulduğunu
Gördükdə neyləsəm susa bilmirəm
Deyirlər gözünü yum qulağını bağla
Haqsızlıq olunsa sən bunu duyma
Amma bilmirlər ki, gözümü yumsam
Yenə onu açmaqçün mən çırpınacam
Axı heç kim mənim qədər bunu düşünmür
Hamısı gözün yumub hörmət gözləyir
Etdikləri haqsızlıqları özləri görmür
Oturub hamıdan kömək gözləyir.
Bəxtiyar deyirdi:
«Mənə əsəbisən deyən düz deyir,
Mənim nöqsanımı demək istəyir.»
İndi təsdiqləyirəm məndə bu fikri
Bəli nöqsanlıyam mən doğulandan
Heç kəsin düşünmədiyi ən incə şeyi
Mənsə düşünürəm gördüyüm andan.
Əslində nöqsan mən deyiləm
Nöqsan mənim sözlərimdi
Nöqsan mənim gözlərimdi
Onlar gizlətmir fikirlərimi
Onlar gizlətmir bu əsəbimi
Düzdür əsəbiyəm amma haqlıyam
İstəmirəm bir kəsə haqsızlıq olsun.
Hamının bir-birin yediyi zaman
Tülkü kimi biri cücəylə doysun


03.08.2017- Qurbanova Mələkxanım
Davamı →

Əfzələddin Xaqani "ANA"

Əgər olmasaydı ana zəhməti,
Qazana bilməzdim heç bu şöhrəti.

Yandırmaq istərkən qəlbimdə çıraq
Qəlbimi mum etdi, sözlərini yağ.

Onun ruzisilə xoş olar halım,
Onun duasıyla gülər iqbalım.

Onun hər sözündən alıram qüvvət;
Qaladır verdiyi hər bir nəsihət.

Düşmən tənəsilə kəsilsə yolum,
O zəif qarıdan güc alar qolum.

Onun duaları olmasaydı, ah!
Ömrüm puç olardı, yəqin, bir sabah.

Onun haqqı çoxdur boynumda, bişəkk,
Boynumda əmimin haqqı olan tək.

Əfzələddin Xaqani
Davamı →

Bəli əsəbiyəm!

Mənə "əsəbisən" deyən düz deyir
Mənim nöqsanımı demək istəyir.
Söz atdın...
Könlümdə qopdu zəlzələ,
Bilmədim,nə zaman çıxdım özümdən
Toxundun könlümə
üstəlik hələ
Deyirsən, lal olum, qışqırmayım mən?
Dəmir dəmirdi ki, toxunsan əgər
O da cingildəyər, o da səslənər.
Mən ki istəmərəm bir ürək sına
Əsəbiyəm,
Çünki həyəcanım var.
Hardasa bir haqqın tapdanmasına
Mən dözə bilmərəm isti qanım var
Mənə biganədir soyuqqanlılıq
Hər şeyə öz ölçüm, öz tərəzim var
Sənin qərəzinin mənə dəxli yox
Mənim öz görüşüm, öz qərəzim var.
De, necə od tutub alışmayım mən-
Fikirsiz, məsləksiz ölü canlara?
Bəli, əsəbiyəm, heç çəkinmədən
Mənim əqidəmə toxunanlara
Dünyaya gəlmişəm, qanam.
Anladım,
Ürəyim od tutub yanar.
Bəli,əsəbiyəm, çünki insanam,
Mənim nifrətim var, məhəbbətim var.
Quzuya da bəli?
Qurda da bəli?
Deyirsən, olmasın baxışım mənim?
Nöqsanım budursa əgər...
Deməli,
Ancaq naxışımdır yalnışım mənim.


Bəxtiyar Vahabzadə
Davamı →
Top