Romantika və düşüncələr kateqoriyası üzrə məqalələr

Salam almayanlar arasında yaşamaq

İnsanın ən boyuk rəqibi zaman, onun ucunsə  ən dəyərsiz olan insan duşuncələri.Həyat bir neçə notdan və onun çoxlu təkrarından ibarət, uzun, üzücü bir nəqarət. Bu gün bayram, sabah matəm.

Onları nə vaxt yaşadın ki, indi ildönümləri yaxandan əl çəkmir. Bu yaşadığın həyatın əsli deyil, bəlkə, surətidir, bəs onda hanı bu həyatın əsli?!
Uzun, üzücü bir nəqarət...

Sən yenə solo oxumaq istərdin,  lakin imkansız,  “Bir çayda yalnız bir dəfə çimmək mümkündür”.

Sən özündən ən azı yaşca nə qədər böyük olan fikri  dəyişə  bilməzsən, onunla döyüşə  bilməzsən, ancaq  barışa bilərsən.

Bilirəm, çətindir, çoxdan sözə çevrilmiş, dırnağa (hasara) alınmış bu fikirlərin əhatəsində yaşamaq.

Cəmiyyətdən kənar, xəyali səhralar çoxdan  zəbt edilmiş, “yeni torpaqlar” kəşf olunmuş, dənizlər keçilmiş, göylər ayaqlanmış.

Körpülər dilənçilərin, parklar, küçələr səfillərin.

Davamı →

Səfehcəsinə xoşbəxt

Yağış yağır, yaz yağışı. Bu yağışın tanış ritmi çoxdan unutduğu çöhrə kimi yaddaşını qıdıqlayır. Yadına nə vaxtdı xatırlaya bilmədiyi bir ömür düşür. Bu yağışın o üzündə qalan ömür.

Nəsə nəm, yağış, rütubət qoxulu bir xatirə ona rahatlıq vermir. Hansısa islaq bir xatirə.

Bu köhnə bir nağıldır. Çoxdandır, sevə, təzələyə, sevindirə bilmədiyi ömrün bəlkə də yeganə nağılı. Və o, bir çətir, alabəzək bir çətir görür, yağışdan və sevincdən islanmış üz. Çətirdən daha alabəzək, səfehcəsinə xoşbəxt təbəssüm. İslaq küçə, qoşa addımlar, baxışların heyrətli parıltısı.

Tanış binalar, yad adamlar, yad adamların üzündəki doğmalıq. Yaxınlıqdakı bağ, bağdakı yaşıl rəngli tablo, tablodakı ağacların sevinci. Mavi gödəkcə, onun altında həyəcanla çırpınan quş ürəyi. İyirmi üç yaş, həyatın gözəlliyi, balaca uşağın təzə, güllü donuna bənzəyən rəngbərəng ümidlər.

Və sonra hər şey qurtarır, daha doğrusu, qurtarmır hər şey, yarımçıq qalır.

Davamı →

Məktub

 Məktub

Qatarın səsi yaxınlaşırdı. Bu qatar da heç vaxt onunla yola getməyib. İmtahana tələsəndə həmişə qatar gec gəlirdi. Ya da iki stansiya arasında  bir müddət dayanır, sonra hərəkət edirdi. İndi isə tərsinə. İstəyirdi gec gəlsin qatar.

Hərəsi bir sütuna söykənib dayanmışdı. Hərdən gizlincə bir – birinə baxırdılar. Danışmırdılar, heç bir – birinə yaxınlaşmırdılar da. Artıq danışmağa sözləri qalmamışdı. Yalnız gözləri növbə ilə qarşıdakının yerə dikilmiş gözlərinə baxırdı. İndi hər ikisi qatarın gec gəlməsini istəyirdi.  Amma qatar yaman tələsirdi bu dəfə. Dəmir təkərlərin takkıltısı bir ayrılıq nəğməsinin  nəqarət hissəsini böyük ustalıqla  səsləndirirdi. Bu səs uzun müddət hər ikisinə bu günü xatırladacaqdı, hər ikisi heç vaxt bu səsi  unutmayacaqdı, bəlkə də hər ikisi yox, yalnız biri.

Davamı →

Fədakarlıq

“...özləri еhtiyyac içində olduqları halda onları (ehtiyaclıları) özlərindən üstün tutarlar (qabağa salarlar)...”

Bir ayənin hekayəti...

Türkiyəli kinorejissor Murat Aslanın “Ümid” adlı filmini izlədim bu gün. Çox qəddar filmdir. Amansızdır. “Getmək zamanı indi” cümləsi ilə başlayır melodram. İkinci cümləsi: “səndən sənin üçün imtina edirəm”...

Yəqin ki, anladınız; filmin leytmotivi fədakarlıqdır; Həbsdən illər sonra çıxan Yılmaz ilk öncə xəstə olan həyat yoldaşını itirir. Oğluna qovuşur amma o sevinci yaşaya bilmir, çünki oğlu da xəstədir. Cəmisi 5-6 yaşı olan Ümidə (uşağın adı belədir) “ilik nəqli” əməliyyatı gərəkir. Bunun üçün isə nə az, nə çox, düz 400 min avro lazımdır. Amma hardadır Yılmazda bu qədər pul?! Xəstəxanada Yılmaz təsadüfən bir nəfərlə tanış olur. O, Yılmaza deyir ki, böyrəyini satıb oğlun üçün uyğun ilik ala bilərsən, mənim tanışlarım var, gəl sənə kömək edim. Yılmaz razılaşır. O adam Yılmazla müştərini görüşdürür. Uzun söhbətdən sonra müştəri ona lazım olan üzvün hansı olduğunu dedikdə Yılmaz şoka düşür. Sən demə müştərinin xəstəsi üçün böyrək deyil, ürək lazım imiş. Beləliklə Yılmaz seçim qarşısında qalır, ya özünün ya oğlunun həyatı davam etməlidir. Həyat bahasına həyat yəni. Bir müddət düşündükdən sonra qərarını verən Yılmaz onu müştəriyə belə açıqlayır: “şərtim budur ki, birinci oğlumu həyata döndərəsən ki, rahat olum”. Razılaşrlar. Yılmaz Ümidinin yaşaması üçün öz həyat arzusundan keçə bilir yəni.

Davamı →

Ömür bitmiş fikir deyil | Səhər Əhməd

Necə xoşbəxt görünür hər kəs öz tələsində.Son damla goz yaşı da kirpiklərin ucundan ozunu atar mənfi sonsuzluga...

Öldürmək də ölmək qədər asanmış, yaşatmaq da yaşamaq kimi çətin.

Gerçəkliklə romantika arasından sərhədlər götürülsə  aydın olar ki, əsl gerçək – ən dərində hiss etdiyindi, ən asan yaşadığın yox.

… Heç bir ömür bitmiş fikir deyil, onsuz da, çünki heç bir fikir bitmir, əslində.

Bu dünyada ölümlər belə təkrardı, ölümlərin belə surəti çıxarılmış.

Bizə zamanı tanıtmadılar, əbədiyyət barədə nağıllar yanlış.

Piyadalar ən yaxşı halda vəzirə çevrilər,  şaha yox.

Gecikmiş məğlubiyyət qocalıqdakı ölüm kimidir, adamı elə də incitmir.

Bir ovuc Vətən torpağı satılır, bir udum qürbət havasına…

Davamı →

Fərqinə varmalı insan | Can Yücel

fərqinə varmalı insan... Fərqinə varmalı insan. Fərqin fərqinə varmalı, fərqinə vardıqlarını da bildirməməli bəzən...

 Bir damla sudan necə yaradıldığını fərq etməli. Ana qarnına sığarkən dünyaya niyə sığmadığını və ən sonunda dar qəbirə necə sığmaq məcburiyyətində qalacağını fərq etməli. Bu çox geniş görünən dünyanın, axirətə nisbətlə ana qarnı kimi olduğunu fərq etməli.

   Hələ körpəykən «Dünya mənim! „-deyirmiş kimi ovuclarının sıx bağlı olduğunu, ölərkən də eyni ovucların “Hər şeyi buraxıb gedirəm daha! „deyirmiş kimi açıq qaldığını fərq etməli. Və kəfənin cibi olmadığını da fərq etməli.

  Əzraillin hər an sürpriz edə biləcəyini, necə yaşasa elə öləcəyini fərq etməli insan. Heyvanların yolda, səkidə, zibillikdə, amma özünün gözəl hazırlanmış mükəlləf bir süfrədə yemək yediyini fərq etməli. Yaradılmışların ən gözəli olduğunu fərq etməli və ona görə yaşamalı.
Davamı →

Yalan dünyanın gerçək üzü

Həqiqətin yalan üzü olmur, həqiqət yalan kimi ötəri deyil. Onun üstünə nə qədər böhtanlar yağırsa yağsın, həqiqət sarsılmaz qaya kimi qalır. Uçmur, dağılmır. Halbuki yerüzündə yalanla, böhtanla darmadağın olmayan heç nə yoxdur. Həqiqət anadan bütöv doğulur. Həqiqətin atası olmur.  

Həqiqətin yolu daşlı-kəsəkli olur. Ona doğru getdikcə sənə sənin kim olduğunu sübut edir. Ən yaxşı dəlil-sübut isə özünü axtarıb tapmaqdır. Həqiqətin güzgüsündə də özünü axtarmırsan, elə boylanan kimi özünü görürsən. Baxıb görürsən, həmin göz, həmin qaş, həmin burun… Amma artıq, həqiqətdən doğulub bu surət, anadan yox.
Davamı →

Unutduğumuz xəyallarımız

Xatırlayırsanmı, uşaqkən nə böyük yaxşılıq xəyallarımız var idi?
İnsanlığın yaxşılığı üçün bir şeylər edib, bəzi insanların «qəhrəmanı» olacaqdıq.
Çox təəssüf ki, biz böyüdükcə bu xəyallarımız kiçildi ...
Uşaqkən böyük yaxşılıqlar etməyə istəyimiz var idi, amma imkanımız yox idi. Sonra böyüdük, imkanlarımız oldu, amma bu dəfə hərəkətli həyatımızın yaratdığı daxili səs-küydən yaxşılığın o məsum səsini eşitməz olduq.İnanıram ki, hər insanın içində bir yaxşılıq instinkti olur. Bu instinkt, onu məmnun edəcək bir şeylər etmə ehtiyacı yaradır. Bu ehtiyac, yemək yemə ya da su içmək kimi insanı təmin etmək üçün insana təzyiq göstərməz. O, insanın içində sakit bir şəkildə dayanır. Çılğın deyil, soylu bir ehtiyacdır o. Onun səsini eşitmək üçün diqqətlə onu dinləməyə çalışmalısınız.
İçinizdəki yaxşılıq etmə ehtiyacını ödəmək üçün nə edirsiniz?
Bir müdrikə görə; «Qarşılığını verə bilməyən birinə bir yaxşılıq etmədikcə, mükəmməl bir gün yaşamış sayılmazsınız.» 
Bu meyara görə günlərinizi saysaydınız, "yaxşılıq yaşınız" neçə olardı?

İçimizdə yaxşı bir insan olduğumuza inanmaq istəyən, biri var!



Müəllif: Mümin Sekman
Davamı →

Uşaqlıq...



Uşaqlıq nə qədər gözəl idi...

Sevdiyin uşağı öp qaç .Nə eşq mahnıları dinləmək yox idi nə də dərd çəkmək. Gizlənqaçda bir-birimizin yerini söyləməyə çalışardıq, indi gizləndiyimiz yeri  özümüz belə bilmirik.

Yıxılanda dizlərimiz qanayırdı, indi isə — ürəyimiz.Rəddedilmə qorxusu yox idi, bir dəfə ağlasaq bizim olardı hər şey, amma indi günlərlə ağlasaq da faydasızdır başqasının olur. 

Böyüməsəydik kaş həyat eyni qalsaydı, heç kim dəyişməsəydi, həmişə gülsəydik saxta gülüşlər nədir heç bilməsəydik...
Davamı →

Məsumiyyət-həyatda itirdiyimiz ən dəyərli məfhum

Əgər günahsızsansa, cəsarətə ehtiyacın yoxdur. Dəqiqliyə də ehtiyacın yoxdur, çünki heç bir şey məsumluqdan daha dəqiq, daha şəffaf ola bilməz. Ona görə əsl problem insanın öz məsumluğunu necə qoruyacağıdır.
  Məsumiyyət əldə ediləcək bir şey deyil. Öyrəniləcək bir şey deyil. Şəkil, musiqi, şeir, heykəl kimi bir qabiliyyət deyil. Bu tip bir şey deyil. O daha çox nəfəs almaq kimidir; doğuşdan mövcud olan bir şeydir.
  Məsumiyyət hər kəsin təbiətində vardır. Heç kim günahsız olmadan doğula bilməz. İnsan günahsız olmadan necə dünyay gələ bilər? Doğum bu dünyaya boş bir səhifə olaraq gəldiyin mənasını verər. Üzərinə heç bir şey yazılmamışdır. Yalnız gələcəyin var, keçmişin yox. Məsumiyyətin mənası budur. Ona görə əvvəl məsumiyyətin bütün mənalarını anlamağa çalış.
  İlki- keçmiş yoxdur, yalnız gələcək vardır. Keçmiş, xatirələr, təcrübələr, gözləmələrdən ibarət olan rüşvətlər verərər. Bütün bunlar bir araya gəlincə səni ağıllı edər, amma dəqiq ola bilməzsən. Səni hiyləgər edər, amma ağıllı ola bilməzsən. Bu dünyada müvəffəqiyyətli olmağını təmin edə bilər, amma varlığının dərinliklərində müvəffəqiyyətsiz olarsan. Və ən sonunda üzləşəcəyin müvəffəqiyyətsizlik qarşısında, bu dünyanın bütün müvəffəqiyyətləri heç bir şey ifadə etməz. Çünki son olaraq yalnız içindəki öz «mən»inlə birlikdə qalar. Digər hər şey itər: müvəffəqiyyətlərin, gücün, adın, şöhrətin, hamısı bir kölgə kimi itər.
  Sonunda səninlə qalan tək şey başlanğıcda gətirdiyindir. Bu dünyadan, yalnız gətirmiş olduğun şeyi apara bilərsən.


Osho  «Masumiyet Yolu-2»

P.S: Mətni türkcədən tərcümə etmişəm.
Davamı →
Top