Romantika və düşüncələr kateqoriyası üzrə məqalələr

Hər günah bir qara xaldır

İşlədiyimiz hər günahdan könül aynamıza qara bir xal düşər.

Əgər tövbə edib Allahdan əfv diləsək, o qara xal silinər, həm də o xalla birlikdə bütün ayna tərtəmiz hala gələr.

Tövbə etməsək, hər qara nöqtə növbəti qara nöqtənin dəvətçisi olar və o nöqtələr o qədər çoxalar, o qədər sıxlaşar ki, bir gün ayna işığı, nuru əks etdirməz hala gələr.

Qəlbi möhürlənmək də elə budur, tövbəsizlik, halal-haram demədən hər günaha girmək, zülmdən çəkinməmək...

Vicdan dediyin bir qüvvə səni daim narahat edir ki, könül aynasını təmizləyəsən. Əgər sən vicdanın səsinə qulaq vermirsənsə, o da həmin qara nöqtələrin altında qalıb zəifləyir, inləyir və bir müddətdən sonra sən onu da eşitməz olursan.
Davamı →

Tort dadında yazı

tort dadında yazıUşaqlıqda tez-tez gözdən itməyi sevərdim. Evdəkilər axtarıb məni ya bir ağac dibindən, ya zirzəmi küncündən tapardılar.

İllər keçib amma mən hələ də gizlənməyə bir yer tapmamışam. Hələ də o fikirdə qalıram ki, nə qədər ki insan öz tənhalığının dekorasiyasını tapmayıb, özünü tam ifadə edə bilməyəcək.

Hansısa mövzu ətrafında heç vaxt rahat bir şəraitdə düşünə bilmirəm. Bəzən ən izdihamlı bir küçədə yazı masasından daha  yaxşı  “işləyirəm”. Yad adamların içində istədiyimi fikirləşməkdə sərbəstəm. Çünki onlar mənim “kodumu” bilmirlər, fikirlərimə nüfuz etmək şansları yoxdur.

Vay o gündən ki, hansısa yazının havası adamı evdə, özü də istirahət günü yaxalaya. Bir vaxtlar valideynlərimdən gizləndiyim kimi indi də öz uşaqlarımdan gizlənmək lazım gəlir. Çünki beynində hər hansı mövzunu süjetə salmaq haqda fikirləşərkən uşağa riyaziyyatdan kömək etmək cəhənnəm əzabıdır. Yalnız bir tərəfi verilmiş kvadratın perimetri və sahəsi haqda fikirləşmək mənim nəyimə lazımdı?

Davamı →

Fikir vermisinizmi?

Fikir vermisinizmi… necə tez böyüdük?

Necə münasibətlər daha əvvəlki kimi olmamağa başladı, necə telefonlarımız yad adlarla dolmağa başladı, analar bayırda çox gəzəndə danlamamağa başladı. Bəs necə zarafatlaşırıq? Utanmayaraq...
 
Ölümün nə olduğunu  öyrəndik,  itirmək nədir, unutmaq, atmaq,  geridə qoymaq və qapını kilidləmək.

Ünsiyyət , artıx heç kəsdə "çətin şey deyil", artix bağlı dostluğlar etmiriy. Etiraf edilməli vaxtdir ki, ya  hər şey çox sadədir, ya da heç nəyi faciyə etmək lazım deyil. 

İndi gərək hərəkətlərinə cavab verəsən və qərar qəbul edəsən. Telefon zəngləri daha az gözləyirsən, tez -tez telefonu söndürürsən, insanlarda məyus olmaq adət halini alib.

Davamı →

Əşyalar danışır

Saat duz işləməyəndə zaman anlayışı itirNədənsə bəzi əşyalar olduqca səmimi bir dillə danışırlar. Məsələn: paltar ipindən asılmış paltarlar. Onlar dünyanın faniliyinin eskizləridir. Yəni, ipdə yellənərkən öz boşluğunu, yüngüllüyünü ifadə edirlər. Və bizə isbat etməyə çalışırlar ki, budur siz nə vaxtsa bizim içimizdə olmayacaqsınız, ya da biz sizin əyninizdə.

Deməli, nəsnələrin də öz doğal dili var. Yaxud saatın yatması. Saat yatanda – dayananda həmişə geri qalır, zamanı ləngidir, bizi cavan saxlamğa çalışır. Niyə saat olduğu vaxtdan irəli getmir? Maraqlıdır. Saatın yatmağı yeganə şeydir ki, biz ona aldanmağımıza sonradan təssüflənmirik.
Göründüyü kimi saat düz işləməyəndə zaman anlayışı itir. Yəni, insan zamanı özü də bilmədən azdırır, yaxud da əksinə. Bu konteksdə saatın səhv işləməyi bizim xeyrimizədir.

Amma, bəzi əşyaların yaxşı işləməməsi bizi ölümə aparır. Məsələn: Avtomobilin əyləci işləməyəndə biz maşından daha çox ölümü sürürük. Yaxud bəzi əşyaların yaxşı işləməyi bizə ziyan vurur – ət maşını yaxşı çəkəndə, bıçağımız iti olanda birinci əlimizi kəsir.  Amma, saat düz işləyəndə də xeyrimizə olur, səhv işləyəndə də.

Davamı →

İtirdiyimiz inamlar

Bilirəm, siz də kimlərəsə inanmırsınız. Amma kimlərsə sizə neyləyiblər axı? Qurunun oduna yaş yanır yavaş-yavaş...
Bu inamın itkisi indinin işi deyil. Babalardan bizə yadigardır! Məsələn: İnsanlar qırıq-qırıq səslərə inanmadılar, sözlər yarandı… İnsanlar radioya inanmadılar, eşitdikləri səsin sahibini görmək istədilər. Televizor yarandı. Və bütün bunlar hər şeyin vizuallaşmasına gətirib çıxardı.

 İnsanlar telefona inanmadılar, az istifadə olunsa da, vizual funksiyalara malik telefonlar yarandı. Əvvəllər gəlinlər toyxanalara gətirilməzdi, artıq gəlinlər toylarını öz kürsülərində izləyirlər. “Gəlinlər” də artıq görünürlər. Vizuallıq dünya “qağa”nı bürüdü. Daha əllərini heç kəs arxasında gizləmir. Heç buna ehtiyac da yoxdur...

...insanlar insanlara inanmadılar. İnsanlar insanların işini yarıtmadılar. Robotlar yarandı. İnsanlar vaxtlarını düzgün bölə bilmədilər, hərdən ulduzlar,  hərdən günəş adamları aldatdı. Ulduzla, günəşlə vaxtı müəyyən edə bilmədilər, saat yarandı. Sonralar insanlar günəşə, ulduza da inanmadılar.
Davamı →

İki nöqtə

Nöqtə… Durğu işarəsi. 
Cümlənin sonunda gələn bir nöqtə (.) fikrin bitdiyini bildirir.
Nöqtəli vergül (;)  — nöqtə ilə vergül arasında orta mövqe tutan, nöqtədən az, vergüldən çox fasilə tələb edən bir durğu işarəsidir. 
Qoşa nöqtə (:)  — fikri daha da aydınlaşdırmaq məqsədi ilə işlədilir.
Üç nöqtə (...)  — bir tərəfdən vergülə, o biri tərəfdən nöqtəyə yaxındır. Sitatlarda başqasının fikrinin yarımçıq yazıldığı cümlələrdə (sitatın əvvəlində, ortasında və ya sonunda) üç nöqtə qoyulur. Cümlənin ortasında və ya sonunda qoyulan üç nöqtə fikrin bitmədiyini bildirir.

Bir də başqa bir nöqtə var. Hərflərin üstündə olan nöqtə. Hərfi dəyişməklə fikri də dəyişən nöqtə. Bəzən bir şeyə son qoyaraq, yeni başlanğıcı bildirən nöqtə. Olum və Ölüm kimi… O və u hərflərinə nöqtə qoyacaqsınız və yeni bir söz yaranacaq: ölüm
Davamı →

Həyat yazar sən oynayarsan...

Həyat yazar sən oynayarsan… Biri girər həyatına… Nə deyər inanarsan...Canını istəsə verərsən.Sonra cıxıb gedər. Ardından baxa-baxa qalarsan… Ağlamağa başlayarsan. Susmaq istəyərsən,  amma bacara bilmərsən… Bir müddət sonra özünə baxarsan və halına yanarsan. Həyat budur. Dönsə yenə inanarsan… Çünki sevdin, hec vaxt unuda bilmərsən. Ölümünə incidər səni, dözərsən… Niyə??? Çünki həyat yazar sən oynayarsan…
Davamı →

90-larda uşaq olmaq...

90-larda uşaq olmaq... — Həm Azərbaycan, həm də dünyanın qloballaşma dövründə, ya da keçid dövründə uşaq olmaqdır. 90-larda uşaq olmaq savaşanda qışqıraraq “iaaaaa van daaaaaaaaam” deyib yumruq vurmaqdır, internetin nə olduğunu bilməməkdir, uşaqlıq dostlarının nə olduğunu bilməkdir, məhəllə davalarının nə olduğunu bilməkdir, “pokemon” kartlarını yığıb oyun oynamaqdır.

Hər axşam “11 tuş oynamaqdır”, Britney Spears heyranı olmaqdır, məhlələr arası davalara getməkdir, səndə olmadığı üçün qonşu uşağının velosipedinə ağlaya-ağlaya baxmaqdır, “Yeşilçam” izləməkdir, qonaq gedəndə qonaq ailənin uşağının “Tetrisi” ya da “Sega”sı ilə bir az daha çox oynamaq üçün evə gec getmək istəməkdir, son olaraq 90-larda uşaq olmaq “PES 99-da” Braziliyanı götürüb üç pasla qol vurmaqdır.

— Müharibə görməkdir, top tüfəng səsinə diksinməkdir, gecələr ailəlikcə evin pəncərə olmayan küncündə yer açıb yatmaqdır. 90-larda uşaq olmaq ananın əlindən tutub zirzəmiyə qaçmaqdır. Zirzəmilərdə ağlayan xalaları eşitməmək üçün anaya qısılıb yatmağa çalışdığın gecələrdir.

Davamı →

Əl çəkin bu rəqəmlərdən!

Rəqəmlərlə qucaqlaşmanın birinci yaşı...Doqquz ya da yeddi aylıq doğulan insanoğlu heç xilas ola bilməz rəqəmlərədən ömrüncə. Dərhal kilosu deyilər anaya, sonra boyu ataya. Əslində yalnız körpədir əvvəlcə. Əvvəllər neçə günlük olduğu soruşular, sonraları neçə aylıq və sonunda bir yaşındadır.

Rəqəmlərlə qucaqlaşmanın birinci yaşı qeyd olunar həvəslə böyük bir şam işığında. Və bu təkrarlanar bezmədən, usanmadan hər il böyük bir etina və hətta diqqətlə.

Hər an dəyişər rəqəmlər, kilo artar… boy uzanar… ayağın belə bir ölçüsü olar böyüdükcə. Üç yaş Bağça vaxtının yetişdiyini müjdələr, yeddisə çox gecdir məktəbə başlamağa. Yetişər insan on birinə, bu qısa kimi görünən uzun vaxt yenə bir çox rəqəm olar insanın kiçik bədənində...

Dərs saaatı vardır hər səhər, nahar zamanı, günorta, axşam yeməkləri bir də. Və sonunda göz qapaqlarının bağlanacağı saata gələr sıra heç usanmadan hər gecə…
Davamı →

Sən mənim doğum günü hədiyyəmsən!

Masanın üstündə, büllur güldanda doğum gününə hədiyyə olunmuş, qanında boğulmuş  qırmızı qızılgüllər. Doğum günü ayrılıq günü kimi qüssəli.

Pəncərədə  dibçək gülləri-monastırda yaşayan qızlartək.  Həyatı pəncərədən  görərək sevmək…

Yol kənarında toz basmış qızılgül kolları həyata küsmüş. 

Həyatın  kənarında sadəcə susmaq…

Masada-büllur güldandakı  gül pəncərədə, saxsı dibçəkdə diri olmaq istəyir, saxsı dibçəkdəki  gül  toz içində azad olmaq. Çöllər evidi güllərin, pəncərələr qəfəsidi, masalar – tabutu. 

Doğum günü edam günü qədər uzun. Doğum günü “Pirr qələbəsi”nə bənzər, tarixə “məğlubiyyətə bərabər qalibiyyət” adı ilə düşmüş hadisəyə. Ağır döyüşlərin birində qalib gəlmiş, amma sevinməyə bircə əsgəri də qalmamış hökmdar Pirrin qələbəsinə.

Uzun ömür də ağır döyüşdü, meydanda  çoxlu yaralı və ölü, indi qələbəni

Davamı →
Top