Birləşmiş Millətlər sistemi əsas və köməkçi orqanlardan, ixtisaslaşmış və muxtariyyət təşkilat və müəssisələrindən təşkil olunmuşdur.
Baş orqanlar:
- BMT-nin Baş Assambleyası;
- BMT-nin Təhlükəsizlik Şurası;
- BMT-nin Iqtisadi və Sosial Şurası (EKOSOC);
- BMT-nin Qəyyumluq üzrə Şurası;
- BMT-nin Beynəlxalq Məhkəməsi;
- BMT-nin Katibliyi
Ixtisaslaşmış müəssisələr:
- Əməyin beynəlxalq təşkili (ƏBT);
- BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatları (FAO);
- BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı (YUNESKO);
- Ümumdünya səhiyyə təşkilatı (ÜST);
- Beynəlxalq Valyuta Fondu (BVF);
- Ümumdünya Bank qrupu;
- Beynəlxalq Yenidənqurma və Inkişaf Bankı (BYIB);
- Beynəlxalq Maliyyə Korporasiyaları (BMK);
- Beynəlxalq Inkişaf Assosiasiyası (BIA);
- Investisiya zəmanəti üzrə çoxtərəfli agentliklər (IZÇA);
- Investisiya Mübahisələrini Tənzimləmək üzrə Beynəlxalq Mərkəz (IMTBM);
- Beynəlxalq Dəniz Təşkilatı (BDT);
- Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT);
- Elektrik Rabitəsi üzrə Beynəlxalq Ittifaq (EBI);
- Ümumdünya Poçt Ittifaqı (ÜPI);
- Intellektual Mülkiyyət üzrə Ümumdünya Təşkilatı (IMÜT);
- Sənayenin inkişafı üzrə BMT-nin Təşkilatı (SIYÜ);
- Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT);
- Kənd Təsərrüfatının Inkişafı üzrə Beynəlxalq Fond (KTIBF).
BMT ilə əlaqəsi olan digər orqanlar:
- Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA);
- Ümumdünya Ticarət Təşkilatı (ÜTT);
- Ümumdünya Turizm Təşkilatı (ÜTT);
- Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında BMT-nin hazırlıq komissiyası (NSQEHHK);
- Kimyəvi silahların qadağan edilməsi üzrə Təşkilat (KSQET);
BMT-nin iki növ xüsusi komissiyası mövcuddur:
1.Regional Komissiya:
- BMT-nin Avropa Iqtisadi Komissiyası (AIK).
Asiya və Sakit Okean ölkələri üçün iqtisadi və Sosial Komissiya (ASISK);
- Afrika üçün Iqtisadi Komissiya (AIK);
- Qərbi Asiya üçün Iqtisadi Komissiya (AIK);
- Latın Amerikası üçün Iqtisadi Komissiya (LAIK).
2.Funksional komissiya:
- sosial inkişaf komissiyası;
- insan hüquqları üzrə komissiya;
- narkotik vasitələr üzrə komissiya;
- cinayətkarlıq və cinayət və ədalət məhkəməsi üzrə xəbərdarlıq;
- elmi-texniki inkişaf məqsədləri üzrə komissiya;
- möhkəm inkişaf üzrə komissiya;
- qadınların vəziyyəti üzrə komissiya;
- əhali və inkişaf üzrə komissiya;
- statistika komissiyası.
BMT sisteminə həmçinin Ticarət və Inkişaf üzrə Konfrans (TIÜK - UNCTAD), BMT-nin Inkişaf Proqramı (BIP), BMT-nin Uşaq Fondu (BUF-UNİCEF) və bir çox proqram və fondlar daxildir. BMT-nin özünün bir çox elmi-tədqiqat institutları və BMT universiteti vardır.